Əsas mövzu

| rus | english |        
Bu sayımızda
Ana səhifə

Terrora heç bir bəhanə ilə haqq qazandırmaq olmaz
ABŞ İraqdan nə istəyir?
Qloballaşma: mərkəz və ucqar
Tənəzzül təhlükəsi, yaxud Qərb "özgə-lər"dən öyrənə bilər
Terror geosiyasəti
Dünyanı bürüyən real təhlükə:
etnik münaqişələr

Terrora heç bir bəhanə ilə haqq qazandırmaq olmaz

Nedim KAYA  

Məşhur bir lətifə vardır: əqli cəhətdən xəstə olan bir nəfər ozunu arpa dənəsi hesab edirmiş. Uzun sürən müalicələrdən sonra onu inandırırlar.ki, arpa dənəsi deyildir. Amma sağalmış xəstə nədənsə xəstəxanadan çölə çıxmaq istəmir. Həkim səbəbini soruşanda cavab verir: «Mən buğda dənəsi olmadığıma inandım, amma axı toyuqlar buna inanmayacaqlar!»

İndi gəlin düşünək: Biz bütün ilahi dinlərin terrora qarşı çıxdığını məntiqi və elmi dəlillərlə isbat etdik. Bəs, görəsən, terroristlər özləri buna inanırlarmı?

Terror və terrorçuluq faktorunun meydana çıxmasında cəmiyyətdəki ədalətsizliyin mövcud olduğuna inam və başqa bir sıra amillər də rol oynayır. Nə qədər ki, bu amillər var, terrorçuluq da vardır və olacaqdır. Düzdür, bütün sadalanan səbəbləri terrorla əlaqələndirən son səbəb halqası cahillik və çarəsizlikdir. Lakin bəzən ədalətsizliyi aradan qaldırmaq, bəzən zalımı cəzalandırma, bəzən də dünyaya hər hansı irqin, dinin və ya qrupun hakim olmasının qarşısını almaq vasitəsi kimi terrora həmişə əl atılacaq. Terrorçular da gah qəsdən, gah da bilməyərəkdən bu məqsədlər üçün alətə çevriləcəklər.

Lakin mənim fikrimcə, terrorçunun mövcudluğundan da təhlükəli olan hal – onu haqlı sayan kütlənin mövcudluğudur. Terrora haqq qazandıran kütlələr hər dövrdə terroru bəsləyib yaşadacaq potensial qüvvə sayılmalıdır. Elə isə, terrordan qorunmağın ən səmərəli yolu – bu kütlələri terrora haqq qazandıran düşüncə tərzindən döndərmək üçün tədbirlər görməkdir.

Yeri gəlmişkən, bu yerdə haşiyə çıxmaq və məsələ ətrafında yaranmış yanlış bir təsəvvürə düzəliş vermək istərdim. Terroru və ya ədalətsizliyi məhv etmək mövzusu nə zaman ortaya gəlirsə, o dəqiqə hamı bu sahədə ABŞ-ın nə kimi fəaliyyət göstərdiyindən danışmağa başlayır. Bu cür qiymətləndirmə ABŞ-ı həm dünyadakı haqsızlığın yeganə cavabdehi, həm də ədalətin yeganə təminatçısı kimi cilvələndirir. Yəni Amerikanı ən ciddi tənqid atəşinə tutanlar onun təminatçı rolunu oynadığını da qəbul etmək məcburiyyəti qarşısında qalırlar. Əslində isə ABŞ nə dünyadakı haqsızlıqların yeganə cavabdehi, nə də ədalətin yeganə təminatçısı deyildir və heç olmamalıdır da. Əlbəttə, ABŞ-ın malik olduğu böyük güc və bütün dünyanın polisi rolunu ifa etməyə marağı belə fikrin yaranmasına səbəb olur; amma eyni zamanda bu, bəzi başqa dövlətlərin məsuliyyətdən qaçmasına da yardım göstərir. Halbuki, terror yalnız ABŞ-ın deyil, bütün dünyanın problemidir.

İnanıram ki, terroru minimum həddə endirmənin yolu – terror ideyaları üçün tarla rolunu oynayan haqsızlıq, ədalətsizlik və yoxsulluq kimi təzahürlərdən cəmiyyəti təmizləməkdir. Güman edirəm ki, aşağıda təqdim edilən rəqəmlər beynəlxalq ictiamaiyyətdə, terrorizmi himayə edən kütlələri bu mövqedən çıxarmaq üçün nələr edə biləcəyi və bu sahədə hansı imkanlara malik olması barədə təsəvvür yaradılmasına yardım göstərəcək. Rəqəmləri saymaqda əsas məqsədim, ABŞ və Əfqanıstanın dünyada ən yüksək və ən aşağı rifah səviyyəsinə malik zidd ölkələr olduğunu nümayiş etdirməkdir.

7 milyard dollar – 1999-cu ildə ABŞ-ın terrorla mubarizə üçün ayırdığı illik büdcə.

3 milyard dollar – talibançıların narkotik maddə satışından əldə etdiyi illik gəlir.

2 milyard dollar – ötən il 11 sentyabr tarixində Nyu-Yorkdakı Ümumdünya Marketinq Mərkəzinin dağıdılmış iki korpusunun yenidən tikilməsi üçün lazım gələn vəsait.

1,5 milyard dollar – 1992-98-ci illər ərzində türk şirkətləri tərəfindən Orta Asiya ölkələrinə investisiya yatırımının məbləği.

600 milyon dollar – 1996-cı ildə Amerikanın «qara bazarları»nda 440 qram heroinin qiyməti. Eyni zamanda, elə həmin il ABŞ-ın Pakistana göstərdiyi yardımın məbləği.

568 milyon dollar – 1996-1999-cu illərdə BMT-nin Əfqanıstana vermək istədiyi üç illik yardımın miqdarı (bunun əvəzində isə cəmi 174 milyon dollar yardım olundu).

100 milyon dollar – 1989-1999-cu illər ərzində Pakistandakı tiryək sənayesini ləğv etmək üçün xərclənmiş pul. Nəticədə illik narkotik maddə istehsalının həcmi 800 tondan cəmi 2 tona endi.

16,4 milyon dollar – 1993-97-ci illər ərzində narkotik maddələr əleyhinə mübarizə tədbirləri üçün UNDCP tərəfindən tələb edilmiş və yalnız yarısı əldə olunmuş miqdar.

25 milyon dollar - UNDCP tərəfindən Pakistanda olduğu kimi, Əfqanıstanda da tiryək sənayesinə qarşı 10 illik mübarizə proqramı üçün tələb olunan, amma həm talibançıların, həm də Qərbin istəməməsi üzündən ödənilməyən vəsaitin miqdarı.

100 min dollar – talibançı qüvvələrin 1997-ci ildə Əfqanıstanın inkişafı və idarəsi üçün ayırdığı büdcə (dövlət məmurlarının maaşı da daxil olmaqla).

1300 dollar – əfqan kəndlisinin öz kiçik tarlasında yetişdirdiyi xaşxaş bitkisindən 45 kq. xam tiryək aldıqdan sonra onun satışından əldə etdiyi gəlir. Həmin maddə Amerikaya vəya Qərbi Avropaya gedib çatanda bundan 50 qat baha – 65 min dollar qiymətə malik olur.

91,5 dollar – Əfqanıstanda istehsal olunan hər 100 qram heroinin ABŞ-da satışından əldə edilən əlavə mənfəət.

5 dollar – Əfqanıstanda istehsal olunan hər 100 qram heroini Qərbə daşıyan tacirin gəliri.

2,5 dollar - Əfqanıstanda istehsal olunan hər 100 qram heroindən əfqanıstanlı və ya pakistanlı tacirin qazandığı gəlir.

1 dollar - Əfqanıstanda istehsal olunan hər 100 qram heroindən, onu əkən kəndlinin əldə etdiyi gəlir.

Əsasən, iqtisadi səviyyə baxımından iki zidd qütbün – aylıq məvacibin cəmi 2 dollar təşkil etdiyi Əfqanıstan və pulla ala bilinən hər şeyə sahib olan ABŞ-ın qarşı-qarşıya qoyulduğu bu rəqəmlər yeni dünya sistemi qurmaq istəyən yaxşı niyyətli və imkanlı qüvvələrin nəyə qadir olduğunu göstərir. ABŞ hər il terrorla mübarizə üçün 7 milyard dolar xərclədiyini bol-bol reklam edir. Halbuki, Əfqanıstanda narkotik maddə istehsalı dalğasını yatırmaq üçün 10 il ərzində bu məbləğdən 280 dəfə az vəsait tələb olunur. Vəsait artarsa, uğurlu nəticə əldə etmək üçün gözlənilən 10 il müddət də uyğun olaraq bir neçə dəfə azalacaq. Deməli, ABŞ 7 milyard dolları gözdən pərdə asmaq məqsədiilə lazımsız yerə havaya sovurmaqdansa, cəmi 1 milyard dolları lazım olan şəkildə, düzgün istiqamətdə xərcləsə, nəinki yalnız Əfqanıstanda, bəlkə daha bir neçə ölkədə həm narkotik maddə alveri dayanar, həm əxlaqi dəyərlər qorunar, həm də narkotika biznesindən maddi baza kimi istifadə edən terrorizmin qarşısı alınar.

Deməli, ABŞ tərəfindən narkotika sənayesi inkişafına qarşı deyil, terrorla mübarizə üçün (yəni səbəb qarşı deyil, nəticəyə qarşı) külli miqdarda vəsait ayrılmasında əsas məqsəd, ölkənin geosiyasi maraqlarını həyata keçirmək və ABŞ-ın hərbi-sənaye kompleksini günün tələbləri səviyyəsində saxlamaqdan ibarətdir.

İstehsal etdiyi hər 100 dollarlıq narkotik maddədən yalnız 1 dollar qazanan əfqan əkinçisinin öz qazancından verdiyi 20% vergi talibançıdara ildə 3 milyard dollar mənfəət gətirirdi. Talibançılar isə İslam tərəfindən ən azı terrorçuluq qədər lənətlənən narkotik maddələrlə alverdən əldə etdikləri pulu İslam naminə xərclədiklərini həyasızlıqla iddia edirdilər!

Amma ən maraqlısı budur ki, narkotik maddələrin yetişdirilmə və istehsalının zəhmətini biri çəkir, ləzzətini isə tamam başqaları görür. Deməli, bu ləzzəti əldə edən və külli miqdarda pul qazanan bu qüvvələr öz qazanclarını artırmaq üçün terrlorçuluğa dəstək verirlər. Tarlalarında tam qanuni və açıq şəkildə əkin məhsulları yetişdirilən və əkinciyə 2 dollar deyil, ən azı 300 dollar qazanc gətirən Əfqanıstan kimə sərf edər: sıravi əfqan əkincisinə, yoxsa narkotik maddə alvercisinə?

Bu məqalədə biz yalnız narkotik maddə alveri ilə bağlı mənfəət-terror əlaqəsini rəqəmlər işığında göstərməyə çalışdıq. Amma bu cür mənfəət-terror əlaqəsi enerji, nəqliyyat və ya milli siyasət sahələrində də mövcuddur; terrorun bu cəmiyyətlərdə özünə zəmin qazanmasının səbəbi də elə budur. Əks halda, himayədarı və müdafiəçisi olmayan hər növ terror cəhdi çox qısa zaman ərzində yox olmağa məhkumdur.

Yuxarıdakılardan bu nəticələr əldə edilir:

1. Terrora heç bir səbəb və bəhanə ilə haqq qazandırmaq olmaz. Hər cür terror, o cümlədən, 2001-ci il 11 sentyabr hadisəsi lənətə layiqdir.

2. Terrorun qarşısını tam almaq üçün terrorçuluğu lənətləmək kifayət etməz. Ən yaxşı vasitə terroru yaradan və bəsləyən səbəbləri aradan qaldırmaqdır.

Mən də bu fikirlə şərikəm ki, «maddi mənfəət qazanmaq üçün edilən heç bir hərəkət qadağan oluna bilməz» düşüncəsi yaşadıqca terror da olacaqdır.

yuxarı

ABŞ İraqdan nə istəyir?

Nurəddin MEHDİYEV  

Elə gün olmur ki, dünyanın televiziya kanalları və informasiya agentlikləri İraq haqqında xəbər yaymasınlar. Bu xəbərlərdə məlumat verilir: "İraqda külli miqdarda kimyəvi, bioloji, bakterioloji və ballistik silahlar var. İraq nüvə silahı istehsalına başlayıb; bu isə məntəqə, eləcə də butun dunya ucun təhlukədir". ABŞ-ın rəsmi səxsləri öz çıxışlarında İraqın BMT Təhlukəsizlik Şurasının 687 saylı qətnaməsinə əməl etməsinin və BMT-nin təftiş komissiyasının işləməsi ucun əlverisli sərait yaradılmasının vacibliyindən danışırlar. əks təqdirdə İraqa hərbi mudaxilə qaçılmaz olacaq.

Britaniya parlamentinin İraqın kimyəvi, bioloji, bakterioloji və ballistik silah proqramları haqqında hazırladığı hesabatda deyilir ki, İraq hələ 50-ci illərdən nuvə, kimyəvi və bioloji silahların hazırlanması işinə başlamışdır. Hesabatda o da qeyd olunur ki, kimyəvi silahlar (iprit CS, Tabun, VX qazları) Bağdaddan 70 km. qərbdə yerləsən əl-Mutanna institutunda, bioloji silahlar isə Bağdadın 35 km. cənubunda yerləsən Salman-Pak təsisatlarında hazırlanır. 1985-ci ildən başlayaraq, bioloji silahların hazırlanması işinə doktor Rihab Taha başçılıq edir. 1959-cu ildə SSRİ ilə nuvə tədqiqatları sahəsində əməkdaşığa dair müqavilə imzalandıqdan sonra, Tuvayt şəhərində nuvə tədqiqatları mərkəzi fəaliyyətə başladı. İraq SKAD tipli ballistik raketlər əsasında, təsir radiusu 1200 km.-ə qədər olan "əl-Abbas", "əl-Abid", "Bədr-2000" adlı raketlərin istehsalına başlamışdır. Bu raket növlərindən həm İranla müharibə, həm də korfəz muharibəsi zamanı istifadə olunmusdu. 1995-ci ildən başlayaraq, doktor Rihab Tahanın rəhbərliyi altında yeni növ bioloji silahların hazırlanması üzrə tədqiqatlara başlanmışdır.

Britaniya parlamentinin hazırladığı bu hesabatda təəccüb doğuran heç bir şey yoxdur. (əslində təəccüb doğuran məsələ, bü hesabatın bir ərəb mənsəli tələbənin maqistr dərəcəsi almaq üçün yazdığı elmi işdən goturulməsidir). Və İraqın bu növ silahlardan İranla müharibə zamanı istifadə etməsi də sirr deyil. Təəccüb doğuran məsələ budur: İraqın istehsal etdiyi silahlar barədə niyə məhz son 10 il ərzində daha çox danışılır? ABŞ-da və Qərbdə İraqın belə silahlara sahib olmasını əvvəllər də bilirdilər və bu istiqamətdə hec bir tədbir gormurdulər. Bu, məsələnin bir tərəfidir. İkinci iərəf: hələ dünyanı demirik, elə Yaxın Şərq regionunda nuvə silahlarına, bioloji və kimyəvi silahlara malik olan və bu sahədə tədqiqatlar aparan digər dövlətlər və mərkəzlər də (misal üçün İsrail) mövcuddur. Qarşıya çıxan bu suallar İraq ətrafında baş verən hadisələrin əsl səbəblərini axtarmağı tələb edir.

Tarixdən gələn səbəblər və maraqlar

Müasir İraq dövlətinin yerləsdiyi ərazinin çox maraqlı tarixi var. Prezident Səddam Hüseyn İraqın keçmişi ilə - paytaxtı Bağdad olan xilafətin tarixi ilə oyunməyi çox xoşlayır. Qısa tarixi ekskursiya bizə müasir İraqda baş verən hadisələri qavramağa köməklik gostərir.

Məlum olduğu kimi, Dəclə və Fərat çayları arasında (Mesopatamiya) bəsər tarixində əhəmiyyətli rol oynamış şumer və akkad sivilizasiyaları mövcud olmuşdur. Bu sivilizasiya dünyaya ilk yazılı əlifbanı bəxs etmisdir. Bu dövlətlərin yerinə gələn Babil çarlığı dövründə ilk qanun külliyyatı ("Hammurapi qanunları") yaradılmışdır. Məhz Mesopatamiyadan aparılan neftin hesabına hazırlanan silahların sayəsində Bizans imperiyası öz rəqiblərini ustələmisdi. Hələ qədimdən bu ərazilərin geosiyasi əhəmiyyəti basa dusulur, neft və coğrafiya bu ərazilərin taleyində əvəzsiz rol oynayırdı.

661-ci ildən İraq tamamilə ərəblərin təsiri altına düşdü. 750-ci ildən Abbasilər sulaləsinin idarə etdiyi ərəb xilafətinin paytaxtı 762-ci ildən Bağdad şəhəri oldu. İraq ərazisi 1055-ci ildə səlcuqların, sonralar monqolların, daha sonra isə əmir Teymurun hücumlarına məruz qaldı. 1530-cu ildə osmanlıların təsiri altına keçən Bağdad vilayəti XVIII əsrə qədər ozunun əvvəlki geosiyasi əhəmiyyətini itirib, yalnız Osmanlı və İran imperiyaları arasında maraq zonasına çevrildi.

XVIII əsrin sonları və XIX əsrdə İraq ərazisi ingilislərin maraq dairəsinə kecməyə başladı. Onun geosiyasi taleyi isə 1869-cu ildə Süveyş kanalı tikiləndə həll olundu. XX əsrin əvvəllərində varlı Mosul neft yataqlarının aşkar edilməsi bu ərazilər uğrunda rəqabəti daha da qızışdırdı.

1920-ci ildə fransızlarla əldə edilən razılığa əsasən, İngiltərə Bəsrə, Bağdad və Mosul uzərində nəzarət mandatı əldə etdi və beləcə, ozunəməxsus identifikasiya kodu olmayan süni İraq dövləti ingilislərin əli ilə yaradıldı. 17 iyun 1968-ci il inqilabından sonra hakimiyyətə "Bəəs" partiyası gəldi və yeni siyasi donəm başladı. 1972-ci ildə İraqda neft sənayesinin milliləsdirilməsi ilə yeni siyasi kurs götürüldü. İraqda iki supergücün - SSRİ və ABŞ-ın da maraq müharibəsi o zamanlardan başlanır. əslində İraqın bugünkü geosiyasi tora düşməsinə səbəb, məhz 70-ci illərdə secilmis yeni siyasi kurs və yeni anti-Qərb yolu idi. Lakin bu gün İraqda baş verənlərin umumi səbəblərini belə səciyyələndirmək olar: 1) İraqın geosiyasi əhəmiyyəti; 2) neft; 3) Səddam Huseynin səhv siyasi kursu.

İraqın geosiyasi əhəmiyyəti

Geosiyasət - coğrafi amillər nəzərə alınmaqla həyata kecirilən siyasətə deyilir. İraq elə bir ərazidə yerləsir ki, guclu dövlətlər bu ərazilərsiz siyasət həyata kecirə bilmirlər.

İraq ərazicə Sərq və Qərb arasında yerləsdiyindən, bu iki qitə arasında əlaqəyaradıcı rolunu oynayır. Deməli, əlverisli, azxərcli ticarət yollarının da bu ərazilərdən kecməsi təbiidir. 1869-cu ildə Süveyş kanalının işə dusməsi ilə bolgənin geosiyasi əhəmiyyəti hələ o zamanlardan muəyyənləşmişdi. İraqa kimin nəzarət etməsi - əslində əlverisli iqtisadi yollara kimin nəzarət etməsi kimi məntiqi nəticəyə gəlməyə səbəb olur.

İraq Yaxın Şərqin tərkib hissəsi olaraq, dənizlərə, okeanlara və Fars korfəzinə yaxın olduğundan, bölgə siyasətinin həyata kecirilməsi ucun əlverisli ərazidir və dünya bazarlarına çıxışdır.

Nəhayət, İraqın tutduğu yol və movqe bolgə olkələrinə təsir edə bilər. Onun umumi siyasətə azacıq etirazı (məsələn, Fələstin problemi uzrə) və koalisiya yaratmaq (ərəb olkələri və İranla) cəhdi regionda İsrail vasitəsilə balans yaradan ABŞ-ın maraqlarına ziddir.

Başıbəlalı neft

İraq dünyanın ən böyük neft ehtiyatlarına malik olan dövlətlərindən biridir. Olkənin elə torpaqları var ki, orada neft lap üzdədir. Amerikalılar deyirlər ki, İraq neft gölü üzərində uzən adadır. Hesablamalara görə, 150 il sonra dünyada axırıncı neft İraqda çıxarılacaq. Məlum həqiqətdir ki, neft uzun illər boyunca İraq xalqına xoşbəxtlik gətirməmişdir. İraqda belə bir aforizm də tez-tez səslənir: "Neftdən qan iyi gəlir". Təbii ki, dunyada tukənməkdə olan neft ehtiyatları Qərb dövlətlərinin İraqa olan diqqətini daha da artırır. İraqda olan neftin həcmi isə dunya neft qiyməti siyasətinə təsir gostərmək gucundədir.

Qeyd edildiyi kimi, XX əsrin birinci yarısında İraq xalqı öz neftinin sahibi olmamışdır. 1929-cu ildə ingilislər İraq neftinin bütün səhmlərini ələ kecirərək, ona 1972-ci ilə qədər nəzarət etdilər. 1972-ci ildə İraqın neft sənayesinin milliləsdirilməsi ilə burada superguclər arasında rəqabət qızışdı və bu pərdəarxası rəqabətlər İraqı 1980-cı ildə İranla muharibəyə, 1990-cı ildə isə Kuveytlə muharibəyə suruklədi. İraqın bu gün düşdüyü vəziyyətin başlıca səbəblərindən biri məhz 1972-ci ildə İraqda neft sənayesinin milliləsdirilməsidir.

Bu bir aydın həqiqətdir ki, neft butun dövlətlərə lazımdır. Elə buna gorə də, baslaya biləcək muharibə İraqdan neft alan Avropaya da, ərazisindən neft boruları keçdiyinə gorə həm gəlir qazanan, həm də neft əldə edən Turkiyəyə də sərf etmir.

ABŞ-ın isə İraqdan istədiyi bir şey var: İraqa və neftə nəzarət onun əlində olmalıdır ki, başqaları da nefti məhz ondan alsınlar; bu isə nəticədə dunyaya nəzarət deməkdir. Məhz buna gorə də, muharibə qaçılmazdır. Müharibə ona gorə lazımdır ki, sıradan çıxmış həyati əhəmiyyətli obyektlərin tikintisi və bu tikintinin maliyyələsdirilməsi ABŞ-ın ixtiyarına keçmiş olsun. Nəticədə İraqın, bu maliyyəni verən tərəfdən siyasi asılılığı uzun illər ucun sərtlənmis olacaq.

Təxribata özünətəxribatla cavab

70-ci illərdə neftdən gələn gəlir hesabına İraqda güclü hərbi-sənaye kompleksi inkisaf etməyə başladı. İraq rəhbərlərinin fikrincə, məhz bu inkisaf Qərb aləmini İraqı təxribata cəlb etməyə vadar etdi. Nəticədə, İraq əvvəlcə İranla, sonra Küveytlə muharibəyə başladı. Qərb dövlətləri isə bu hücumların nəinki qarşısını almadılar, hətta ona göz yumdular. Burada Küveytin mövqeyi haqqında fikirlər maraq doğurur. Küveyt OPEK-in (neft ixrac edən olkələrin təşkilatı) qoyduğu çərcivəni aşaraq, dünya bazarına daha çox neft çıxarmaqla, digər olkələrə ziyan vurmaqda günahlandırılır. 1990-cı illərin əvvəllərində Səddam Huseyn oz bəyanatında bildirmişdi ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində İraq ildə 14 milyard dollar itirməli olacaq. Həmcinin, sərhəd zonalarında Küveytin İraqdan 2,4 milyard dollar həcmində neft oğurladığı göstərilir. Butun bunlar isə Kuveytə hucumun səbəbləri kimi izah olunur.

Təbii ki, İraqın Küveytə hücumundan ABŞ-ın bixəbər olduğunu düşünmək sadəlövhlük olardı. Ancaq bu, məsələnin mahiyyətini dəyişmir. İraq yönətiminin səhvi onda idi ki, Qərbin təxribatına özünətəxribatla cavab vermisdi və İraqın bugünkü ağır vəziyyətinin bir səbəbi də həmin səhvlərdir. Bu səbəblər isə bolgə və dunya ucun təhlukəli və ziyanverici sonuclar vəd edir...

yuxarı

Qloballaşma: mərkəz və ucqar

Bəhlul NURİ  

Ümumişlək leksikona axırıncı iki onillikdə daxil olsa da, qloballaşma mahiyyət etibarilə tarixi fenomendir. Tarixin nisbətən şəffaf hissəsi olan qədim yunan dövlətindən başlayaraq, müasir dunyada ABŞ hegemonluğu ilə səciyyələnən dövrə qədər bəşəriyyət müxtəlif formalarda təzahür etmiş qloballaşma proseslərinin şahidi olmuşdur. Müasir qloballaşma isə, onun dinamikliyini artıran və ona yeni çalar verən informasiya texnologiyalarının güclü inkişafı, ümumilikdə isə keçmişlə müqayisədə hadisələrin başvermə sürətinin xeyli dərəcədə artması ilə bağlıdır. Kanadalı informasiya mütəfəkkiri Marşal Makluhan hələ 70-ci illərdə informasiya texnologiyalarının inkişafının insan həyatında mühüm dəyişikliklərə səbəb olacağını söyləmişdi.

Əlbəttə, əvvəlki qloballaşma proseslərinin miqyası, sürəti və vasitələri indikindən fərqli olub. Bu da tarixi inkişaf prizmasından təbii qəbul edilməlidir. Bir proses kimi, qloballaşmada iki uzvi tərkib hissəsi, xarakter etibarilə muxtəlif olan iki mühüm anlayış mövcuddur: mərkəz və ucqar, yaxud qloballaşdıran mərkəz və antiqlobalist ucqar. Mərkəz bir qayda olaraq, çeşidli qloballaşdırma vasitələrinə malik olur. Onun ideologiyasına xidmət edən beynəlxalq təsisatlar - təzyiq və diqtə vasitələri vardır. Belə ki, mərkəzin ideologiyası - liberal demokratiya, onun qlobal miqyaslı maliyyə qurumları - Beynəlxalq Valyuta Fondu, Dunya Bankı, onun hərbi imperativlərini həyata kecirən qurum - NATO sayıla bilər.

Sovetlər İttifaqı dağıldıqdan sonra mərkəzin perspektiv və strategiyasını öyrənmə baxımından Fukoyama və Hantinqtonun nəzəriyyələri xususi əhəmiyyətə malikdir. Tarixən olduğu kimi, hazırki mərhələdə də mərkəz və ucqar arasındakı münasibıtlərdə quvvələr nisbəti mərkəzin xeyrinədir. Mərkəz oz mədəniyyətini, onun komponentləri olan dilini, musiqisini, ideologiyasını, bir sözlə, simvollarını qloballaşdırır. Bu üstünlüyün qorunub saxlanması üçün, Hantinqton mərkəzin texnoloji və hərbi hegemonluğunu hər vəchlə qorumağı lazım bilir. Qloballaşma prosesində mərkəz aktiv mudaxiləci və nəzarətci, ucqar isə passiv musahidəci və təcridci (izolyasionist) muxalifətcidir. Ucqar, qloballaşma prosesinə fəal surətdə qoşulmaq imkanı qazanmayana qədər mərkəzdən asılı olur. Bu mənada sosioloq Ziqmund Baumanın "ucqarlar hal-hazırda öz mədəni dəyərlərinin məhsuluna cevriliblər" fikri yerinə dusur. Tarixə muraciət etsək, bunu aydın görə bilərik; qədim yunan dövləti (mərkəz) və yalnız qul olmağa layiq qeyri-yunan xalqlar (ucqar); İslam xilafəti, yəni superetnosun (ummətin) sakin olduğu ərazilər (mərkəz və ya Darül-İslam) və qeyri-musəlman xalqlarının əraziləri (ucqar və ya Darul-hərb). Darul-hərb sırf İslam fenomeni idisə, "ucuncu dunya" və ya "ucuncu dunya olkələri" anlayışı sırf Qərb fenomenidir. Tarixən mərkəzin məskun olduğu Darül-İslam stabil həyatın, tərəqqinin, əmin-amanlığın, rifahın sinonimi idisə, Darul-hərb geriliyin, muxtəlif muharibələrin, yoxsulluq və cəhalətin simvolu idi. Hal-hazırda isə bunu ucuncu dunya olkələrinin reallıqlarına aid etmək olar.

Müasir qloballaşmanın lokomotivi informasiya vasitələri, informasiya texnologiyasıdırsa, orta əsrlərdə bu, kağız və barıt olmuşdur. Mərkəz və ucqar münasibətləri yunan və Roma sivilizasiyalarında da eynilə bu cur olub. Aristotelin qeyri-yunan xalqlara münasibətdə verdiyi sərh, hal-hazırda isə Hantinqton və Qərbdəki bu cur akademik dairələrin qərbsentrist nəzəriyyələri mərkəz və ucqar dixotomiyasının aydın təzahurləridir.

Mərkəz və ucqar münasibətləri həmisə donuq vəziyyətdə qalmır. əgər ucqarın müqaviməti davamlı olarsa və sonrakı mərhələdə mərkəzlə bərabərliyi təmin etməyə xidmət edərsə, onda nisbi stabillik və sivilizasiyalararası çarpazlaşma mərhələsi yetişir. Bu baxımdan, Yaponiyadan sonra Cənub-Sərqi Asiya olkələri mərkəzlə tarazlıq yaratmağa daha qabiliyyətli və real görünür. Antiqloballaşmanın (ucqarın) başlıca qüvvəsi olan İslam dünyası və Sərqi Asiyanın inkişafının xarakteri qloballaşmadan sonrakı (post-qloballaşma) dünyanın inkişafının necəliyini muəyyən edəcək.

Müasir qloballaşma (əslində qloballaşdırma) vesternizasiya (qərbləsdirmə) məfhumunun nisbətən yumsaq ifadə olunmuş formasıdır. Qərbin mərkəzə, Sərqin ucqara cevrilməsi konkret olaraq son 500 ildə təzahur etsə də, bu sivilizasion yerdəyismənin koklərini daha əvvəlki dovrlərdə axtarmaq lazım gəlir. 1258-ci ildə Bağdadın, 1236-cı ildə Kordovanın süqutu əslində musəlman intellektinin, mədəniyyətinin və elminin suqutu idi. Sivilizasiya da insan kimidir; onun da cavanlıq dövrü olur, yetkinləsir, nəhayət, qocalır. İslamın ilk passionar qüvvəsi olan ərəblər IX əsrə kimi (tam uc əsr) coşğunluqla irəlilədilər. Sonra yorulub yerlərini Orta Asiyadan gəlmis turklərə verdilər. Türk passionarlığı XVI əsrə kimi davam etdi. Sonrakı əsrlər, əslində nisbi deqradasiya əsrləri idi. Paralel olaraq, musəlman torpaqlarındakı intellektual və mədəni mərkəzlərin suqutu ilə eyni dovrdə Qərbdə Oksford, Kembric və s. yerlərdə yeni uslubda universitetlər, akademiyalar meydana gəldi.

Beləliklə, XVI əsrdə nisbi bərabərlik movcud olsa da, XVII əsrdən baslayaraq Qərbin üstünlüyü özünü açıq büruzə verdi. XIX əsrin əvvəllərində Qərbin mustəmləkə siyasəti Sərqin əksər ərazilərində tüğyan etməkdə idi. əvvəlcə fransızlar, sonra ingilislər və ruslar ozlərini kompleks mənada qloballaşdırmağa səy etdilər. Nəhayət, kecən əsrin 50-60-cı illərindən baslayaraq, bu siyasət kursunu ABS goturdu. ABS məcburi olaraq, dunya mədəniyyətini qərbləsdirməyi qarşısına məqsəd qoyub. Musəlmanlığı qəbul etmiş alman alimi Murad Hofmanın təbiri ilə desək, "gələcək insanlar Seuldan başlamış Sohoya qədər butun dunyada cins geyməli, hamburger yeməli, Coca-Cola icməli, Marlboro cəkməli, ingiliscə danışmalı, CNN-ə baxmalı, demokratik dövlət ərazisində Bauhaus stilli evdə yaşamalı və yəqin ki, hər hansı xristian kilsəsinin formal üzvü olmalıdırlar".

Təsadufi deyil ki, hələ soyuq muharibə illərində Qərbin kutləvi informasiya vasitələrində "kommunist təhlukəsi" ilə yanaşı yavaş-yavaş İslam təhlukəsinə də yer verilirdi. Sovet Ittifaqının dağılması ilə kommunist təhlukəsi yoxa çıxdı, lakin İslam "təhlukəsinin" necə yox ediləcəyi hələ tam bəlli deyil. Belə gorunur ki, əfqanıstana soxulmaqla məsələ həll olmadı. "əI-Qaidə" isə məğlubedilməzlik rəmzinə cevrildi. Belə getsə, antiterror əməliyyatı müxtəlif forma və metodlarla məchul tarixə qədər davam edə bilər. Amerikalı islamşünas alim Con L.Esposito yazır: "ABŞ idarəciliyində çox az adam tapılar ki, yəhudi və xristian ekstremist liderlərinin və ya qruplarının hərəkətlərini yəhudi və xristian dinləri ilə əlaqələndirsin. Anoloji olaraq, Amerika hokuməti Israil, Polsa, Sərqi Avropa yaxud Latın Amerikasında dinin siyasətlə qarışdırılmasını pisləmir. Lakin İslama münasibətdə bu səviyyədə muqayisəli fərqləndirmə gorunmur".

Murkəz-ucqar münasibətlərindəki gərginlik təqribən 1400 ilə yaxındır ki, davam edir. Bu əlaqələr iqtisadi və intellektual sahədə muəyyən qədər uğurlu olubsa da, əksər hallarda qarşıdurma xarakteri daşıyıb. Bir ucqar kimi ümumi Şərqdən fərqli olaraq, musəlman dünyasının bugünku reallıqlarını geniş şərh edən Fələstin mənsəli Amerika mutəfəkkiri Eduard Səid yazır: "Müsəlman Sərqi olkələri bu gun Qərbin siyasi-mədəni və intellektual satelitinə cevrilib. Bu isə iki muhum amillə bağlıdır: 1) intellektual və mədəni deqradasiya; 2) istehlakçılıq (konsumerizm) mentaliteti". Istehlakçılıq mentalitetinə toxunan alim qeyd edir ki, əsas neft sahələrini ABS sirkətlərinin istismarına verən ərəb neft maqnatları əsas kapitallarını Amerika iqtisadiyyatına qoyurlar ki, bu da onların kompleks istehlakçılığına və asılılığına gətirib-çıxarır. Bununla belə, həmin olkələrin dövlət xadimləri qətiyyən dusunmurlər ki, ərəb və musəlman Sərqini oyrənməklə məşğul olan ABŞ və Avropadakı saysız-hesabsız institutların, tədqiqat mərkəzlərinin əhəmiyyəti nə qədər boyukdur. Bəli, bu gun bu boyuk məntəqədə bir dənə də olsun, mutərəqqi tədqiqatla məşğul olan, Oksford, Harvard və digərlərinə alternativ ola biləcək bir mərkəz yoxdur. Bütün İslam və ərəb dünyasında bircə professional kitabxana da yoxdur. Universitetlər çoxsaylı olsa da, oradakı təhsilin keyfiyyətindən heç danışmağa dəyməz.

Mən ərəb aləmi ilə bağlı ötən ilin sentyabr ayında çıxmış statistik məlumatlara əsaslanıram. Həmin məlumatlar oz-ozluyundə boyuk təəccüb doğurur. BMT nəzdindəki İnkişaf Proqramı və İqtisadi və İctimai İnkişaf üzrə ərəb Fondunun rəhbərliyi altında hazırlanmış raporta görə, 280 milyonluq ərəb aləminin umumi milli gəliri təklikdə goturdukdə İspaniyanın milli gəlirindən də azdır. Hər bes ərəbdən biri gundə 2 dollardan da az pul xərcləyir. ərəblər ildə 330 kitab tərcumə etdikləri halda, təkcə yunanlar bundan bes dəfə cox tərcumə edirlər (Yunanıstan əhalisinin ərəb aləmindən sayca nə qədər az olduğunu unutmayın). ərəblərin son min ildə tərcumə etdikləri ədəbiyyata gəlincə isə, bu, İspanların bir ildə etdikləri tərcumədən belə azdır. ərəblərin cəmi 0,5 faizi internetin nə olduğunu bilir. İsrail dövləti oz milli gəlirinin 2,32 faizini elmi tədqiqatlara sərf etdiyi halda, ərəblər umumilikdə milli gəlirin 0,4 faizini sərf edirlər. Bütün bunları nəzərə alanda digər musəlman olkələrindəki anoloji vəziyyət hec də nikbinlik doğurmur. Konkret olaraq Azərbaycana gəlincə, bunu musahidə etmək o qədər də cətin deyil.

Mərkəz-ucqar, Sərq-Qərb münasibətlərini adi halda daimi ziddiyyətdə gormək əsla düzgün olmazdı. Lakin məsələ bundadır ki, Qərbin Sərqə münasibəti son 14 əsrdə hec də konstruktiv olmayıb. Coğrafi qonşuluq və muəyyən mənada mədəni-dini qohumluq ikitərəfli münasibətlərin keyfiyyətinə xeyli təsir gostərib. İslam və Qərb diplomatiya tarixinin ən muhum mərhələsi VII əsrin əvvəlində Həzrət Məhəmməd Peyğəmbərin (s) Sərqi Roma imperatoru Herakliusa gondərdiyi məktubdan başlanır. Peyğəmbər sadəcə olaraq, Herakliusu ozunun və xalqının xeyri üçün İslamı qəbul etməyə çağırırdı. Bundan sonra qısa müddət ərzində İslam dini xristian və digər ərazilərə yayıldı.

İslamın bu cür sürətlə yayılmasını başa düşməyən xristianlar çox vaxt onun haqqında çeşidli nağıllar və iftiralar uydururlar. Müasir Avropaya İslam və onun peyğəmbəri barəsində ilk məlumatlar İspaniyadan yayılmışdır. VIII əsrin əvvəllərində ərəblərin Pireney yarımadasını tutmaları ilə musəlmanlar və xristianlar arasında birgəyaşayış başladı. Maraqlıdır ki, həmin dovrun katalon və latındilli ədəbiyyatlarında İslam qılınc və zorakılıq dini kimi təqdim olunur, Həzrət Məhəmməd (s) isə fırıldaqçı və kahin kimi gostərilirdi. XI əsrin sonlarında potensial xristian stereotipi səlib yurusləri adlanan və Sərq-Qərb münasibətlərinə yeni calar verən hadisələri doğurdu. Nəhayət, Konstantinopolu tutandan sonra İslamın missiyasını Avropaya gətirən Osmanlı türkləri ilə yeni təmas mərhələsi başladı və bu da İslam-xristianlıq münasibətlərinə yeni gərginlik əlavə etmis oldu. Təsadufi deyil ki, həmin dovrun Avropa ədəbiyyatında bütün müsəlmanlar "türk" adı altında tanınır və onların obrazı eybəcərləsdirilirdi.

Həmin dovrdə Qərbdə bas verən ictimai-siyasi proseslər nəticəsində din dövlətdən ayrıldı. Bundan sonra söhbət ancaq İslam və xristianlıq yox, İslam və Qərb haqqında getməyə başladı. Kilsənin dövlətdən kənarlaşdırılmasından sonra Qərb bir sıra eklektik nəzəriyyələri dəyisə-dəyisə gəlib: Darvinizm, Freydizm, Relativizm (nisbilik) və s. Müasir Qərbin dini-fəlsəfi kimliyi cox qəribədir; ateizm, yoxsa materializm, hedonizm, marksimalizm və s. Bütün bunları nəzərə alsaq, əksər din və sivilizasiya tədqiqatçılarının rəyincə, yaradıcı qüvvəyə və axirətə inamı qoruyub saxlayan İslamla Qərbin münasibətlərinin yaxın gələcəyi o qədər də mehriban olmayacaq. Duzdur, son vaxtlar Qərbdəki musəlman diasporları arasından çıxan bir çox alimlər, habelə məhdud sayda olsa da, obyektiv Qərb alimləri İslam və musəlmanlar barədə doğru təsəvvurlər yaymağa başlamışlar. Lakin ümumilikdə goturuldukdə bunlar cox az seyi dəyisə bilib və qarşıda hər iki tərəfin gorməli olduğu çox işlər vardır.

İslamdakı ictihad problemin həllində muhum rol oynaya bilər. Belə ki, ictihad hətta Aya ucan musəlmanın namazı hansı istiqamətdə və necə qılmasını rasional səkildə həll etməyə qadirdir. Bu sahədə həm Qərbdə, həm də musəlman dunyasında coxlu institutlar təsis olunmalı və onlara dinsunaslar, təbii və sosial elm sahələrinin, incəsənət və komputer sənayesinin mutəxəssisləri, informasiya texnologiyası alimləri və digər elm sahələrinin biliciləri cəlb olunmalıdır. Bu institutlar, bu nov intellekt sahibləri və mutəxəssislər siyasi qərar qəbul edən dairələr və ictimai qurumlarla koordinasiya səraitində hərəkət edərək, dinlər və sivilizasiyalararası münasibətlərə muraciət edə və hər hansı anlaşılmazlığı nizamlaya bilərlər.

yuxarı

Tənəzzül təhlükəsi, yaxud Qərb "özgələr"dən öyrənə bilər

Kişvəri MƏHBUBANİ  

Kişvəri Məhbubani 1984-89-cu illərdə Sinqapurun BMT-də daimi nümayəndəsi vəzifəsində çalışmış, sonra Sinqapur xarici işlər nazirinin müavini və mülki xidmət fakultəsinin dekanı vəzifələrini tutmuşdur. Son illərdə yenidən Sinqapurun BMT-dəki nümayəndəsi və Təhlükəsizlik Şurasının sədri işləyib. Aşağıdakı məqaləni o, amerikalı politoloq Samuel Hantinqtonun 1993-cü ildə "Foreign Affairs" dərgisində nəşr etdirdiyi "Sivilizasiyaların toqquşması" ("Crash of civilizations") məqaləsinə cavab olaraq yazmışdır.

Əsas Qərb şəhərlərində gələcəyə münasibətdə dərin təşviş hissi müşahidə olunur. Qərbin ötən 4-5 əsrdə olduğu kimi, XXI əsrdə də dominant qüvvə rolunda qalacağına inam hissi zəifləməkdədir; bunun yerini yayılmaqda olan İslam fundamentalizmi kimi qüvvələrin və Şərqi Asiyanın yüksəlişinin doğuracağı şər və fəlakətdən qorxu hissi tutur. Rusiyanın və Şərqi Avropanın parçalanması Qərb üçün həqiqi təhlükəyə çevrilə bilər. İndi Qərbdə blokada düşüncəsi gündən-günə qüvvətlənir. Bu həyəcanlı divarların arasında Samuel Hantinqtona məxsus "Sivilizasiyaların toqquşması" nəzəriyyəsinin böyük əks-səda doğurması tamamilə təbiidir. Buna görə də bir çox qərblilər üçün gözlənilməz görünə bilər ki, dünyanın qalan hissəsi ("özgələr") hal-hazırda Qərbdən daha çox qorxur, nəinki Qərb "özgələr"dən.

Hanqtinqton bunu doğru deyir ki, guc həmisə sivilizasiyalar arasında yerini dəyisir. Lakin dunya tarixinin tektonik təbəqələri dramatik tərzdə hərəkət etdiyi müasir səraitdə bu dəyisikliklərdən doğan təsəvvurlər insanın dayandığı məqama soykənir. Bu məqaləni yazmaqda məqsəd də elə dunyanın qalan hissəsinin ("ozgələr"in) təsəvvurunu Qərb ictimaiyyətinə catdırmaqdır.

Qərbin geri cəkilməsi qlobal səviyyədə alqışlanmır. Belə ki, Qərb dominantlığının (xususilə Amerika dominantlığının) alternatiivi hələlik gorunmur. Amerikanın gozlənilməz səkildə Orta Sərqdəki və ya Sakit okean ətrafındakı muttəfiqlərə yardımı saxlaması, gozlənilməz olmasına baxmayaraq, hec kəsin istəmədiyi nəhəng dəyisikliklərə zəmin yarada bilər. Ola bilər ki, Qərbin geri cəkilməsi onun dominantlığının yaratdığı dağıntı qədər dağıdıcı olacaq.

Qərb hegemonluğunun sonuncu əsri (xususilə, Birləsmis Statların rəhbərliyi altında kecən dovr) hansı tarixi miqyasda olmasına baxmayaraq, hiss ediləcək dərəcədə mulayim bir dovr sayılmalıdır. əgər XX əsrdə "Qərbin sivilizasiya muharibələri" adlanan carpışmalarda nasist Almaniysı və ya Stalin Rusiyası qələbə calmış olsaydı, dunyanın gələcəyi haqqında dusunmək belə, dəhsətli olardı. Qəribədir ki, Qərb dominantlığının musbət xarakteri bir cox problemlərin mənbəyi ola bilər. Müasir əsrin ovladları olan bugunku qlobal siyasət qurucularının əksəriyyəti anlaya bilmirlər ki, onların sozləri və əməlləri xeyrə yox, sərə gətirib-çıxara bilər. Qərbin kutləvi informasiya vasitələri bu həqiqi korluğu daha da gucləndirir. əksər Qərb jurnalistləri xaricə səfərə çıxarkən ozləri ilə Qərbin fərziyyələrini də aparırlar. Və bu sadə həqiqəti basa dusə bilmirlər ki, necə ola bilər, Qərb yaxşıdan basqa hər sey hesab edilə bilsin. CNN kanalının yaydığı təsəvvurlər hələ məsələnin həlli deyildir. Bir goz qırpımında butun dunyaya oturulən ekran goruntuləri belə, ziddiyyətli təsəvvurlər yarada bilər. Bağdad qırıcı təyyarələrdən buraxılan raketlərlə bombardman ediləndə Qərbdə əl calınacaq. Qeyri-Qərb olkələrində yasayanlar isə Qərbin ağ olmayan iraqlılara, yaxud somalilərə dərhal cəza gondərdiyini, ağ serblərə isə bu usulu tətbiq etmədiyini gorəndə, bu halı hər bir səraitdə təhlukəli siqnal kimi qəbul edəcəklər.

Asiya guruhlar

Hantinqton İslam və konfusi sivilizasiyalarının atdığı çağırışı muzakirə edir. Dunya ticarət mərkəzinin partladılmasından sonra amerikalılar ustun xristian sivilizasiyasının dord yanını buruyən və zulmət quvvəsi kimi təsəvvur olunan İslam haqqında avropasayağı paranoya yasamağa basladılar.

Hər gun musəlmanların muxtəlif zəiflikləri sadalandığı halda, Qərbin "islamofobiya"sının artması istehza doğurur. Hantinqton deyir ki, "İslamın sərhədləri qanlıdır". Lakin musəlmanlarla qərbpərəst quvvələr arasında bas verən butun konfliktlərdə musəlmanlar uduzurlar, ozu də tamamilə açıq-askar səkildə. Fərqi yoxdur: istər azərbaycanlılar olsun, istər fələstinlilər, iraqlılar, iranlılar, yaxud Bosniya musəlmanları. Bu dərəcədə parcalanmış İslam dunyası çətin ki, bir daha vahid quvvə halında birləsə bilsin.

Qəribədir ki, Qərb bu paranoyanın təsiri altında bilərəkdən İslam dunyasını əsəbiləsdirmək məqsədi gudən bir istiqamət goturub. Qərb Myanmarda, Peruda və Nigeriyada demokratik inkisafa münasibətdə meydana çıxan hər hansı maneəyə etiraz edir, lakin əlcəzair məsələsində susur. əlbəttə, bu cur ikili standart musəlmanların heysiyyatına toxunur. Bosniya son illərdə hesabagəlməz dərəcədə itkilər verdi. Oz evinin astanasında yol verilən soyqırıma gorə Avropa dövlətlərinə bəslənən mənfi münasibət, Qərbin mulayim yeni əsrinin irsən iddia etdiyi əxlaqi qudrətin incə pərdəsinin çırılıb-dağıdılması deməkdir. Coxları inanır ki, əgər Sarayevo və Serebrenitsada yasayan xristian əhalinin uzərinə musəlman artilleriyasının mərmiləri yağdırılsaydı, Qərb indiki movqeyi tutmazdı.

Bu baxımdan Qərbin Cinlə əlaqələri cox casdırıcı gorunur. Belə ki, 70-ci illərdə Qərb Cinlə cox mehriban münasibət saxlayırdı. O zamankı boyuk sıçrayış və mədəni inqilab dovrundə Cini mudhis bir rejim idarə edirdi. Mao Tszı Dun hokumətinin yaratdığı fəlakətlərin ardınca xeyli mulayim xarakterli Tunq Zyao Binqin hakimiyyət dovru yetisəndə Qərb yungul repressiya əməliyyatlarına gorə Cini cəzalandırdı. Nəticə ozunu coz gozlətmədi: Tyanmin hadisəsi bas verdi.

Bədbəxtlikdən, Tyanmin faciəsinin canlı teleyayımı, repressiya əməliyyatı üzrə uzaqdan-uzağa yaradılan müasir Qərb əfsanəsinə cevrildi. Pekin cox zaman odlu silahı ifrat səviyyədə tətbiq edərək səhvə yol verib; lakin o, bu dəfə asayisi təmin etmək ucun oz inadkarlığında səhv etməmisdi. Tələbə qiyamının yatırılmasında hər hansı uğursuzluq əbədi Cin kabusu olan siyasi tənəzzul və anarxiyaya aparıb-çıxara bilərdi. Bunu Qərb siyasətinin qurucuları da oz xususi yığıncaqlarında etiraf edirlər. Onlar disident tələbələrlə bir yemək stolu arxasına əyləsən bəzi Qərb jurnalistlərinin sərəfsizliyini də yaxşı anlayırlar. Həmin jurnalistlər bəlkə də gozlənilən "aclıq aksiyası" haqqındakı raportlarını yazmadan oncə tələbələri təhrik etmisdilər. Qərbdə elə bir boyuk qəzet tapılmaz ki, bu sərəfsizliyi ifsa etmis, ya da Tyanmində Cinin qarşısında praktik olaraq digər secimin olmadığını deyə bilən siyasi cəsarətə malik olmus olsun. Asiyalılar belə hesab edirlər ki, Qərb demokratiyasının ideallasdırdığı Qərb ictimai fikri qeyri-sağlam nəticələrə gələ bilər. Cin məsələsi ilə bağlı Qərbin irəli surduyu siyasətə baxanda, asiyalıları dəhsət buruyur. Bu siyasət Sərqi Asiyada qabarma və cəkilmə ilə musayiət olunan surətli inkisafı təhlukə altına alır.

Qərbdə az adam basa dusur ki, İslam və konfusi sivilizasiyalarında yasayan iki milyarddan artıq insan arasında təsvis yaratmağa gorə məsuliyyəti məhz Qərb daşıyır. Bunun əvəzində, Hantinqton İslam və konfusi ittifaqını Qərbə qarşı dusmən movqedə ğörur. Bu iki Asiya guruhunun obrazları qərbi hədsiz dərəcədə qorxudur. Bu iki quvvə vaxtilə monqol və musəlman orduları timsalında Avropanı işğal etmisdi. Reallıq budur ki, Amerika silahlarının Səudiyyə ərəbistanına satışı qətiyyən xristian-musəlman ittifaqına dəlalət etmir. Həmcinin, Cin silahlarının İrana satılması da bu mənanı daşımır. Bunların hər ikisi nə təbii mənəvi-emosional təzahurə, nə də sivilizasion paktlara əsaslanır. Konfusi-İslam ittifaqını gostərməyin əsl faciəsi bununla izah olunur ki, bu quvvələrin atdığı çağırışın fərqli xarakteri əsaslı surətdə gizlədilir. Həqiqət bundan ibarətdir ki, İslam dunyası modernizm prosesində boyuk cətinliklərlə uzləsəcək. İslam dunyasında modernizm bas tutana qədər, hələ onun adı çalxalanmış sel kimi dasaraq Qərbə catacaq. Sərqi Asiya, o cumlədən Cin Qərblə bərabərliyi reallasdırmağa daha real namizəddir. Sadə və aydın bir həqiqətdir ki, Sərqi və Cənub-Sərqi Asiya elə dusunurlər ki, Qərblə cox anlaşıqlı şəkildə dolanırlar.

İ slam və Cinlə əməkdaslığı davam etdirməyə qadir və qabil olan strategiyanın islənib-hazırlanmasındakı bu uğursuzluq Qərbin oldurucu bir eybini ifsa etmis oldu: Hantinqtonun əlaqələndirdiyi sivilizasiyaların nisbi cəkiləri dəyisikliklərlə uyğunlasa bilmir. Hanqtinqtonun məqaləsindəki iki əsas ifadə yanaşı qoyulduğu zaman problemin xarakterini aydınlasdırmış və bunları askara çıxarmış olur: Birincisi, sivilizasiyaların siyasətlərində qeyri-Qərb sivilizasiyaları və hokumətləri Qərb imperializminin hədəfi olaraq, obyektiv tarixin movzusu kimi deyil, əksinə, tarixin lokomotivi və tərkib hissəsi kimi Qərbə qosulur. İkincisi, həqiqət budur ki, Qərb, onun hegemonluğunu qoruyub saxlayan siyasi və iqtisadi dəyərlərini impulsivləsdirən metodlarla dunyanı idarə etmək ucun beynəlxalq təsisatlara, hərbi potensiala və iqtisadi resurslara əl atır.

Sadəcə bir hesabat Qərbin nə dərəcədə dayaz dusunduyunu aydınlasdırmış olur. Qərb cəmi 800 milyon insanı əhatə edir, qalan dunya isə 4,7 milyarddan ibarətdir. Hec bir normal dusuncəli qərbli qətiyyən bu vəziyyəti qəbul etməz ki, 15 %-lik bir hissə qalan 85%-ə istiqamət versin. Qərbin dunya səviyyəsində reallasdırmağa calışdığı əməl isə məhz bundan ibarətdir. Faciə bundadır ki, Qərb nəhayət ona iqtisadi durğunluqdan çıxmağa komək edə biləcək "ucuncu dunya"ya arxa cevirir. 1992-ci ildə inkisaf etməkdə olan dunyanın istehsalı dolların məzənnəsi ilə Simali Amerika, Avropa Birliyi və Yaponiyanın birlikdə istehsalından cox olub. Birləsmis Statların eksport etdiyi malların ucdə ikisi inkisaf etməkdə olan dunyanın payına dusur. Qərb Uruqvay toplantısının tələblərinə uyğun hərəkət etməklə dunyanın bu enerjisinə hərəkət vermək əvəzinə, onun əksini secir. Qərb maneələri ləğv etməyə yox, onları yaratmağa səy edir. Fransanın bas naziri Eduar Balador bunu arqumentləsdirməyə calışaraq, Vasinqtonda belə soyləmisdi: "İndi əsas problemimiz budur ki, dəyərləri bizə təhlukə olan olkələrdən ozumuzu qorumaq ucun necə hərəkət edəcəyimizi aydınlasdırmalıyıq".

Qərb ozu-ozunu dağıdır

Hantinqton sadə bir suala cavab verməkdən qaçır: əgər digər sivilizasiyalar əsrlərdən bəri bizi əhatə edibsə, nə ucun məhz indi cağırışa səbəb olub? Bu sualın duzgun cavabı sıravi qərblinin beynində son vaxtlar cucərən biabırçı bir eybin ustunu acmış olur: "Qərbin ozunəməxsus dəyərlər sistemi və baslıca təsisatlarında mumkun və muxtəlif struktur zəiflikləri və bu zəiflikləri anlaya bilməmək acizliyi movcuddur". İdeal Qərb numunəsinin qələbəsi ilə tarixin sona catdığını iddia edən fərziyyənin spekulyasiyası üzrə sonuncu motiv bunu cuzi səkildə olsa da izah edir: Fərdi azadlıq və demokratiya Qərb sivilizasiyasının həmisə hamının onundə getməsinə zəmanət verəcək.

Coxsaylı Qərb cəmiyyətlərinin iqtisadi cazibə qanunlarına meydan oxumağa calışmasının səbəbini yalnız ifrat ozunəinamda axtarmaq lazımdır. Qərbdə budcələrin səffaflığı yavas-yavas itməyə baslayır. Cunki muttəfiqlərə fayda gətirən layihələrə, bahalı sosial proqramlara nəzarət gundən-gunə zəifləyir. Qərbdə depozit və kapitalın həcminin azalması Şərqi Asiyaya qarşı onun rəqabət gucunun zəifləməsinə gətirib-çıxaracaq. Bundan əlavə, Qərbdə is nizam-intizamı da curuməyə baslayır. Bəzi sirkətlərin beynəlxalq səviyyədə rəqabət gucunə malik olmasına baxmayaraq, siyasətcilər isciləri aldadır və bos-bosuna onlara yuksək maas vəd edirlər. Acı həqiqətləri açıqlayan hər bir siyasətci dərhal seckilərdə uğursuzluğa ducar olur. Amerikalılar konullu olaraq etiraf edirlər ki, onların əksər iqtisadi problemləri amerikasayağı demokratiya hərəkatındakı potensial xaosdan doğur. Dunyanın qalan hissəsi bu mənasızlığa heyrətlə baxdığı halda, Amerika siyasətciləri və media təmsilciləri Yer kurəsini dolasaraq, demokratiyanın ustunluklərindən dəm vururlar.

Fərdi azadlıq fikri ətrafında da eyni əfsanə yaradıldı. Hamı bilir ki, bu fikir bir cox faydalı islərə təkan vermisdir. Nəhayət, koləlik basa catıb, ardınca universal secki huququ gəldi. Lakin azadlıq nəinki problemləri həll etmir, hətta bəzən problemlərə səbəb olur. Birləsmis Statlar kesməkesli yollar kecib, zəngin təcrubə qazanıb və fərdləri buxovlayan təsisatları bir-birinin ardınca sıradan çıxarıb. Nəticə isə acınacaqlıdır. 1960-cı ildən bəri Amerika Birləsmis Statlarının əhalisi 41 % artdığı halda, zorakılıqla bağlı cinayətlər 560 % artıb. Habelə, qeyri-qanuni doğum hallarının artımı 419 %-ə, bosanmaların sayı 300 %-ə qalxıb. Valideynlərindən birini itirimis usaqların sayı kecmisdəkinə nisbətən 3 dəfə artıb. Butun bunlar nəhəng sosial deqradasiya yaradır. Cəmiyyətlərin coxusu oz daxilində butun bu halların bas verməsi ehtimalından bərk qorxuya dusub. Ozlərini alcalmış sayaraq xaricə səfər etmək əvəzinə, amerikalılar buxovlardan xilas olmus fərdi azadlığın ustunluklərindən dəm vurur, konkret sosial nəticələrə isə sevinə-sevinə goz yumurlar.

Qərb bəsər sivilizasiyasının və nailiyyətlərinin ən boyuk xəzinəsi olmaqda davam edir. Qərbə məxsus bir cox dəyərlər bəsəriyyətin ecazkar tərəqqisini sərtləndirməkdədir. Elmi tədqiqata inam, doğru həll yollarının axtarılması, bu dəyərlərə riayət edən cəmiyyətə inam daha bir korluğa da gətirib-çıxara bilərmis: həmin kompleks dəyərlərin bəzilərinin zərərli ola bilməsini dərk etməmək acizliyinə. Bilmək lazımdır ki, Qərb dəyərləri bir-biri ilə qırılmaz surətdə əlaqəli olan sistem deyildir. Bu dəyərlərin bəziləri yaxşı, bəziləri isə pisdir. Qərbə kənardan baxan səxs bunu açıq-aydın gorə bilər. Bunu da gorə bilər ki, Qərb necə ozunu tənəzzulə doğru surukləyir. Təəssuf ki, Hantinqton bunu gorə bilmir.

yuxarı

Terror geosiyasəti

Nurəddin MEHDİYEV  

Sovet İttifaqı dağıldıqdan sonra çoxları belə fikirləşirdi ki, artıq rahat nəfəs almaq olar; artıq Qərb - Şərq nüvə qarşıdurması sona çatdı, dünya liberal və demokratik prinsiplərlə yaşaya bilər. Lakin Sovet İttifaqının dağıdılmasından ötən 10 il göstərdi ki, qarşıdurma başa çatmamışdır; əksinə, yeni mərhələyə qədəm qoymuş, yeni forma və məzmun almışdır. XX əsrin 90-cı illərində baş vermiş hadisələr - Yaxın Şərqdəki hərbi əməliyyatlar, Yuqoslaviya müharibəsi, NATO-nun Şərqə doğru genişlənməsi, iqtisadi böhranlar, informasiya sisteminin inkişafı və s. bu kimi hadisələr ilk baxışdan adi və təbii qarşılansa da, əslində bu hadisələrin arxasında dünyanı qlobal şəkildə dəyişmək və «yeni dünya nizamı»na tabe etmək istəyi dururdu. Ancaq hələ hadisələrin kuliminasiya nöqtəsi - dünyanı sarsıdan 11 sentyabr hadisələri qabaqda idi.

Məşhur Argentina yazıçısı Masedonio Fernandes 90-cı illəri belə xarakterizə edir: «90-cı illərdə sanki bütün dünyada hadisələr öz adi axarı ilə baş verirdi. Sanki hadisələr tətil edirdilər. 11 sentyabr Nyu-Yorkda Dünya Ticarət Mərkəzində baş verən partlayış və ekiz qüllələrin çökməsi tətilin başa çatmasını göstərdi».

«Yenı dünya nizamı», yaxud «Xaos içərisindən nizam»

Teodor Ruzvelt deyirdi: «Hadisələr öz-özünə baş vermir, onlar qabaqcadan planlaşdırılır».

Bu sözləri Teodor Ruzvelt deməsəydi belə, biz ilahi bir həqiqəti onsuz da bilirdik: gözlə görünən və görünməyən hər şey Allahın iradəsi ilə baş verir. Teodor Ruzvelt isə cəmiyyətdə gedən proseslərə düzgün qiymət verir. Yəni dünyada qlobal ssenari əsasında baş verən bütün hadisələr dövlətlər və sosial qruplar tərəfindən planlaşdırılır, elə «qloballaşma» və «yeni dünya nizamı»nın özü də. «Yeni dünya nizamı» ifadəsindəki 3 sözdən hər birinin öz mənası vardır. «Yeni» sözü bu günə qədər mövcud olan «köhnə»nin, yəni köhnə sosial-siyasi sistemin, köhnə dünyagörüşünün, köhnə adət-ənənələrin məhv ediləcəyini bildirir. «Dünya» sözü baş verəcək bu proseslərin miqyasını və onun bütün dünyanı əhatə edəcəyini göstərir. «Nizam» sözü isə hər şeyin bir ssenari ilə, özü də «qlobal ssenari» ilə, xaotik deyil, nizamla baş verəcəyinin, planlı şəkildə baş verəcəyinin göstəricisidir. «Yeni nizam» yaratmaq, xaosa son qoymaq ehtiyacından doğur. Deməli, «yeni dünya nizamı» üçün xaos və kataklizmlər zəruri şərtdir. Yenini yaratmaq üçün, köhnənin lazımsız olduğunu sübut etmək lazımdır. Rusiyada 1917-ci ildə sosialist inqilabı baş verərkən oxşar proseslər gedirdi. Yeni sosialist cəmiyyəti qurmaq üçün kapitalizmin mənfi cəhətlərini göstərmək lazım idi. Yəni göstərmək lazım idi ki, «artıq aşağılar köhnə qayda ilə yaşaya bilmir, yuxarılar isə köhnə qayda ilə idarə edə bilmir».

«Yeni dünya nizamı» və ya qloballaşma dediyimiz sistem bu günün və ya dünənin söhbəti deyil. Qloballaşma on illərlə düşünülmüş şəkildə həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Burada hər şey - bütün planet və bəşəriyyət yeni qaydalara tabe olur, qlobal biznes milli hökumətlərin vəzifələrini öz üzərinə götürür, sollar və sağlar arasında fərqlər silinir, qlobal maliyyə sistemi tərəfindən (misal üçün, Dünya Bankı) dünya iqtisadiyyatı bir mərkəzdən idarə olunur. Bir sözlə, «yeni dünya nizamı - qloballaşma» bütün dünyanın total eyniləşdirilmə siyasətidir ki, bu prosesə mane olan hər bir faktor - dini, milli ənənə və adətlər - məhv edilməlidir.

Terror bəhanədır, əsas məsələ atlantizm və kontinentalizm arasında ziddiyyətdir

Bu məhv prosesini bütün dünyamı arzu edir?! İnsanlar öz adət-ənənələrinin yox olub getməsinə belə asanlıqla razılıq verərlərmi?! Əlbəttə, yox! Bir sıra müasir geopolitika məktəbləri dünyada hadisələrin aşağıdakı prinsiplər üzrə cərəyan etdiyi frkrindədirlər.

Bir tərəfdə yeni dünya nizamını yaratmağa çalışan, təkqutblu dünya istəyən «atlantizm» ideyalarının daşıyıcısı ABŞ və onun müttəfiqləri durur, digər tərəfdə isə özünəməxsusluğunu saxlamaq istəyən və Avrasiya qitəsinin yeni güc mərkəzi kimi meydana çıxmasına çalışan, kontinentalizm ideyalarının daşıyıcısı olan ölkələr (Fransa, Rusiya, Hindistan). XXI əsrin əsas mahiyyəti də bu iki qütb arasındakı mövcud ziddiyyətlərdən ibarət olacaq.

Qeyd etdik ki, «yeni dünya nizamı» yaratmaq üçün əlverişli xaos şərtləri mövcud olmalıdır. Əgər bu şərtlər mövcud deyilsə, o, süni şəraitdə yaradılacaq. Məhz bu səbəbdən, dünyada bir sıra lokal konfliktlər (İsrail - Fələstin, Qarabağ, Çeçenistan, Yuqoslaviya və s.) mövcuddur; məhz bu səbəbdən uzun illər boyu terror təşkilatlarının fəaliyyətləri pislənsə də, onlara qarşı konkret addımlar atılmır. Məqsəd isə dünyada xaos üçün şəraitin olması və yeni nizam yaradıcısına həmişə ehtiyacın duyulmasıdır. 11 sentyabr hadisələri zamanı da belə oldu. Heç bir məhkəməsiz və sübutsuz Usamə ben Laden və onu gizlədən talibçilər günahkar elan edildilər. Cəmiyyətdə elə emosional şərait yaradıldı ki, nəinki ABŞ-ın müttəfiqləri, hətta ona dost olmayan İran, Liviya kimi ölkələr də Ben-Ladensayağı «mücahidliyi» pisləməyə məcbur oldular. Hadisədən bir ay keçməmiş ABŞ, NATO nizamnaməsinin təkbaşına hücum etmək haqqında 5-ci maddəsini rəhbər tutaraq Əfqanıstanı bombalamağa başladı. Analoji hadisələr 1999-cu ilin sentyabrında Rusiyanın Moskva, Volqodonsk, Buynaks kimi şəhərlərində partlayışlar zamanı da baş vermişdi. Məhz bu partlayışlardan sonra Rusiya yenidən Çeçenistana daxil oldu və yeni adla - «terrorçuluğa qarşı mübarizə» adı altında hərbi əməliyyatlar başlandı.

Göründüyü kimi, XXI əsrin geosiyasətinin əsas mahiyyətini terrorizmə qarşı mübarizə təşkil etməyəcək; bu, üzdə olan amildir. Əsas geosiyasi mübarizə ABŞ başda olmaqla «atlantizm bloku» ilə Avrasiyanın güc olaraq meydana çıxmasını istəyən «kontinentalizm bloku» arasında olacaq. Bu mübarizədə əsas məqsəd dünyaya yekun nəzarəti ələ almaqdan ibarətdir. Hələlik birincilər daha mütəşəkkil, daha planlıdırlar. «Kontinental blok»da isə mütəşəkkillik lazımı səviyyədə deyil. Bu bloka daxil olan ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsində köklü fərqlər mövcuddur, onların arasında fikir ayrılıqları da yox deyil. Birincilər hərbi cəhətdən daha təşkilatlanmış təsir güçünə malikdirlər. Ən azından ABŞ-ın əlində hərbi təsir güçünə malik NATO kimi vasitə vardır. Dünyanın əsas maliyyə institutları da bu blokun təsiri altındadır.

Kontinentalistlər bu gün belə təsir vasitələrinə malik olmasalar da, artıq gələcək planların cizgiləri görünməyə başlayır. Gələcək planlar isə Avropanı ABŞ-ın təsirindən çıxarmaq, Avrasiya qitəsini gücləndirmək və ABŞ-a qarşı dayana biləcək ikinci böyük güc mərkəzini yaratmaqdan ibarətdir. Yəni XXI əsrin geosiyasətinin ən əsas hədəfi Avrasiya qitəsi olacaq. Bu barədə Zbiqnev Bjezinskinin söylədiyi sözlərdə həqiqət vardır: «Kim Avrasiyaya sahib olacaqsa, o bundan sonra dünyaya sahib olacaq. Razılaşmamaq mümkün deyil: dünya əhalisinin 75 %-i Avrasiyada yaşayır, dünya ümumi daxili məhsulunun 60 %-i Avrasiyaya məxsusdur».

Deməli, Hantinqtonun dediyi kimi, təkcə sivilizasiyalar toqquşmur, sivilizasiyadaxili toqquşmalar da baş verir. Bu qlobal toqquşmalar, geosiyasətlərin və maraqların toqquşmasıdır.

Artıq, qlobal toqquşmalar açıq müstəviyə keçmişdir. Bu prosesin ən bariz nümunəsi ABŞ və Avropa arasında fikir ayrılıqlarının meydana çıxmasıdır. Avropa güc olaraq meydana çıxır və ABŞ-ın dediyi ilə oturub-durmaq istəmir.

Hazırda Avropada olan bir sıra «geopolitik cərəyanlar» (Karl Xausxofer cərəyanı, Robert Stoykers cərəyanı) açıq-aşkar «Böyük Avropa» təşəbbüsü ilə çıxış edirlər. Onların fikrincə, Avropa Avrasiya qitəsində təşəbbüsü ələ almalı, geosiyasi və geoiqtisadi prioritetlər Paris-Berlin-Moskva-Dehli-Tokio xətti üzrə həll olunmalıdır. Bu, gələcəkdə ABŞ hegemonluğunun və təkqütblü dünya yaranmasının qarşısını almaq üçün yeganə vasitə kimi qəbul edilir.

Təbii ki, Avropada və ABŞ-da yaxşı başa düşürlər ki, siyasi cəhətdən vahid Avropanın yaranışı, ABŞ-ın planetar hegomonluğu qarşısında maneəyə çevrilə bilər və çevrilir də.

Avropa ilə ABŞ arasında ən böyük yarış Avrasiya uğrundadır. Bu yarışın ideoloji əsasını Fransanın keçmiş prezidenti De Qollun «kontinentalizm» ideyası təşkil edir. De Qollun mənsub olduğu ölkə - Fransa Almaniyanı da bu işə cəlb edərək, Avrasiyanın birləşdirici rolunda çıxış etmək istəyir. Fransız geosiyasətçiləri Avrasiya inteqrasiya prosesinə Moskva-Dehli-Tokionun da qoşulmasını istəyirlər. Onların fikrincə, Avrasiyanı nəzarətdə saxlamaq üçün güclənən ABŞ-Çin əməkdaşlığının qarşısını Hindistan-Yaponiya paktı ala bilər. Çünki, hər iki ölkənin Cənub-Şərqi Asiyada güclənməsini istəməyən Çin ilə rəqabətləri mövcuddur.

Avropada digər maraqlı fikir də mövcuddur. Fransız geosiyasətçisi Aleksandr Delval özünün «İslamçılıq və ABŞ: Avropaya qarşı ittifaq» əsərində yazır ki, ABŞ Avropanın Avrasiyada möhkəmlənməsinin qarşısını almaq üçün İslam faktorundan, xüsusi halda vəhhabilikdən istifadə edir. Bu fikir belə davam edir: «Talibçiləri Pakistan vasitəsilə Əfqanıstanda siyasi hakimiyyətə gətirmiş ABŞ istənilən an bu ölkədən Avrasiyadakı iqtisadi-siyasi proseslərə müdaxilə üçün istifadə edə bilər».

Avropa və ABŞ-ın Yaxın Şərqdəki «sülh prosesi»nə də baxışları müxtəlifdir. Avropa Birliyi ölkələri İsrailə münasibətdə fərqli mövqe nümayiş etdirirlər və kor-koranə onu müdafiə etmirlər. Burada birinci səbəb neft deyil; o, ikinci səbəbdir. Birinci səbəb Yaxın Şərqin yerləşdiyi coğrafi məkanın siyasi əhəmiyyətindədir. Bu elə bir coğrafi ərazidir ki, buraya həm Atlantik okeanı, həm də Hind okenanı eyni dərəcədə yaxındır.

İkinci amil təbii ki, neftdir. Avropanın əksər ölkələrində neft olmadığından, bu ölkələr neftli ərazilərə möhtacdırlar. Lakin Avropa nefti ikinci şəxsin əlindən, yəni ABŞ-ın icazəsi ilə almaq istəmir. O, daha yeni strategiya seçərək, ərəb ölkələri ilə (bura İranı da daxil etmək olar) münasibətləri istiləşdirmək istəyir. Müasir dövrün iri geosiyasətçilərindən biri Yordis Fon Lohouzen «Körfəzdə müharibə Avropaya qarşı müharibədir» adlı əsərində yazır: «ABŞ neftli torpaqlara sahib çıxmaqla, bütün dünyanı, xüsusilə də Avropa və Yaponiyanı həmişə özündən asılı vəziyyətdə saxlamaq istəyir». Eyni nəzəriyyə hələ 1975-ci ildə Henri Kissincer tərəfindən irəli sürülmüş, «neftə sahib olmaq» başlığı altında «Harpers maqazin» jurnalında çap olunmuşdu. Avropa eyni münasibəti Qafqazda da göstərir.

Roma imperiyasının dağılmasından bu yana, ilk dəfə olaraq vahid maliyyə siyasəti yeridərək, «avro»nu dövriyyəyə buraxan Avropa, özünün təhlükəsizlik məsələlərinə də fərqli yanaşmağa başlamışdır. Avropa indi öz təhlükəsizliyini ABŞ-ın üstün rola malik olduğu NATO çərçivəsində deyil, Birləşmiş Avropa Təhlükəsizlik Qüvvələri vasitəsilə təmin etmək istəyir.

Uzun-uzadı misallar çəkməkdə məqsədimiz yeni xarakterli ziddiyyətin yaranmasının fakt olduğunu göstərməkdir. Bu qlobal ziddiyyətlər fonunda regional konfliktlər ikinci plana keçir və vasitə rolunu oynayır (İsrail-Fələstin, Qarabağ konfliktləri, Əfqanıstandakı hərbi əməliyyat kimi).

Bu ziddiyyətlər uzun müddət gizli qala bilməzdi; indi o, açıq müstəviyə keçir. Avrasiya uğrunda rəqabət artır və burada 11 sentyabr hadisələri katalizator rolunu oynayır. XXI əsrin qlobal ziddiyyətləri fonunda ilk müharibə meydanı kimi Əfqanıstan seçilir.

Niyə Əfqanıstan?!

Niyə məhz Əfqanıstan döyüş meydanı kimi seçildi? Bu ölkədə nə neft var, nə də infrastruktur. Ölkədə dəmiryolunun ümumi uzunluğu 5 km-dir. Əfqanıstan Mərkəzi Asiyanın ən maraqlı müsəlman ölkələrindən biridir. Artıq iki əsrdən çoxdur ki, bu ölkə daxili qarşıdurmalar və müharibələr meydanına çevrilərək, bütün dünyanın diqqətini özünə cəlb edir. Son 20 ildə bu ölkədə müharibələr, daxili çəkişmələr aramsız davam etmiş, ölkə iqtisadiyyatı və infrastrukturu dağıdılmış, əhalinin yaşayış səviyyəsi ən aşağı həddə enmişdir. Əfqanıstanda 30-dan çox dildə danışan millətlər - pustunlar, taciklər, xəzəreylər, özbəklər, caroymaklar, türkmənlər, nuristanlılar, bəluclar, induslar və b. yaşayır. 1747-ci ildə mərkəzləşmiş dövlət yaradıldıqdan sonra ölkə «Xorasan» adlanırdı. İndiki Əfqanıstan adı isə ilk dəfə olaraq İran ilə Böyük Britaniya arasında 1801-ci ildə imzalanmış müqavilədə öz əksini tapır. 1919-cu ildə ölkə müstəqilliyini elan etdikdən sonra indiki əraziləri və indiki adı ilə tanınmışdır. Qeyri-rəsmi statistikaya görə, Əfqanıstanın büdcəsi heç 100 min ABŞ dollarına da çatmır. Gəlirin çox hissəsi isə narkotik bitkilərin əkilməsindən əldə edilir. bütün dünyada istehsal olunan tiryəkin 75 %-i Əfqanıstanın payına düşür («Nezavisimıye voyennıye obozreniya» jurnalı, 2000/26).

Əfqanıstanda baş verən hadisələrə ilk baxışda sadə yanaşmaq olar. Yəni düşünmək olar ki, ABŞ Əfqanıstanı «əl-Qaidə» təşkilatına sığınacaq verdiyinə görə bombaladı. Ancaq əslində, bu ölkədə bas verən proseslər Əfqanıstan sərhədləri çərçvəsinə sığmır və onu aşır. Əfqanıstan məsələsi Avrasiyada və demək dünyada hegemonluq uğrunda qlobal mübarizə zəncirinin bir halqasıdır.

ABŞ-da dəqiq anlayırlar ki, dünya hegemonluğu yolunda yeganə maneə, Avrasiyanın oyanışı və birləşməsi olacaqdır. Hadisəyə operativ müdaxilə üçün Avrasiyanın özünü parçalamaq və hadisələri oradan idarə etmək lazım gəlir. Bu baxımdan 11 sentyabr hadisələrini adi hal kimi qiymətləndirənlər yanılırlar.

Yuxarıdakı sualımızı bir daha təkrar edək: Qlobal toqquşma meydanı kimi niyə məhz Əfqanıstan seçildi?

Burada ilk səbəb kimi tarixdən gələn prosesləri və Əfqanıstanın etnik durumunu göstərmək olar.

Əfqanıstan adlı ölkə indiki sərhədləri çərçivəsində XIX əsr boyu ingilislər tərəfindən yaradılmışdır. 1801-ci ildə Əfqanıstan indiki ərazilərinin cənub-şərqini və indiki Pakistanın cənub-qərbini əhatə edirdi. Rusiyanın Orta Asiya torpaqlarını ələ keçirməsi və Hindistanı hədəf seçməsi İngiltərəni tədbir görməyə və rusların nəzarət etdiyi torpaqlarla ingilislərin nəzarət etdiyi torpaqlar arasında bufer zona (neytral zona) yaratmağa məcbur edirdi. Belə bufer zonalardan biri Əfqanıstan oldu. 1869-cu ildə ingilislər belə bir təkliflə çıxış etdilər və ruslar bu təklifi qəbul etdilər. 1895-ci ildə Rusiya ilə Əfqanıstan arasında indiki sərhədlər müəyyənləşdirildi. O zamandan bəri bu regionda çox dəyişikliklər baş vermişdir. Britaniyanın müstəmləkəsi olan Hindistan ərazisində iki dövlət - Hindistan və Pakistan yaranmış (1947-ci il), Əfqanıstanda daxili çəkismələr ara verməmişdir. Lakin dəyişməyən bir şey qalır: Əfqanıstan Avrasiyadakı orta-coğrafi mövqeyinə görə bufer rolunu itirməmişdir. Məhz bu ərazilərdən istifadə etməklə Avrasiyanın müxtəlif ərazilərinə təsir etmək mümkündür. ABŞ bunu bilir və qiymətləndirir.

Əfqanıstan əhalisinin etnik tərkibinin də həddən artıq müxtəlif olması həmin ölkədən geosiyasi maraqlar üçün istifadəni asanlaşdırır.

İkinci səbəb kimi radikal islamçılıq, daha doğrusu, vəhhabilik çıxış edir. Bu faktor da ABŞ-ın Əfqanıstana gəlişini asanlaşdıran amillərdən biridir. əslində bir sıra ölkələrdə, xüsusi halda, Əfqanıstanda radikal islamçılığı və vəhhabiliyi təşviq etmək ilk növbədə ABŞ-ın işinə yarayır. Heç kimə sirr deyil ki, talibçiləri Əfqanıstanda hakimiyyətə gətirən ABŞ və Pakistan olmuşdur. Əfqanıstanda uzun illərdən bəri hərbi düşərgələr quran «əl-Qaidə» təşkilatı və onun rəhbərliyinin də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığı haqqında fikirlər mövcuddur. Məlumdur ki, talibcilər 1996-cı ildə Əfqanıstanda hərbi yolla siyasi hakimiyyətə gətirilmisdilər. Həmin dovrdə «əl-Qaidə» təşkilatı və onun lideri Usamə Ben Laden Əfqanıstanda məskunlaşmışdı. Hələ 11 sentyabr hadisəsinə qədər, Keniya və Nigeriyadakı ABŞ səfirliklərində partlayışlar törədilməsi, Səudiyyə Ərəbistanında məskunlaşmış ABŞ hərbi bazasının partladılması «əl-Qaidə» və onun rəhbəri Usamə Ben Ladenin adı ilə əlaqələndirilirdi. O da məlum idi ki, ABŞ-ın Pakistan vasitəsilə hakimiyyətə gətirdiyi talibçilər Əfqanıstanda insanlığa və İslama zidd fəaliyyətlə məşğul idilər. Qərbdə yaxşı bilirdilər ki, Avropa bazarının 80 %-i, ABŞ bazarının 35%-i məhz Əfqanıstan heroini ilə təmin olunur. («HBO», 2000, N 32). Bu faktlar məlum olduğu halda nə üçün Əfqanıstana və «əl-Qaidə»yə qarşı antiterror əməliyyatları məhz 11 sentyabr hadisələrindən sonra başlandı? Rusiya Federasiyası Silahlı Qüvvələrinin yüksəkrütbəli bir zabitinin verdiyi məlumata əsasən, 2000-ci ilin yayından MKİ vəhhabi döyüşçüləri üçün yüksəksəviyyəli kadrların hazırlanması proqramına başlamışdı. «Newsweek» jurnalının yazdığına görə, 11 sentyabr hadisələrində günahkar bilinən 19 terrorcudan 5-i məhz bu proqram çərçivəsində aviasiya təlimləri keçmişdi. Hadisədən bir gün sonra, sentyabrın 12-də Federal Təhqiqatlar Bürosunun Usamə Ben Laden üzrə kuratorunun həlak olması da, bütün bu hadisələrin planlı şəkildə təşkil olunduğu haqqında təsəvvürlərə yol açır.

Burada təbii ki, Pakistan amilini də unutmaq olmaz. 1947-ci ildə müstəqilliyini əldə edən Pakistan üçün əsas beynəlxalq problem Kəşmir uğrunda Hindistanla yaranmış problem olsa da, digər baş ağrısı Əfqanıstan olmuşdu. 1979-cu il sovet işğalına qədər Əfqanıstan Pakistanın ərazi bütövlüyünü tanımaqdan boyun qaçırırdı. Bunun əsas səbəbi Pakistanın puştunlar yaşayan qərb ərazilərinə Əfqanıstanın iddialı olması idi. 1979-cu ildə sovet qoşunlarının Əfqanıstana daxil olması Pakistan üçün göydəndüşmə hədiyyə oldu. Pakistan Asiyada kommunizmlə mübarizə plasdarmına çevrildi və bunun əvəzində 80-ci illər ərzində ABŞ-dan üst-üstə 8 mlrd. dollar həcmində maliyyə vəsaiti aldı. Digər tərəfdən, Pakistan 3 milyon əfqana öz ərazisində sığınacaq verməklə, onlardan gələcək üçün istifadə etməyi planlaşdırırdı. Belə də oldu. Məhz bu qaçqınların içərisindən çıxanlardan taliban hərəkatı yaradıldı və bu, Əfqanıstanı Pakistandan daha da asılı vəziyyətə saldı.

Göstərilən faktlar bu nəticəyə gəlməyə əsas verir: radikal islam və vəhhabilik məsələsinin qəsdən təşviq edilməsində məqsəd, ABŞ-ın qlobal rəqiblərini İslam və terror əli ilə vurmaq, «sözə baxmaz müsəlman ölkələri»ni də İslam faktoru ilə cəzalandırmaq və lazımi xaos yaratmaq, qlobal strategiyanı həyata keçirmək istəyindən ibarətdir.

Döyüş meydanı kimi Əfqanıstanın seçilməsinin üçüncü səbəbi bu ölkənin Avrasiyadakı əlverişli geosiyasi mövqeyi ilə bağlıdır. Bu ölkəyə gəlməklə, Avrasiyadakı bütün vacib proseslərə və bütün həmsərhəd ölkələrə nəzarət etmək mümkündür. ABŞ-ın Əfqanıstanda hərbi və siyasi mövcudluğu, ona güclənməkdə olan Çinə (bu ölkə artıq dünya ÜDM-nın 12%-i verir), nüvə silahına malik Hindistana, anti-amerika mövqeyi tutan İrana, nüvə arsenalına malik, soyuq müharibənin varislərindən biri olan Rusiyaya, zəngin təbii ehtiyatlara malik Orta Asiyaya nəzarət etməyə və nəticədə Avrasiyada Amerika əleyhinə gedən inteqrasiya prosesinə mane olmağa imkan verir. Bütün bunları etmək üçün, yəni Əfqanıstana lazım olan vaxtda gəlmək üçün, burada radikal İslamı, vəhhabiliyi təşviq etmək, sonra zəruri xaos yaratmaq lazım idi. Ancaq indi belə bir xaosa ehtiyac yoxdur. Əfqanıstana nəzarəti əldə edən ABŞ indi burada sabitlik istəyir. Bunun ardınca neft layihələri gəlir.

Orta Asiyaya və Qafqaza nəzarət üçün Qafqazdan keçəcək bir boru xətti kifayət etmir və bu, düzgün siyasət olmazdı. Burada Əfqanıstandan və Pakistandan keçərək, Hind okeanına açılacaq ikinci bir neft kəmərinə ehtiyac meydana çıxır. Bu strategiya ABŞ-ın eyni zamanda həm Orta Asiyaya, həm də Qafqaza nəzarət etməsinə şərait yaradır (Məsələyə məntiqlə yanaşanda Azərbaycanın, Gürcüstanın və Türkiyənin də Əfqanıstanda maraqları üzə çıxır. Bu ölkələr bütün Xəzər neftinin onların ərazilərindən keçməsi üçün, Əfqanıstanda sabitlik yaranmasında maraqlı deyillər). Beləliklə, boru kəməri strategiyası ABŞ-ın regiona uzun müddətə gəlməsinə və böyük bir areala nəzarəti ələ keçirməsinə səbəb olur.

Burada Rusiya və İranın mövqeləri də maraq doğurur. Bu ölkələrin strateqləri, ABŞ-ın Əfqanıstan və boru kəməri strategiyasının hansı məqsədlər daşıdığını yaxşı başa düşürlər. Ona görə də, hər vəchlə buna mane olmağa çalışırlar. Avrasiyada geniş ərazini tutan Rusiyanın mövqeyindən çox şeylər asılı olacaq. O, iki tərəfdən birini seçməlidir: ya atlantizmi, ya da kontinentalizmi.

Antiterror əməliyyatları çərçivəsində Orta Asiya respublikalarına ordu yerləşdirən ABŞ, bu ölkələrdə uzun müddət qalmalı olacaq. O, bura qalmaq üçün gəlmişdir. Bu, İslam radikalizmindən qorxan və təhlükəsizliyinə qarantiya istəyən Özbəkistana, ABŞ-a borclu olan Qırğızıstana və Əfqanıstanın müdaxiləsindən çəkinən Tacikistana da sərf edir.

Dünyada qlobal dəyişikliklərin şahidi oluruq. Bu dəyişiklikləri hamı eyni dərəcədə hiss etməsə də, o baş verir. Qlobal ssenarilər əsasında gedən dəyişikliklərin baş verməsi üçün zəruri xaosa ehtiyac var idi. Xaos - 11 sentyabr hadisələri və Əfqanıstanda antiterror əməliyyatı oldu.

yuxarı

Dünyanı bürüyən real təhlükə: etnik münaqişələr

Anar HƏSƏNOV  

XX əsrin son onilliyində dünya üçün soyuq müharibəni əvəz edən və bütün dünyanı bürüyən yeni bir təhlükə meydana çıxdı - etnik münaqişələr. Qərb dövlətlərinin hərbi-siyasi ittifaqı NATO-nun 1991-ci ildə qəbul olunmuş "Yeni strateji konsepsiya" adlı layihəsində göstərilirdi ki, artıq təşkilatın üzvlərinə əsas təhlükə qarşı tərəfdən hücum deyil, qeyri-sabitliyin əsas elementlərindən sayılan etnik münaqişələrdir.

Etnik münaqişələrə "etnik əlamətlərə (dil, din, xarici görünüş) əsasən fərqlənən qrupların, icmaların müxtəlif sosial-iqtisadi, siyasi mənafelər uğrunda toqquşması" kimi tərif verilərsə, Fransa inqilabından sonra formalaşmağa başlayan millət-dövlət (stat-nation) adlı bütün qurumlar (yəni dünya dövlətləri) arasında gedən bütün müharibələri ona aid etmək olar. Lakin 90-cı illərin əvvəllərindən formalaşan etnik münaqişə anlayışı BMT rəhbərliyində qərarlaşan dünya təhlükəsizlik sistemində birbaşa dövlətlərarası müharibələrdən dövlətlərdaxili münaqişələrə keçən mərhələni əhatə edir. Dövlətlərdaxili (xüsusilə hərbi, zorakı) üsulların istifadəsinə əsaslanan qarşıdurmalar öz təsirini sürətlə genişləndirərək beynəlxalq münasibətlərə - dövlətin başqa dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri miqyasına çıxır.

Müasir dunyada etnik münaqişənin fərqli xarakterdə, formada özünü göstərmədiyi yer, demək olar ki, yoxdur. Elə yalnız XX əsrin demokratiya və sabitlik mərkəzlərindən sayılan ABŞ-da həmin yüzilliyin 60-cı illərində Martin Lüter Kinqin başçılığı altında zənci əhalinin öz hüquqları uğrunda mübarizə hərəkatı, XVII-XVIII əsrlərdə bir hissəsi məhv edilib, digər qismi rezervasiya adlanan yerlərə salınan, hətta muəyyən dairələrdə genosidə məruz qalmalarından da danışılan hindlilərin vaxtilə alınmış öz torpaqlarını geri qaytarmaq cəhdləri, Meksika ilə 1846-48-ci illər muharibəsi nəticəsində alınmış Texas, Kaliforniya ştatlarının ispandilli əhalisi icərisində separatçı elementlərin mövcudluğu, Kanadanın Kvebek əyalətinin fransızdilli sakinlərinin ingilis rəhbərlikdən ayrılmaq istəməsi məsələsinin meydana çıxardığı ziddiyyət, Latın Amerikasında ayrı-ayrı dövlətlərin sərhəd mubahisələri və yerli hindlilər amili Şimali Amerikanın - bu təhlukəsiz kontinentin qərb sahillərində etnik ixtilaflar mənzərəsini yaradır. 2001-ci il 11 sentyabr hadisələrinə gorə yerli əhalinin ABS musəlman icmasına qarşı hücumları da müvafiq şəraitin ən son təzahurudur.

Daha da sərqdə - təcrubəsinin çoxluğu üzündən daxilində baş qaldıran etnik nazarılıqları səmərəli usullarla tənzimləməyə məcbur olan Avropada isə dövlətlər bəsəriyyəti daim təqib edən münaqişə qaçılmazlığının etnik tərəfi ilə tam ciddi səkildə uzləsirlər. Anqlo-sakson nuvəli Boyuk Britaniyada cətin və uzun Olster - Şimali İrlandiya ziddiyyətindən əlavə, Şotlandiyanın da fərqlənmə cəhdləri və Olsterlə əlaqədar İrlandiya ilə əlaqələrin muxtəlif dovrlərdə gərginləsməsi, 1992-ci ildə unitar ərazi quruluşlu Belçikanı federasiyaya çevirmiş Flamand-vallon ixtilafı, Fransada Korsika, Breton, bask millətçi qruplarının fəaliyyəti, 1995-ci ildə İtaliyanın şimalında Padaniya Respublikası adlı qurumun elan edilməsi faktı, Almaniya federalizmi, İspaniyada bask separatçı hərəkatı arxasında duran Kataloniya və Qalisiya əyalətləri məsələləri Qərbi Avropadakı etnik parçalanmaların ən məlum goruntuləridir.

Yaponiyada cinli və koreyalı fəhlələrin sıxışdırılması halları, Avstraliya və Yeni Zelandiyada ingilis dillilərlə aborigenlər və maorilər arasındakı münasibətlərin doğurduğu problemlər Uzaq Sərqi və ən kiçik kontinent Avstraliyanı da etnik münaqişə cətinlikləri burulğanına qoşur.

Nəhayət, Fələstin və Afrika muharibələri kimi genosid xarakteri alan kutləvi insan qırğınları, 90-cı illərdə milyonlarla qaçqın, qaydasız müharibələr və başqa sarsıntılar məskəni olan keçmiş Sovet respublikaları, Yuqoslaviya ərazisində bas verən etnik münaqişələr yeni beynəlxalq münasibətlər sisteminə də boyuk zərbələr vurdu. Bu cur hərbi-zorakı qarşıdurmalar əvvəldən muəyyənləsdirilə biləcək hadisələr qrupuna aid idi. Qərbdə bunları "Soyuq müharibənin hələ əvvəldən movcudluq qazanan etnik və millətci cəhdlər uzərində struktur nəzarəti yaradılmış və artıq Soyuq müharibənin başa çatması nəticəsində təzyiq altında saxlanmayan", buna görə də "partlayışla irəli çıxan" münaqişələr kimi qiymətləndirirdilər.

BMT-nin sulhyaratma əməliyyatları vasitəsilə qarşısını almağa cəhd gostərdiyi, ATəT və ayrı-ayrı dövlətlərin təsir altında saxlamağa çalışdıqları Bosniya, Ruanda, Qarabağ və s. etnik bohranlardan fərqli olaraq, Qərbi Avropa gərginlik noqtələrində həmin üsulların tətbiqi lazımi hesab edilmir. Məsələn, konkret olaraq, Şimali İrlandiyadakı etnik münaqişələrin həmin kateqoriyaya uyğun gəlmədiyi bildirilir. Bu, beynəlxalq münasibətlərdə fərqlilik təzahürü (ikili standartlar) yaratsa da, Olster ixtilafında əsas maraqlı tərəflərdən sayılan Böyük Britaniyanın BMT-dəki movqeyi və İrlandiya ilə davamlı əməkdaşlıq etməsi diqqəti daha siddətli regionlara verməyi asanlaşdırır.

BMT 1992-ci ildə dünyadakı etnik, dini və ideoloji qarşıdurmaların qarşısını almaq üçün "sülh proqramı" adlı lahiyə hazırlasa da, bunu tam şəkildə həyata kecirə bilməmisdir. Umumdunya təşkilatının baş kitibinə hərbi səlahiyyətlər verməyi, Təhlukəsizlik Şurasının üzvlərindən asılı olmayan daimi qoşunlar formalaşdırmağı nəzərdə tutan bu plan həmin qurumda birləsən dövlətlərin narazılığını ifadə edən maliyyə məsələləri uzundən cətin vəziyyətdə qaldı.

Etnik münaqişələr BMT daxilində boyuk dövlətlərin münasibətlərini aydınlaşdırmağa təsir gostərən hadisələr kimi ortaya çıxmaqdan əlavə, həm də muəyyən dövlətlər arasında münasibətləri kəskinləsdirir. Bu gərginləsmələr Avropa İttifaqı üzvlərinin qeyri-konstruktiv xarakter almayan ziddiyyətlərindən baslayaraq, butun dunyaya təhlukə torədə biləcək Hindistan - Pakistan nuvə qarşıdurmasına qədər davam edir. Cənubi Asiyanın həmin dağıdıcı mahiyyət qazana biləcək münaqişəsi Yaxın Şərq, Balkanlar, Qafqaz və basqa bohran ərazilərinin cətinlikləri ilə birləsərək butov dunya münaqişələri məcmusunu yaradır. Beləliklə, nuvə amilini də əhatə edən etnik toqquşmaların düzgün üsullarla dayandırılması ehtiyacı tam təsdiqlənir. Çünki 11 sentyabrda başlanmış beynəlxalq hərbi-siyasi və dini qruplarla Boyuk Dövlətlər arasındakı qarşıdurma erası, demək olar ki, bilavasitə Fələstin problemindən qaynaqlanır.

XXI əsrə qədəm qoymuş dünyadakı etnik münaqişələrin aradan qaldırılmasının səmərəliliyi, bütün sivilizasiyalardan yararlanma yollarının tapılmasından xeyli dərəcədə asılı ola bilər. Artıq Vahid Dünya quruluşu istiqamətində irəliləyən dairələr etnik münaqişələrin (və umumilikdə zorakılıq, şiddət doğuran hadisələrin) ləğvi üçün hər bir dəyərdən istifadə etməyin vaxtı çatdığını dərk edirlər.

Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org