Aktual

| rus | english |        
Bu sayımızda
Ana səhifə

Erməni lobbisi xristian "kart"ı ilə oynayır
Qeyri-ənənəvi təriqətlərin fəaliyyətində erməni izi
Xalq diplomatiyası kimə sərf edir: Ermənistana, yoxsa Azərbaycana?
Erməni lobbisi xristian "kart"ı ilə oynayır
ABŞ Təmsilçilər Palatasının ermənilərlə sıx əlaqəsi olan 60 nəfər üzvü 5 mart 2002-ci il tarixdə ABŞ prezidenti Buşa məktub yazaraq, ondan "erməni soyqırımı" məsələsini tanımasını istəmişdir. Bundan bir qədər əvvəl – 28 fevral 2002-ci ildə Avropa Parlamenti sözdə də olsa, erməni soyqırımını iddia edən qətnaməni qəbul etdi.

ABŞ Arkanzas ştatının əməkdar bölgə vəkili və yazıçı Semuel A.Vims (Samuel A.Weems) erməni lobbisinin bu qədər uğurla səs toplaya bilməsini iki səbəblə bağlayır: pul və xristian "kartı". Semuel A.Vims dörd il boyunca gərgin tədqiqat işi apararaq, aldığı nəticələri "Armenia: The Great Deception, Secrets of a "Christian" State" («Ermənistan: böyük hiylə, «xristian» dövlətin sirləri») adlı kitabda nəşr etdirmişdir. O da professor Justin McCarty kimi, soyqırım iddialarının yalan və iftiradan ibarət olması fikrindədir.

Semuel A.Vims oz fikirlərini subut etmək ucun son illərdə bir necə olkəyə, o cumlədən, Turkiyə və Azərbaycana səfərlər etmişdir. Aşağıda Türkiyədə nəşr olunan "Aksiyon" jurnalının Boğaziçi Universitetində Semuel A.Vimsdən aldığı bir müsahibəni diqqətinizə çatdırırıq.


- Siz əməkdar millət vəkilisiniz. Belə bir kitabı yazmağa Sizi nə vadar etdi?

- Bu kitabı yazmaq qərarına bir neçə il bundan əvvəl, bir ABS Konqresi uzvu ilə sohbətimdə gəlmisdim. Həmin səxs mənə Konqres tərəfindən aparılmış bir tədqiqatın materiallarını göstərdi. Həmin materialda yazılmışdı ki, Rusiya Ermənistanın Azərbaycana hucumunu gucləndirmək ucun Ermənistana 1 milyon dollar həcmində hərbi yardım etmişdir. Həmcinin, ABS da Ermənistana 1,5 milyon dollar məbləğində maddi dəstək vermisdir. Beləcə, Amerika və Rusiya ilk dəfə musəlman olkəsinə hucum edən bir dovlətə açıq-aşkar yardım göstərirdi. Ermənilər Qafqazda oz guclərinin numayisini davam etdirmək istədiklərini bildirirlər. Mənimlə sohbət edən tərəf-muqabilim soylənilən prosesin mənasız olduğunu deyir və Azərbaycanın Türkiyə kimi guclu bir muttəfiqi varkən, vəziyyətin bu səkil aldığına təəccubləndiyini bildirirdi. əgər Turkiyə istəsə, Ermənistanı üçcə gunun icində oz yerinə oturdar. Ermənistanda Rusiya quvvələrinin mövcudluğunun heç bir məntiqi izahı yoxdur. Etiraf edirəm ki, mən həmin materialı oxumağa başlayanda fikrimdə Ermənistanın tərəfini tuturdum. Amma oxuduqca gordum ki, ermənilər yalançı soyqırım ideyasına həqiqət donu geyindirmək və xristian aləmini buna inandırmaq üçün məhz onların xristianlıq hisslərini qıcıqlandırmaq üsulundan istifadə edirlər. Ermənilər xristian "kartı" ilə oynayırlar. Amma etdikləri islərin hec biri Həzrət İsanın (ə) dediklərinə uyğun deyildir. Biz hər hansı şəxsin hərəkətlərinin doğru olub-olmadığını yoxlamadan, yalnız xristian olduğuna görə mudafiə edə bilmərik. Deyilən axtarış və tədqiqat proseslərinin sonunda bu kitab meydana gəldi.

- Sizin fikrinizcə, əsrin əvvəllərində erməni soyqırımı faktı olmuşdurmu?

- Tədqiq etdiyim erməni mənbələri bas vermis proseslər ucun əsas cavabdehliyi kilsənin daşıdığını yazır. Həmin hadisələr zamanı ölənlər olmusdur. Həm ermənilər oldurulmus, həm də onlar turkləri oldurmuslər. Burada kilsə çox mühüm rol oynamışdır. Ermənilər Osmanlı dövlətinə qarşı munaqisədə Rusiyaya komək edir, terror və təxribat fəaliyyəti gostərirdilər. Osmanlı hökuməti Ermənistan Patriarxından tələb etdi ki, bu murtəce fəaliyyətin dayandırılması üçün tədbir gorsun. Ancaq patriarx təklifi rədd etdi. Amma bilirsiniz ki, əslində xristianlıqda terror fəaliyyətinə dəstək gostərmək qətiyyən bəyənilmir.

Digər tərəfdən, ermənilər tərəfindən təqdim edilən rəqəmlər də hadisənin tamamilə uydurma olduğunu göstərir. Mən bütün kitab boyunca yalnız üç dəfə turk mənbələrinə isnad etmisəm. İstifadə etdiyim qalan rəqəmlərin hamısı erməni qaynaqlarındandır. Ermənilər "soyqırımı" zamanı 1,5 milyon nəfər erməninin oldurulduyunu iddia edirlər. Amma bu, həmin dovrdə bolgədə yasayan ermənilərin real sayından 500 min nəfər artıqdır. əlavə olaraq, ermənilər öz kitablarında yazırlar ki, guya o zaman daha 1 milyon erməni də sürgün olunubmuş. Bunları toplayanda 2,5 milyon nəfər alınır. Halbuki, elə öz kitablarında xəbər verilir ki, həmin dovrdə bu bolgədə cəmi 1 milyon erməni yaşayırmış. Məhz buna gorə, 1,5 milyon erməninin oldurulməsi barədə iddialar böyük bir yalandır.

Ermənilər 1918-ci ildə Paris Konfransına müraciət edərək, əzildiklərini bildirdilər və Qara dənizdən Aralıq dənizinə kimi boyuk ərazinin onlara verilməsini istədilər. Ermənilər həmin il Amerikaya da muraciət edib, deyilən ərazinin onların əlində qalması üçün 70 min nəfər əsgər və 3 milyard dollar pul tələb olunduğunu bildirdilər. Nəzərə alın ki, ermənilərin məskunlaşdığı real ərazi onların tələb etdiyi torpaqların cəmi 20 %-ni təskil edir. Ustəlik, hec bu torpaqlar da tarixən onların olmamışdır; onlar rusların sayəsində bu yerlərə sahib olmuslar.

Lakin ermənilərin bu istəyini ABŞ Senatı təsdiq etmədi. əgər təsdiq etsəydi, bu, XX əsrdə Amerikanın ilk Vyetnam faciəsi olardı. Həmin tarixi dovrdə ermənilər çalışırdılar ki, bütün ölkələrdən nəsə qoparsınlar: torpaq, pul... 1919-cu ildə Amerikadakı Xristian İcması ermənilərə 15 milyon dollar həcmində maddi yardım ayırdı. Ermənilər ABS hokumətindən də 50 milyon dollar borc aldılar. Amma onların gözü hələ də doymaq bilmir. Aldıqları pulun bircə qəpiyini də geri qaytarmaq haqqında düsunmurlər. Tarixin bu bölümü yalnız bir nümunədir, sonrakı dövrlərdə də vəziyyət belə olmusdur.

- Ermənilərin iddialarına ABŞ və Avropa Şurasının yanaşma tərzi fərqlidir. ABŞ iddiaların təmin olunmasını ləngidir. Avropa Şurası isə iddiaların təmin olunmasına göz yumur. Nə ucun?

- Amerikada bir atalar sozu var: "Pul - siyasət ucun ana sudu kimidir". Ermənilər son kampaniyalar gedisində Amerikanın aparıcı siyasət xadimlərini oz tərəflərinə cəkmək ucun 14 milyon dollar xərclədilər. Kecən il "soyqırımı" iddialarını qəbul etdirmək cəhdinin qarşısı Klinton hökuməti tərəfindən alındı. Amma çox keçməmis Fransada bu cəhd bas tutdu. əminəm ki, fransız siyasətcilərinə gostərilən maddi təsirləri araşdırsaq, Amerikada olduğu kimi, məsələdə erməni "barmağı" olduğunun şahidi olarıq. Belə gorunur ki, Amerikada musəlmanlar və turklər hələ fəal siyasət səhnəsinə daxil olmamışlar. Belə demək mumkunsə, ermənilər bu səhnədə "at oynadırlar".

Baxın, Kaliforniyadakı məktəblərdə tədris olunan kitablar XX əsrdə ilk soyqırımının türklər tərəfindən torədildiyini və 1,5 milyon nəfər "zavallı" xacpərəst erməninin qırıldığını öyrədir. Ermənilər bu isləri yaxşı bacarırlar. Onlar hələ 1918-ci ildə Paris Konfransında iki gün ərzində öz yazıqlıqlarını nümayiş etdirən çıxışlar söylədilər və yardım qoparmağa çalışdılar. Bu gün də həmin yolu davam etdirirlər. Otən bir necə il ərində Avropa dovlətləri ermənilərə 378 milyon dollar həcmində yardım göstərdilər.

Muhum olan basqa bir məsələ də var. Kecən il avqust-sentyabr aylarında "Xristian Video" üçün bəzi materialları gözdən kecirirdim. O zaman ilk dəfə Qur'anı oxudum. İncillə Qur'an arasındakı oxşarlıqlar məni heyrətə saldı. Fikrimcə, xristian dünyası ilə İslam dünyası arasındakı fərqləri qabartmaq əvəzinə, ortaq noqtələr ətrafında dialoqlar qurmalıyıq. Məsələn, Qur'an da, İncil də sevgidən və humanizmdən bəhs edir. Movcud olan ortaq noqtələri umumiləsdirərək bir yaxınlaşma prosesi başlamaq olar. Hər seyi kənara qoysaq, hər iki dunya - həm xristian, həm də musəlman aləmi tək Allaha inanır. Elə bu ozu dialoq ucun muhumdur.

Ancaq xristianların çoxu İslamı bilmir. Biz hamımız Səlib yurusləri barəsində oxuya-oxuya boyumusuk, Muqəddəs torpaqların necə azad olunduğunu öyrənmisik. əslində isə belə deyilmis, Səlib yurusləri xristianlar tərəfindən torədilmis talanlardan ibarət imis.

- Əgər Turkiyə "soyqırım" iddialarını qəbul etsə və ermənilərdən uzr istəsə, ermənilər bununla kifayətlənəcəklərmi?

- Hər seydən oncə bunu bəyan edirəm: Turkiyə "soyqırım" iddialarını qəbul etsə, boş bir yalanı təsdiqləmis, əslində bas verməmis bir hadisəni etiraf etmiş olar. Yazdığım kitabda bu iddiaların həqiqəti əks etdirmədiyini subuta yetirmisəm. əsrin əvvəllərində bas vermis hadisələrin cavabdehi Erməni Kilsəsidir. Osmanlı dövləti ruslarla əlbir olan erməni icmasını başqa bir yerə kocurmək qərarına gələrkən onların köçmələrinə kifayət edəcək qədər muddət - 6 həftə vaxt vermisdi. Amma erməni patriarxı bu xəbərdarlıqdan cəmi 3 gun sonra Rusiya səfirliyinə gedərək, ermənilərin qətl edildiyini soylədi. Surgun baslamazdan əvvəl soyqırım necə bas verə bilər? Ruslar bu xəbəri İngiltərəyə, onlar da Amerikaya oturdulər. Beləliklə, ortada hec bir əsas olmadan Osmanlı hökuməti günahlandırılıb təkləndi.

Əgər Turkiyə bu yalanı təsdiqləsə, mutləq ermənilər bununla kifayətlənməyəcəklər. Onlar Amerikada oturub Turkiyədən torpaq və pul istəyirlər. əgər iddiaları qəbul edilərsə, oz istəklərini daha qətiyyətlə bildirəcəklər, əslində olmamış bir hadisədən otru torpaq və təzminat tələb edəcəklər. "Sadəcə uzr istəyin, hər sey bitsin", - sozu də Erməni-Turk əlaqələndirmə komissiyası kimi bir oyundur. 6 nəfər turk və 4 nəfər ermənidən tbarət olan bu komissiya turklərə "erməni soyqırımı"nı qəbul etdirməkdən ötrü başlanmış bir oyun idi. Başlanğıcda ermənilər ozlərini elə gostərdilər ki, guya aralarında fikir ayrılığı və bolunmə var. Komissiya buraxılandan sonra yenə birləsdilər, cunki bolunmə yox idi. Bu məsələlərdə Turkiyənin cox diqqətli olması lazımdır.

- Əgər məsələyə Avropa məhkəmələrinin birində baxılsa, hansı nəticə alınar? Hadisənin huquqi gələcəyini necə gorursunuz?

- Mən avropalılara öz problemləri ilə məşğul olmağı məsləhət gorərdim, ABS-a də həmçinin. Avropalılar 1492-ci ildə Amerikaya gəldikdə orada yerli xalqlar yaşayırdı. Soyqırım iddiaları avropalılara qarşı da irəli surulə bilər. Turkiyəyə aid olan məsələlərə mudaxilə edirlər, amma ozlərinə catanda lal-kor olurlar. Məncə, yenə işin arxasında müsəlman-xristian kartı durur. Sizə tam məsuliyyətlə deyirəm: əgər Turkiyə xristian olkəsi, Ermənistan isə musəlman dovləti olsaydı, bu iddiaların heç biri ortaya çəkilməyəcəkdi. Qarabağdakı vəziyyətə baxın. Hamı 1915-ci ildə olmus ermənilər üçün ağlayır, amma yurd-yuvalarından uzaqda ən cətin səraitdə yaşamaq uğrunda mübarizə aparan 1 milyondan artıq azərbaycanlı haqqında bircə kəlmə də soz demirlər. Ermənilər deyirlər ki, onlar xristiandırlar, Həzrət İsanı (ə) təmsil edirlər. Gorəsən, Həzrət İsa (ə) onların azərbaycanlırara qarşı etdiklərini edərdimi?

- Bəs bu problem necə həll ediləcək?

- Nə qədər ki, ermənilər həqiqəti soyləmirlər, biz amerikalılar və xristianlar onlara komək gostərməməliyik. Ermənilər yalnız xristian olduqlarını söyləməklə hər il milyardlarla pula sahib çıxırlar. Xristianlar dövlətə odədikləri verginin uydurma bir yalanı dəstəkləmək ucun verilməsinə mane olmalıdırlar. Heç bilirdinizmi ki, bu gün Türkiyədəki kilsələrin sayı Ermənistandakı kilsələrin sayından çoxdur? Amma Ermənistanda bircə dənə də məscid yoxdur. Xristian dünyası artıq bu reallıqları görməlidir.

Ermənilər turklərə o qədər nifrət edirlər ki, Turkiyədəki xristian abidələri barədə cəkilmis bir filmin Kaliforniyada numayis etdirilməsi təklifini hücumlarla qarşıladılar. Halbuki, yenə təkrar edirəm, bu film xristian abidələri ilə bağlı idi.

Bu kitabla bağlı ermənilər məni də qorxudurlar. Coxlu təhdidedici e-mail məktubu almışam. Məni oldurəcəkləri ilə hədələyirlər.

yuxarı

Qeyri-ənənəvi təriqətlərin fəaliyyətində erməni izi

  

Azərbaycan Respublikasında dini siyasət sferasında son bir neçə ayda musbət istiqamətdə aparılan islahatları, gətirilən yenilikləri cəmiyyətdə oz statusunu mohkəmləndirmək və nufuzunu genisləndirmək arzusunda olan bir sıra sekta və təriqətlər və onların himayədarları yenidən fəallasmaq ucun vasitə kimi istifadə etməyə çalışırlar. Belə ki, oz destruktiv mahiyyəti səbəbindən daima ictimaiyyət tərəfindən mənfi qarşılanan və leqallasa bilməyən bu təriqətlər son dovrlərdə dini siyasətdə olan yeniliklərdən, dovlətə və dovlət orqanlarına təzyiq metodu kimi istifadə edərək, fəaliyyət dairəsini genisləndirməyə və indiyə qədər qeydiyyatdan kecməmiş bir sıra qurumları leqallaşdırmağa cəhd gostərirlər.

Bu baxımdan, təriqətci missioner təskilatlar həm respublika daxilindəki quvvələri, həm də xaricdəki himayədarları vasitəsilə ən muxtəlif yonlu və qərəzli məlumatları KİV vasitəsilə yaymaqla və birbasa əlaqədar orqanlara unvanlamaqla Azərbaycan hokumətinə faktiki olaraq təzyiq gostərməyə çalışır və bu zaman elə ozləri formalaşdırdığı "beynəlxalq ictimai rəy"dən sui-istifadə edirlər. Qərbin ictimai rəyində "dini azadlıqları boğan Azərbaycan" imici formalaşdıraraq, eyni zamanda, dini sferada baş verən yenilikləri "barbar Azərbaycanın ola bilsin ki, müasir Qərbə yaxınlaşması üçün şərait" kimi qiymətləndirərək və bu zaman həmin "muasirlik" və "yaxınlaşma"nın missioner təşkilatların rəsmiləsdirilməsi ilə muəyyən olunacağı fikrini yayaraq, faktiki olaraq Qərbə daha çox yaxınlaşmaq istəyən Azərbaycanı şantaj edir, Qərbə yaxınlaşmanın əsas faktoru kimi cəmiyyətin oz dini əqidəsindən get-gedə uzaqlaşması fikrini təlqin edirlər.

Bu sadalananları müşahidə etmək üçün Avropa Şurasının bir sıra təmsilciləri tərəfindən Azərbaycan ilə bağlı söylənən fikirlərdən tutmus, son dovrlərdə Qərb mətbuatında Azərbaycanla bağlı gedən yazılara qədər əsas materialları analiz etmək kifayətdir.

Lakin muhum olan bu deyil. Muhum olan odur ki, Azərbaycanda fəaliyyət gostərən təriqətci missioner təşkilatlarına himayədarlıq göstərən xarici quvvələrin əksəriyyəti beynəlxalq erməni diasporu ilə, bəzən isə diaspor vasitəsilə Ermənistan kəşfiyyat orqanları ilə sıx əlaqədə olurlar.

Azərbaycan mətbuatında təriqətci missioner təşkilatların bir sıra üzvlərinin Ermənistan kəşfiyyat orqanları ilə əlaqələri barədə əvvəllər ara-sıra materiallar getmişdir. Eyni zamanda, 1996-cı ildə nəsr olunmus "Xristian təriqətci missioner təşkilatları Azərbaycanda: siyasi, mənəvi və ideoloji təxribat" kitabında bu mövzuya bütöv bir başlıq ayrılmış, yenə həmin ildə və həmin movzuda Respublika Gənclər Təşkilatları Milli Şurası tərəfindən kecirilmis mətbuat konfransında erməni əsirliyini yaşamış keçmiş Azərbaycan doyusculəri bu barədə faktlar soyləmislər.

Həmin əlaqələrin hələ də davam etməsi və son dovrlərdə yenidən fəallaşmış missioner himayədarlarının yenə də erməni diasporu ilə əlaqədə olması barədə coxlu sayda numunə gətirməyə həm imkanımız olmadığından, həm də bunun bizim səlahiyyətimizə aid olmaması üzündən biz yalnız bir faktı oxucularımızın diqqətinə çatdıracağıq.

Qərb mətbuatında təriqətci missionerlərin boyuk himayədarı kimi tanınmış, dəfələrlə Bakıda olmuş "tədqiqatçı" Feliks Korley, İngirtərədə fəaliyyət gostərən və rəyləri ilə bir cox beynəlxalq Qərb təşkilatlarının hesablaşdığı Keston tədqiqatlar institutunun nəsr olunmus və internetdə də yerləsdirilmis rəsmi informativ məruzələri ucun Azərbaycan haqda yazdığı məqalələrində, respublikada fəaliyyət gostərən təriqətci xristian missioner təşkilatlarının sıxışdırılması barədə yazır. Eyni zamanda, son dövrlərdə dini sferada bas verən yeniliklərin nəticəsi kimi yaradılmış Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin fəaliyyətini sual altına qoyaraq, bu qurumun məqsədə uyğun olub-olmayacağı perspektivini təriqətci təşkilatları himayə edib-etməyəcəyi ilə eyni mustəviyə qoyur. Yəni Qərb analitikinin fikrindən belə çıxır ki, Azərbaycanın müvafiq dövlət orqanları yalnız destruktiv təriqətləri mudafiə edəcəkləri təqdirdə "məqsədəuyğun" olur, əks təqdirdə ozləri "destruktiv" mahiyyət daşıyırlar. Bu, faktiki olaraq, yeni yaranmış Dövlət Komitəsinə oz is uslubunu qurmaq istiqamətində təzyiq metodlarından biridir.

Lakin Feliks Korleyin əsl məramı və yazdığı bu tipli məqalələrinin əsl motivləri onun digər "əsər"lərində aşkar olur. İş burasındadır ki, həmin Feliks Korley eyni zamanda erməni diasporunun muzdlu yazarlarından biri olub, ABŞ-da nəsr olunan "The Armenian Weekly" qəzetində mutəmadi yazdığı anti-azərbaycan və ermənipərəst məqalələri ilə də tanınmışdır. Bakıya səfərlərə gələn bu "tədqiqatçı" eyni səfərindən sonra Azərbaycanı həm təriqətci missionerləri sıxışdırmaqda, həm də ermənilərə "vəhsicəsinə" munasibət gostərməkdə və onlarla "sulh səraitində" yasamaq istəməməkdə ittiham edən məqalələr yazaraq, ayrı-ayrı mətbu orqanlarına təqdim edir.

(Keston News Service Special Report, 12 december 2001, by Felix Corley;
"The Armenian Weekly" Baku's Armenians No Longer Rest in Peace, by Felix Corley).

Bu tipli faktlar əslində erməni diasporu və erməni kəsfiyyat orqanlarının Azərbaycanda fəaliyyət gostərən təriqətci missioner təşkilatlarını dəstəkləməkdə maraqlı olduqlarını və həmin təriqətləri mudafiə edən beynəlxalq qurumlarla əlaqədə olduğunu, bəlkə də beynəlxalq "huquq mudafiə təskilat"larının təriqətciləri belə cidd-cəhdlə mudafiə etməsinin muəyyən mənada erməni diasporunun sifarisi olduğunu soyləməyə əsas verir. Xristianlığı qəbul etmis Azərbaycan vətəndaşlarının orduda xidmətdən imtina etmələri, ermənilərə gullə atmaq istəməmələri, missioner pastorların azərbaycanlıları "erməni xristian qardas"ları ilə barışığa və "din qardas"ı olmağa dəvət etmələri haqqında mətbuatda dəfələrlə getmis faktları, məshur baronessa Kerolayn Koksun "Xristian Həmrəyliyi" təşkilatının Ermənistana yardımlarını və Azərbaycan əsirlərinə xristianlığı qəbul edərək geri donmələri təkliflərini yada salsaq, yuxarıdakı fikir bir daha təsdiqlənmis olar.

Qısası, Azərbaycanda təriqətlərə cəlb olunmus vətəndaşlarımız ən muxtəlif xarici quvvələr ucun "besinci sutun" rolunu oynayan alətə cevrilirlər.

yuxarı

Xalq diplomatiyası kimə sərf edir: Ermənistana, yoxsa Azərbaycana?

Nurəddin MEHDİYEV  

Son vaxtlar Azərbaycan mətbuatında daha çox yer ayrılan və işıqlandırılan mövzulardan biri də "xalq diplomatiyası"dır. Bu mövzu ilə bağlı tez-tez diskussiyalar təşkil edilir, mətbuatda iri yazılar dərc olunur, partiya funksionerləri və politoloqlar teledebatlara çıxır. Son 2 ildə isə Ermənistandan Azərbaycana, Azərbaycandan da Ermənistana gedib-gələnlərin sayı artıq o qədər artıb ki, elə təsəvvür yaranır ki, Ermənistan ilə Azərbaycan arasında heç bir münaqişə olmayıb, mövcud deyil, bu ölkə Azərbaycan torpaqlarının 20 %-ni işğal etməyib və milyondan çox vətəndaşımızı elindən-obasından didərgin salmayıb. Ermənistana səfər edən bəzi jurnalistlərimizin, orada özlərini etik normalardan kənar və Vətənə layiq olmayan şəkildə aparmalarını da yada salsaq, onda vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu və xeyrimizə olmadığını açıq-aşkar görmək olar.

Yada salaq ki, indiyədək Ermənistan və Azərbaycan arasında, iki ölkənin paytaxtlarında müxtəlif məsələlərlə bağlı 19 görüş keçirilib. Hələ 1992-ci ildə Helsinki Vətəndaş Assambleyasının xətti ilə bir qrup erməni Bakıya gəlmisdi. 1997-ci ildə MDB Daxili İşlər Nazirlərinin Bakıda keçirilən gorusundə də Ermənistan istirak edirdi. 1998-ci ildə Bakıda keçirilən konfansa rəsmi Yerevan bas nazir səviyyəsində qatılmışdı. Bu günə qədər Bakıda Helsinki Vətəndaş Assambleyası, Böyük Britaniyanın "Sülh və Muharibə" İnstitutu, İsveçrənin "Sülh" İnstitutu və Almaniyanın "Fredrix Nauman Fondu"nun vasitəciliyi və maddi dəstəyi ilə ermənilərin qatıldığı muxtəlif goruslər və toplantılar keçirilib. Bu toplantılarda müzakirə olunan əsas movzular regional problemlər, sulh məsələsi, regionda qadın problemləri, qadınlar müharibə əleyhinə və s.-dən ibarət olmusdur. 2000-ci ildə Bakıda və Yerevanda ABS-a məxsus bir təskilat tərəfindən maliyyələsdirilən və qadınların problemlərinə həsr olunmuş regional toplantı keçirilmişdi. İndiyədək Bakıya ən boyuk erməni numayəndə heyəti - 41 nəfər 2000-ci ildə Helsinki Vətəndaş Assambleyasının xətti ilə gəlmisdir. Nəhayət, 2001-ci ildə Azərbaycan cəmiyyəti atəskəsdən və umumiyyətlə munaqisə başlandıqdan ötən vaxt ərzində daha bir yeniliyin şahidi oldu: ANS televiziya kanalı ilə Bakı və Yerevan arasında tele-körpü - "Atəs xətti" verlişi yayımlanmağa başladı. Bu veriliş işə baslayanda da əsas məqsəd - erməni və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmaya nail olmaq yolunda addım atmaq idi. Bu layihə cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Bir qrup belə addımların Azərbaycanın ziyanına olduğunu sübut edir, digərləri isə erməni və Azərbaycan xalqları arasında belə dialoqların mövcud olmasını zəruri hesab edirdi. Nəticə nə oldu? Bu birbasa telekorpu vasitəsilə qarşılıqlı anlaşma əldə olunmadı, sadəcə iki tərəfin movqeyi oyrənildi. Basqa cur ola da bilməzdi, biri digərinin torpağını işğal etmiş iki xalq arasında hansı səmimi qarşılıqlı anlaşmadan söhbət gedə bilər?!

Maraqlıdır ki, konkret halda Ermənistanla Azərbaycan arasındakı "xalq diplomatiyası"nı təbliğ edənlər ya xarici təşkilatlardır, ya da milli mənsubiyyətinə gorə azərbaycanlı olan xarici təşkilatların yerli nümayəndələridir. "Xalq diplomatiyası"nı təqdir edənlərin əsas dəlilləri belədir: "Dovlətlər munaqisəni həll edə bilər". Onların fikrincə, bunun ucun beynəlxalq praktika da mövcuddur. Misal üçün, İkinci Dünya müharibəsindən sonrakı dövrdə, soyuq muharibə zamanı iki əks dünyanın xalqları arasında belə bir diplomatiyanın mövcud olması misal göstərilir. Lakin o zaman dünyanın iki əks qütbü yalnız ideoloji rəqabət aparırdı və bu rəqabətdə istirak edən tərəflərin bir qarış torpağı belə işğal olunmamışdı. Hətta belə olduğu bir zamanda ABŞ və SSRİ, bu ölkələrdə kecirilən və ilk baxışda siyasətlə hec bir əlaqəsi olmayan olimpiada oyunlarını belə baykot edirdilər. SSRİ-də yenidənqurma və soyuq muharibənin başa çatması dövründə, ABS və SSRİ rəsmiləri arasında əlaqələrin və goruslərin daha intensiv xarakter aldığı bir dövrdə iki olkə xalqları arasında da münasibətlər istiləsmisdi. Hətta yadımızdadır, o zaman tez-tez Vaşinqton ilə Moskva arasında telekörpülər təskil edilirdi.

Lakin istinad olunan beynəlxalq "xalq diplomatiyası" təcrubəsinin Ermənistan-Azərbaycan munasibətlərinə kor-koranə tətbiqi nə dərəcədə duzgundur? Bir-iki təskilat və səxs tərəfindən Azərbaycan cəmiyyətinə qəbul etdirilən "xalq diplomatiyası" üçün əsas və bunovrə mövcuddurmu, torpaqlarının 20 %-i işğal olunmuş, 30 min insanı ermənilər tərəfindən oldurulmus bir cəmiyyət "xalq diplomatiyası"nı qəbul edə bilərmi?

Bütün bunları deməklə biz umumiyyətlə "xalq diplomatiyası" anlayışını inkar etmirik və qəbul edirik ki, dunya təcrubəsində "xalq diplomatiyası"ndan istifadə olunub və olunur. Lakin harada və necə?!

Əvvəla, beynəlxalq praktikada "xalq diplomatiyası" o zaman səmərə verir ki, artıq dövlətlərarası münasibətlərdə yaxınlaşma müşahidə olunur və burada "xalq diplomatiyası" köməkçi rol oynayır, yaxud dövlətlər arasında münasibətlər isti olmasa da, qarşılıqlı ərazi işğalı problemi olmur. Xalqlar arasında sıx əlaqələr də munasibətləri tamamlayır (Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər kimi). Yəni burada "xalq diplomatiyası" bu ölkələrin xalqları arasında olan mövcud isti münasibətləri tamamlayır və stimul rolunu oynayır. Hazırda dünyada xalq diplomatiyası təsəbbusu ilə çıxış edən bir sıra təskilatlar movcuddur: "Beynəlxalq Xalq Diplomatiyası Komitəsi", "Beynəlxalq Aleksandr Xeyriyyə Fondu", "Sudanla dostluq və əməkdaşlıq cəmiyyəti", "Demokratiya və İnkişaf Fondu", "Qadınlar sülh və azadlıq uğrunda Beynəlxalq Təşkilatı", "Beynəlxalq Humanitar Təsəbbuslər Fondu" və s.

1992-ci ildə Moskvada kecirilən iclasda "Beynəlxaq Xalq Diplomatiyası Fondu"nun əsası qoyuldu. Həmin fond tərəfindən xalq diplomatiyası ilə bağlı elmi tədqiqatlar aparılır, konfranslar, seminarlar və festivallar kecirilir. Daha bir misal: ABS-la munasibətləri o qədər də yaxşı olmayan Belarusiyada belə, ABS-la dostluq munasibətləri qurmaq istəyən təşkilatlar mövcuddur. Artıq on ildir ki, ABŞ-ın Minnesota ştatı ilə Belarusiya Respublikası arasında sıx əlaqələr qurulmuşdur. Xalq diplomatiyası xətti ilə hər iki tərəf təhsil və mədəniyyət sahəsində bir sıra müştərək proqramlar həyata kecirmisdir. Ancaq cəkdiyimiz misallardan gorunduyu kimi, tərəflər arasında müharibə və ərazi iddiaları olmadığı halda, xalq diplomatiyası müsbət nəticələr verir. Xususi halda, ABS ilə Belarus arasında yüksək səviyyəli munasibətlər olmasa da, ərazi iddiaları da mövcud deyil, hər iki olkə diplomatik munasibətlər qurmus və onlar bir-biri ilə muharibə aparmırlar.

Digər tərəfdən, hələlik elə bir dünya praktikası mövcud deyil ki, orada müharibə vəziyyətində olan iki olkənin xalqları arasında "xalq diplomatiyası"ndan istifadə edilsin. Belə vəziyyətlərdə yalnız bir tərəf udur, o biri isə uduzur. Təbii ki, indiki vəziyyətdə Ermənistanla "xalq diplomatiyası" münasibətlərinin qurulması, Azərbaycanın mənafeyinin birtərəfli səkildə satılması mənasını verir. Demək, rəsmi anlasma olmadan, qeyri-hokumət təşkilatlarının Ermənistanla Azərbaycan arasında əlaqələr qurmaq yolundakı canfəşanlığı xalq diplomatiyası adı ilə munaqisənin unudulmasına xidmət edir.

Ermənistanla "xalq diplomatiyası" oyunu olsa-olsa, ancaq adı çəkilən olkəyə sərf edir. Burada Ermənistanın əsas məqsədi iki olkənin xalqları arasında problemin olmadığını, açıq dialoqun, qarşılıqlı anlaşmanın mövcud olmasını, problemin yalnız dövlətlər arasında mövcud olduğunu göstərməkdir. Ermənilər demək istəyirlər: "Azərbaycan deyilən məmləkətlə problemimiz yoxdur. Hətta Bakıya belə vaxtaşırı səfərlər edib, muzakirələr aparırıq".

Eyni zamanda, Ermənistan beynəlxalq aləmə isarə verir ki, Qarabağ problemi dondurulub, munaqisə səngiyib, regionda sakitlik və sabitlik hokm surur. Ermənistan beynəlxalq aləmdə belə imic yaratmaqla bir tərəfdən munaqisənin həll edilməsi fikrini bizim və beynəlxalq ictimaiyyətin beyinlərinə yeridir və çalışır ki, zaman keçdikcə Azərbaycan bu acı reallığı qəbul etsin; digər tərəfdən isə etibar əldə edərək iqtisadi mənafelərini həyata keçirir, yardımlar alır, qrantlar əldə edir. Bununla da vaxt udulur, beynəlxalq maliyyə institutları aldadılır və əsas diqqət hədəfdən yayındırılır.

Ermənistan "xalq diplomatiyası" oyunu ilə Azərbaycan və dolayısı yolla Türkiyə ilə əsasən iqtisadi munasibətlərini qaydaya salmaq istəyir. Məsələ bundadır ki, iqtisadi potensial baxımından Azərbaycan və Turkiyə Ermənistandan daha cox inkisaf edib. Belə sərhəd olkələrlə iqtisadi əlaqələr qurmaq Ermənistanın iqtisadi inkişafına təkan olardı. Hər halda, hər hansı məhsulu uzaq olkələrdən idxal etməkdənsə, az pul xərcləyərək qonsu olkələrdən idxal etmək daha sərfəlidir. Turkiyə ilə sərhədlərini acmaqla, sərhəd ticarətini genisləndirmək istəməklə də, əslində Ermənistan oz əhalisini bu olkənin hesabına yedizdirib-geyindirmək istəyir. Digər tərəfdən, Ermənistana bütün yaxın beynəlxalq yollar da Turkiyə ərazisindən kecir. Butun bu səbəblər uzundən də Ermənistan Turkiyənin bir sıra sərhəd vilayətləri ilə sıx əlaqələr qurmağa çalışır və bu vilayət başqanları da Türkiyənin mərkəzi hakimiyyəti qarşısında Ermənistanla sərhədlərin açılması tələbi ilə çıxışlar edir. əslində, Ermənistanın Türkiyənin sərhəd vilayətləri ilə "xalq diplomatiyası" qurmağa çalışması və onları bu işə təhrik etməsində yeganə məqsəd ozunun iqtisadi vəziyyətini duzəltmək və Qarabağ məsələsində Azərbaycanı təkləməkdən ibarətdir.

Maraqlıdır ki, Ermənistanla Azərbaycan arasında "xalq diplomatiyası" ideyasının inkişafı üçün ən cox canfəşanlıq göstərənlər ermənipərəst Qərb təşkilatlarıdır. Belə təskilatlar ya erməni lobbisi tərəfindən maliyyələsir, ya da ki, bu təşkilatların başında erməni millətindən olan numayəndə durur.

Movcud məlumatlara gorə, Azərbaycanda fəaliyyət gostərən missioner təşkilatları da əhalini xristianlaşdırmaq məqsədilə eyni metodlardan istifadə edirdilər. Xristianlığı qəbul etmis Azərbaycan vətəndaşları bir sıra xarici ölkələrə gondərilir, onların həmin olkələrdə ermənilərlə gorusu təskil olunur, bu goruslərdəki sohbətlərin əsas mahiyyəti ermənilər və azərbaycanlılar arasında dostluq ideyalarının yayılmasından ibarət olurdu. Məlumatlar var ki, öz qarşısında əhalini xristianlaşdırmağı məqsəd qoyan bir sıra missioner təskilatlar elə indi də bu metodlardan istifadə edir, xristianlığı qəbul etmis azərbaycanlılar arasında ermənilərlə dostluq, torpaqlarımızın itirilməsi ilə barışqanlıq, mübarizə ruhunun zəiflədilməsi ideyalarını yayırlar. Missioner təşkilatlarının bir çoxunun fəaliyyətində erməni izi olması faktı ilə bağlı məlumatlar isə milli mətbuatımızda hələ 1996-cı ildən gorunur.

Bəzi yerli qeyri-hokumət təskilatlarının Ermənistanla "xalq diplomatiyası"na meylli olmasının səbəbi nədir? Burada iki səbəb ola bilər. Birincisi, beynəlxalq təşkilatların həmisə nəzər-diqqətində olmaq; ikincisi, ozlərinin qrant maraqlarını həyata kecirmək. Acı da olsa, fakt göz qabağındadır. Bu təşkilatların qrant maraqları onların milli maraqlarını üstələyir.

Gorunduyu kimi, Azərbaycan cəmiyyətinə "xalq diplomatiyası" kimi təqdim edilən, əslində isə milli mənafelərimizin satılması ilə nəticələnə biləcək tədbirlər uzaqgorən erməni siyasətindən qaynaqlanır.

Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org