Müsahibə:

| rus | english |        
Bu sayımızda
Ana səhifə

Müsahibə:
"Dinin dövlətdən ayrılığını mütləgləşdirmək olmaz"

Müsahıbə: "Dinin dövlətdən ayrılığını mütləgləşdirmək olmaz"
- Rafiq müəllim, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsi yaradıldıqdan sonra Azərbaycanın dini mühitində musbət dəyisikliklər musahidə olunmaqdadır. Dini həyatda əvvəlki ətalət aradan qalxır, canlanma yaranır, din-dövlət munasibətlərinin keyfiyyətcə yeni təməl uzərində tənzim edilməsi istiqamətində pozitiv addımlar atılır. Bununla yanaşı, mətbuatda bəzən Dovlət Komitəsinin dini sahəyə həddən artıq fəal mudaxilə etməsi barədə məlumatlara da rast gəlmək mümkündür. Dindarların fikrincə, Komitə dovlət strukturu olduğundan, onun dini məsələlərə qarışmağa haqqı yoxdur. Misal üçün, məscidlərə rəhbərliyin təyin olunması, dini icmaların qeydiyyatı, hətta dini icmaların adlarının dəyisdirilməsi məsələlərinə Komitənin qarışması narahatlıq doğurur.

- Sizin suallarınıza cavab verməmisdən qabaq diqqətinizi Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanında Komitə qarşısında qoyulan məqsəd və vəzifələrə, habelə Komitənin Prezident tərəfindən imzalanmış əsasnaməsinə cəlb etmək istərdim. Komitə oz fəaliyyətini həmin Fərman və əsasnamə, həmçinin Dini etiqad azadlığı həqqında Azərbaycan Respublikasının Qanunu və digər muvafiq huquqi sənədlər əsasında qurur. Dini etiqad azadlığı haqqında Qanunun 5-ci maddəsində dini qurumların da mövcud qanunlara əməl etməli olduqları bildirilir və gostərilir ki, onlar bunun ucun məsuliyyət daşıyırlar.

Dinin dovlətdən ayrılığını mutləqləsdirmək olmaz. Din dövlətdən ayrıdır, dindarlar isə dövlətin vətəndaşlarıdır, cəmiyyətin üzvləridir. Din normativ idealdır. Lakin bu ideal hansı formada gerçəkləşir? Yəqin ki, siz də çoxları kimi respublikada dini praktikada olan qarmaqarışıqlıq, onun qavranılma səviyyəsindən o qədər də razı deyilsiniz: dinin təbliğindəki pərakəndəlik, bəzən isə dinin tədrisi və dini biliklərin, mövcud qayda-qanunların ciddi şəkildə gözlənilməməsi adi hala cevrilmişdi, hüququ olan da, olmayan da mədrəsə, Quran kursları açır, ziyarətgah yaradır, dini ancaq özünun bildiyi kimi təbliğ edirdi. Bəzi din xadimləri dinin dövlətdən ayrılığı prinsipini birtərəfli başa düşür, öz şəxsi maraqlarına münasib şəkildə, məzhəbçilik prinsiplərinə əsaslanaraq izah edir, çətinə düşəndə isə Azərbaycanda tarixən olan dini dözümlülük, tolerantlıq ənənələrini pozmağa gətirib çıxarırdılar.

Dovlət vətəndaşlarının hüquq və azadlıqlarının, o cumlədən vicdan azadlığının da təminatçısıdır. əgər dovlət dini bilməzsə, dindarların problemlərinə etinasızlıq göstərərsə, vicdan azadlığına necə təminat yarada bilər?! İnanıram ki, ancaq güclü hakimiyyət və effektiv idarəçilik insanların hüquqlarının qorunması üçün vacib amildir.

Komitə sırf dini işlərə, ibadət, səriət məsələlərinə mudaxilə etmir. Məscidə rəhbərliyin təyin olunması ibadət məsələsi deyil, təskilat məsələsidir. Bu məsələyə də Komitə qarışmır. Lakin dini idarə təyin etdiyi adamların təhsilini, biliyini, məscidin yerləsdiyi ərazinin xususiyyətlərinə cavab verib-vermədiyini nəzərə almalı, daima onların bilik səviyyəsini artırmağa çalışmalıdır. Komitə ancaq məsələnin bu tərəfinə daha cox diqqət yetirir.

Dini icmaların qeydiyyatına gəlincə, bu is Dovlət Komitəsinin əsas vəzifələrindən biridir. Dovlət, ərazisində hansı dini icma və qurumların fəaliyyət gostərdiyini bilməli, muvafiq qanunlar cərcivəsində onların fəaliyyətini tənzimləməyə təskilati koməklik gostərməlidir. Mən bir misal cəkim. Dini etiqad azadlığı haqqında Qanunda göstərilir ki, "vətəndaslar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyatı öyrənə və dini təhsil ala bilərlər". Lakin elə olur ki, bir icma bu qaydaya istinadən hansısa bir əcnəbi xeyriyyə və ya missioner təşkilatının maliyyə yardımı ilə mədrəsə yaradır, əcnəbi muəllimlər dəvət edir, əsnəbi dildə dini tədris edir, sagirdləri ailələrindən və cəmiyyətdən təcrid edərək cox vaxt həmin əcnəbi dini təşkilatın ideologiyası ruhunda tərbiyə edir. Belə halda dovlət nə etməlidir? Ya passiv movqe tutub vətəndaşların özgələsməsinə göz yummalı, ya da həmin dini icmanı Qanuna hörmət etməyə çağırmalıdır, başa salmalıdır ki, Təhsil haqqında Qanuna əsasən, mədrəsədə Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası tədris olunmalıdır. Dini mədrəsələri bitirən səxslərin orta təhsil haqqında aldıqları diplomlar ümumtəhsil orta məktəblərin diplomlarına bərabərləsdirilməlidir. Bunun ucun isə tədris proqramı ümumtəhsil tələbatlarına cavab verməlidir. əgər dovlət belə bir tələb qoyursa, bu kimin xeyrinədir? Dusunurəm ki, bu, ilk novbədə, sagirdlərin və onların valideynlərinin marağındadır. Bu şərtə əməl olunsa, sagirdlərin secimi daha genis olar. Odur ki, belə məsələlərə bir məscid səviyyəsindən yanaşmaq lazımdır. əlbəttə, dovlətin həyata kecirdiyi tədbir ola bilsin ki, hansısa bir icmanın marağına cavab verməsin, lakin butovlukdə olkənin və xalqın mənafeyinə uyğun olmalıdır. Bütün bunlar dövlət qeydiyyatı işini və nəzarətini zəruri edən amillərdir.

O ki qaldı dini icmaların adlarına, bu məsələ təsis yığıncağında həll edilir. Məscid və ya icma klub deyildir ki, onu kiminsə adı ilə adlandırasan. İslamda məscidlər, adətən, onları tikdirən səxslərin adları, yaxud tikildikləri yerin adı ilə tanınmışdır. Məsələn, əjdər bəy məscidi, Qasım bəy məscidi, Turkan məscidi və s.

Dini icmaların fəaliyyəti Dini etiqad azadlığı həqqında Qanunla tənzimlənir. əgər hansısa hədd vardırsa, bu ancaq Qanunla müəyyən edilmis həddir. Dini icmalar Qanuna hormət etməyi oyrənməlidir. Təkrar edirəm, "din dovlətdən ayrıdır" prinsipini təhrif etmək olmaz. Bu prinsipi, din adından istənilən kimi istifadə etmək mustəvisində basa dusmək səhvdir.

- Son bir necə ildə ədliyyə Nazirliyi Azərbaycanda fəaliyyət gostərən xristian təriqətci missioner təşkilatlarının qeydiyyatına və fəaliyyətinə daha ciddi tələbkarlıqla yanaşırdı. Hətta bəzi xristian təriqətci missioner təşkilatlarının qeydiyyatı ləğv edilmişdi. Düzdür, dini qurumların qeydiyyatı vəzifəsi rəhbərlik etdiyiniz Komitəyə tapşırıldıqdan sonra bir neçə qeyri-ənənəvi təriqətci xristian icmasının qeydiyyatı ləğv olunmuşdur. Ancaq, eyni zamanda bir neçə belə missioner təskilat Komitə tərəfindən qeydiyyata alınmışdır. Bunların içərisində elələri də var ki, xarici olkələrdə destruktiv və təxribatçı təriqət kimi tanınaraq fəaliyyətləri qadağan olunmuşdur. "Yəhva sahidləri" icması məhz bu fəaliyyətdə suçlanır. Azərbaycanda belə icmaların dövlət qeydiyyatına alınmasını nə ilə izah edərdiniz?

- Komitə dini mənsubiyyətdən asılı olmayaraq, bütün dini qurumların qeydiyyat və fəaliyyətinə tələbkarlıqla yanaşır. Qanun çərcivəsində hər hansı dini qurumun qediyyatını aparır. Qanunu pozan dini qurumlara münasibətdə rəftar da adekvat olmalıdır. Biz qabaqcadan hansı qurumusa destruktiv fəaliyyətdə tohmətləndirib, onun qeyidiyyatından imtina edə bilmərik. Lakin pozuculuğu, təfriqəciliyi və təxribatçılığı sübuta yetirilmiş hər hansı dini qurumun fəaliyyəti barədə məhkəməyə muraciət edirik və o da oz novbəsində isə baxıb qərar çıxarır. Məhkəmə sistemində son instansiyanın qərarı yerinə yetirilməlidir. Hesab edirəm ki, məsələni məhkəmə yolu ilə həll etmək daha ədalətli və basadusuləndir. Dunya dovlətlərinin boyuk əksəriyyətinin təcrubəsi də belədir. Bu, subyektivlik hallarını demək olar ki, istisna edir.

Bəzən dini icmalar hadisələrə dar icma təəssubkesliyi movqeyindən yanaşır, dövlətin vicdan azadlığının təminatçısı olduğunu unudur, beynəlxalq normalara etinasızlıq göstərirlər. Komitə bu və ya digər icmanı, o cümlədən, "Yəhva sahidləri" icmasını da qeydiyyata alarkən butun bu amilləri diqqət mərkəzində saxlamalı olmuşdur. Bir də ki, biz yeni icma yox, artıq qeydiyyatı olan icmanın sənədlərini qanunun tələblərinə uyğunlaşdırmışıq. Dini dözümsüzlük, ədavət təbliğ edən icmaların fəaliyyəti ilə bağlı ciddi tədbirlər həyata kecirilir. "Butun əqidələr qanun qarşısında bərabərdir" prinsipi Dovlət Komitəsinin isində əsasdır. Bu, Konstitusiyamızın tələbidir və hər kəs bunu yerinə yetirməyə borcludur. Qanun birdir, dinlərsə cox. Qanun movcud olan butun dinlərin əqidə tələblərinə uyğunlaşdırıla bilməz. Bizim ucun vacib olan – beynəlxalq səviyyədə qəbul olunmus prinsipləri əsas tutmaqdır.

- Bəzi dindarlar arasında belə bir fikir formalaşır ki, guya Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinə Turkiyə və ərəb olkələrinin təsiri daha gucludur, bu da respublikada sunni məzhəbi ideologiyasının güslənməsinə sərait yaradır. Belə bir fikir də vardır ki, guya şiə məzhəbinin təbliğ və tədris olunduğu mədrəsələr bağlanır, şiə ədəbiyyatının respublikaya gətirilməsinə məhdudiyyətlər qoyulur, siə imamlarının mövlud və vəfat gunlərinə həsr olunmus bəzi tədbirlərin kecirilməsinə manecilik torədilir. Sizin fikrinizcə, bu vəziyyət respublikada siələrin hüquqlarının pozulması təsəvvürünü yaratmazmı və gərginliyə səbəb olmazmı?

- Əvvəla, mən sunniliyi və siəliyi bir-birinə qarşı qoymağın qəti əleyhinəyəm. İslam ideyası vahid ideyadır, Allahdan başqa bir məbudun olmadığını, Mühəmmədin Allahın rəsulu olduğunu təbliğ edir. Sünnilik də, siəlik də bu ideyanın təbliğinə xidmət edir. əgər bu iki məzhəb arasında ixtilaf varsa, o da yalnız bir məsələ – imamət və xilafət məsələsi ilə bağlıdır. Dövlət Komitəsi haqqında yayılan bu məlumatlar qərəzli xarakter daşıyır, onların heç bir faktiki əsası yoxdur. Biz məzhəb təəssubkesliyinin əleyhinəyik, bu, xalqı birləsdirmir, əksinə, onun vəhdətini pozur. Hər iki məzhəbin ardıcıllarına, eyni zamanda, İslamda mövcud olan digər ideya cərəyanlarının daşıyıcılarına hörmətlə yanasmaq dovlətin din sahəsində siyasətinin əsas prinsiplərindən biridir.

Dovlət ucun daha əhəmiyyətli olan – dində radikallaşmanın, dindən ekstremizm ucun istifadənin qarşısının alınmasıdır. Xristian məzhəbləri daha çoxdur, onların arasındakı ixtilaflar isə əhatə dairəsinə gorə daha genisdir. Bir milyarddan cox musəlmanın əqidə və ibadət tərzi məsələlərində eyni movqedən çıxış edəcəyini dusunmək sadəlövhlük olardı. Məzhəbcilik labuddur və gorunur, bu dinlərin təbiətindən irəli gəlir, amma ondan dində qarşıdurma və gərginlik yaratmaq ucun istifadə etmək yolverilməzdir. Komitə dovlət komitəsidir və dovlətin dinlə bağlı siyasətini həyata kecirir. Bu siyasətin isə ən mühüm qolu konfessiyalar arasında ayrı-seçkiliyə yol vermədən, dindarların hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etməkdən keçir. O ki qaldı hansısa mədrəsənin bağlanmasına, dövlət qeydiyyatından keçməmis, tədris plan və proqramları müvafiq qaydada təsdiq edilməmis hər mədrəsə, məzhəbindən asılı olmayaraq qanuna tabe edilməlidir. Dini ədəbiyyat da həmçinin. Hansı din və ya hansı məzhəb ucun nəzərdə tutulduğuna baxmayaraq, dini təfriqə salmaq məqsədlərinə xidmət edən hər cur ədəbiyyatın respublikaya gətirilməsinin qarşısı alınmalıdır.

- Son bir necə il ərzində respublikanın dini təşkilatları təhsil ocaqlarında dinin əsaslarının tədrisinə nail olmaq uğrunda çalışır. Lakin əsasən, Təhsil Nazirliyinin yaratdığı maneçiliklər bu isin ləngiməsinə səbəb olur. Rəhbərlik etdiyiniz Komitənin qısa müddət ərzində əldə etdiyi ən boyuk nailiyyət bundan ibarətdir ki, dovlət təhsil sistemində "Dinin əsasları" fənninin tədrisi məsələsinin musbət istiqamətdə həllinin zəruriliyini əsaslandıra bilmişdir. Məlum olduğu kimi, Prezident Heydər əliyev orta məktəblərdə novbəti dərs ilindən dinin tədrisinə baslamaq barədə gostəris vermisdir. Bu gostərisin həyata kecirilməsi mexanizmini Siz necə gorursunuz? Dərslik və muəllim kadrları problemini həll etmək üçün konkret olaraq hansı təklifləriniz vardır?

- Demək olar ki, bu məsələ artıq oz həllini tapmışdır. Fikrimcə, orta məktəblərdə dinlər haqqında kifayət qədər məlumatın verilməsi bir cox problemlərin, o cumlədən, mənəviyyat sahəsindəki problemlərin həll edilməsində yardımçı olacaqdır. əgər hər bir gənc azərbaycanlı dinin əsaslarını bilsə, onun seçimi şüurlu olacaqdır. Daha o vaxt missionerlərin fəaliyyətindən ehtiyatlanmaq lazım gəlməyəcəkdir: hər kəs öz etiqadını sərbəst secəcək, yaxud hec bir dinə etiqad etməyəcəkdir.

Mən bu məsələyə xususi maraq gostərdiyimdən IX-XI siniflər ucun "Dinin əsasları" adlı kitab da hazırlamışam. "Dinlərin muqayisəli təhlili" adlı kitab üzərində isləyirəm. Dusunurəm ki, muəllim kadrları da kifayət qədərdir. Din haqqında məlumatlı olmaq dindən basqa, dindənkənar məqsədlər ucun istifadənin, dini fanatizmin qarşısını almağa kömək edəcək. Ekstremist təşkilatlar dini savadsızlıqdan daha çox istifadə edirlər. Odur ki, dini biliklərin olması cəmiyyətdə sabitliyə və dozumluluk munasibətlərinin yaranmasına xidmət edəcək.

- Maraqlı müsahibəyə gorə Sizə minnətdarlığımızı bildiririk.

Musahibəni apardı: Nurəddin Mehdiyev
Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org