Nəzər nöqtəsi

| rus | english |        
Bu sayımızda
Ana səhifə

Nəzər nöqtəsi:
İslam
Azərbaycanda

Nəzər nöqtəsi: İslam Azərbaycanda

Elçin ƏSGƏROV  

Jurnalımızın son sayının çapa getməsindən il yarımdan çox vaxt keçir. Bu müddət ərzində Azərbaycanın dini mühitində olduqca rəngarəng və zəngin hadisələr baş vermiş, əsaslı dəyişikliklər həyata keçmişdir. Bu məqalə, qısaca da olsa, keçən bu müddət ərzində baş verən hadisələrə şərh vermək cəhdindən ibarətdir.

ƏRƏFƏ

Son il yarım ərzində sürətlə bir-birini əvəz edən hadisələr ilk baxışdan gözlənilməz olsa da, Azərbaycanın dini mühitində öncədən yaranmış qeyri-müəyyən vəziyyətin obyektiv nəticəsi idi.

Müstəqillik qazanmış Azərbaycanın bütün sahələrdə olduğu kimi, dini mühitində də başlanan canlanma vəradikal dəyişikliklər din-dövlət münasibətləri sferasmda ciddi islahatlar tələb etsə də, 1992-ci ildə tələsik qəbul edilmiş və sonradan subyektiv təsirlər altında bir neçə əlavə ilə zənginləşdirilmiş "Dini etiqad azadlığı haqqında" qanun bu tələbləri ödəmək iqtidarmda deyildi.

Respublikanı bürümüş missionerlik və təriqətçilik dalğası və onlara ictimai əks-reaksiya, dini sahəyə xarici dövlətlərin təsiri və onların milli maraqlarla toqquşması, din və dini təbliğat adı ilə möhtəkirlik və dindarların bundan narazılığı, dünyəvi dövlət quruculuğu çağırşları və gün-gündən artan dindar təbəqənin bu dövlətdə özünü realizə etmə problemləri və s. həllini təcili tələb edən, eyni zamanda bu həlli icra edəcək strukturlara ehtiyacı olan məsələlər idi.

Problemlərin aktuallığı həmin dövr üzrə mətbuatı nəzərdən keçirdikdə də məlum olur. Azərbaycanda dini mühitdə yaranmış gərgin vəziyyətdən narahatlıq, 2001-ci ilin birinci yarısı ərzində mətbuatda və ictimaiyyətdəən aktiv müzakirə olunan məsələlərdən olmuşdur. Ona görə də təəccüblü deyildir ki, 2001-ci ilin əvvəlindən dini sahədə mütləq yeni və əsaslı dəyişikliyin baş verəcəyini nəinki "aşağılar tələb edir", həm də "yuxarılar dərk edirdilər".

DƏYİŞİKLİK

Son il yarım ərzində Azərbaycanın dini mühitində baş vermiş ənmühüm dəyişiklik, Respublika Prezidentinin "Dini Qurumlarla iş üzrəDövlət Komitəsinin yaradılması haqqında" fərmanı oldu.

Bu fərmandan əvvəl də "Dini şura", "Din Nazirliyi", "Dini İşlər üzrəDövlət Komitəsi" yaradılacağı haqqında söhbətlər gəzirdi, lakin hadisənin əhəmiyyəti onun adında yox, mahiyyətində idi. Faktiki olaraq, 10 il müstəqil dövlət kimi həyat sürən Azərbaycanda ilk dəfə idi ki, dini sahəyə cavabdeh və bunun üçün müəyyən səlahiyyətlərə malik dövlət orqanı yaradılırdı. Bundan əvvəl Nazirlər Kabineti yaninda mövcud olan və sovetlərdən miras qalmış Dini işlər idarəsi nə ştat və büdcəsinə, nə dəəsasnaməsi ilə ona verilmiş səlahiyyətlərinə görə dini sahəyə təsirli müdaxilə imkanina malik deyildi. Yenə də sovetlərdən, sovetlərə isə çar Rusiyasından miras qalmış Qafqaz Müsəlmanları İdarəsi isə Azərbaycanda "İslamın taleyi üçün məsul" hesab olunsa da, yeni dövrün qanunlarına görə yalnız ictimai təşkilat idi və fəaliyyəti ictimai fəaliyyətdən kənara çıxa bilməzdi. Ən əsası, QMİ bunun üçün cəhd də göstərmirdi.

Yeni komitənin yaradılmasının əhəmiyyəti yalnız bununla bağlı verilmiş fərmanda deyildi, komitənin yaradıldıqdan sonra gətirdiyi çalxalanmada idi.

KOMİTƏ

Komitə yaradılan kimi onamüstəsna səlahiyyətlər verildi. Onlardan birincisi, dini icmaların qeydiyyatının Ədliyyə Nazirliyindən aınaraq DQİ DK-nə verilməsi oldu. Beləliklə, Komitə dini icmaların bilavasitə nizamnamələrinə təsir etmə imkanını əldə etdi. Digər tərəfdən, hər cür ictimai birliyin qeydiyyatı ilə məşğul olan Ədliyyə Nazirliyindən fərqli olaraq, ixtisaslaşmış Komitə dini icmaların qeydiyyat məsələlərində daha operativ imkanlara malik idi ki, bu da Komitənin yaradılmasmdan sonra başlanan yenidən qeydiyyat zamanı özünü büruzə verdi.

Eyni zamanda, Komitə, yaradıldığı ilk dövrdən başlayaraq, yüksək aktivlik nümayiş etdirməyə başladı. Dini məsələlər üzrə birinci Bakıdan başlayaraq, rayonlarda davam edən zona müşavirələri və bu müşavirələrdə dövlət məmurlarınm ən elit təbəqələrinin iştirakı, mənbə və strukturu olduqca rəngarəng və çox vaxt naməlum olan saysız mədrəsə və dini kursların fəaliyyətlərinin nizamlanması üzrə ən radikal tədbirlər, yenidən qeydiyyatın sərt tələbləri, mollaların attestasiya edilməsi çağırışı, həcc və digər ziyarətləri, dəfn mərasimlərini QMİ monopoliyasından çıxarmaq addımları, axund və mollalar təyin edilərkən Komitənin rəyinin nəzərə alınması tələbləri, yığılan nəzir və ianələrin son mənzilinə nəzarətin vacibliyifikri, xaricə oxumağa göndərilən tələbələrin aqibətinə maraq, Respublikaya daxil olan ədəbiyyata nəzarət və s. bu kimi aktual məsələlərə ən aktiv müdaxilə ölkənin dini həyatında sözün əsl mənasında çaxnaşma yaratdı. Bir tərəfdən, bütün sadalanan problemlər həlli vacib məsələlər cərgəsinə daxil olsa da, yeni qaydalara uyğunlaşmayan və onlara müvafiq fəaliyyətlərini dəyişməyə hazır olmayan təbəqələr arasında bu addımlar kəskin əks-reaksiya doğurdu. Digər tərəfdən, adı çəkilən problemlərin həlli vacibliyini dərk edən ictimai simpatiyanın Komitə tərəfdə olması demək olar ki, bütün atılan addımların uğuruna səbəb olurdu.

Komitənin yaradılmasından sonrakı bir ili onun "ulduz saatı" adlandırmaq olar. Eyni zamanda, etiraf etmək lazımdır ki, Komitənin qaldırdığı problemlər və gətirdiyi yeniliklər, əsaslı olub-olmamasından, xoşa gəlib-gəlməməsindən asılı olmayaraq, daha çox müsbət dəyişikliklər doğurmuş oldu.

OAFQAZ MÜSƏLMANLARI İDARƏSİ

QMİ hələ keçən əsrdə yaranmış şeyxül-islamlıq institutunun yeni adıdır. Optimal surətdə istifadə olunarsa, QMİ-nin əlverişli səlahiyyət və imkanları mövcuddur. QMİ fəaliyyətini düzgün quracağı təqdirdə ölkədəki müsəlmarı icmasını təşkilatlandırma, cəmiyyətdə mənəvi liderlik və özü ilə hesablaşmağa məcbur etmə gücünə də malikdir. Təmiz din xadiminə inam kultunun güclü olduğu Azərbaycan kimi ölkədə bu İdarənin mövqeyi hətta daha güclü ola bilərdi.

Lakin təəsüf ki, QMİ bunlarm heç birindən istifadə edə bilmədi. Son ilyarımda ona qarşı irəli sürülən ittihamları rədd edərkən, ictimai fikrin onun tərəfində olmadığinı gördükdə və bu rəyi dəyişməyə çalışaraq QMİ aktiv ictimai fəaliyyətə başlamağa cəhd göstərdi.

Lakin bu ictimai uğursuzluğun səbəbi son 11 ildə əldən buraxılmış imkanlarda idi. 90-cı illərin lap əvvəlindəçox qısa bir dövr ərzində nəşr olunmuş "İslam" qəzeti istisna olmaqla, bu dövr ərzində QMİ heç bir dövri mətbu orqanı nəşr etmədi, heç bir yadda qalan kitab və ədəbiyyat çapa vermədi, heç bir kütləvi xeyriyyə aksiyası təşkil etmədi, ictimai dini maarif sahəsində heç bir addım atmadı, heç bir parlaq din xadimi ilə yadda qalmadı, ödkəni bürüyən missionerlik və təriqətçilik dalğası zamanı fəallıq göstərmədi...

Bəlkə də QMİ özü bununla razılaşmaya bilər, lakin yuxarıda sadalananlar son bir neçə ildə keçirilən rəy sorğulannın nəticələri arasından seçilmiş ifadələrdir. Və 11 il davam edən süstlüyün fonunda son 1 ildə nümayiş etdirilən fəallıq - Moskvada nümayəndəlik açılması, uşaq evlərinə yardım, "Kəlam" adlı yeni jurnalın nəşri, mollaların səviyyəsinin yoxlanılması, ziyarət qiymətlərinin endirilməsi, ictimai problemlərə maraq və s. - bir daha DQİ DK yaradıldıqdan sonra yaranmış bir növ "rəqabətin" son nəticədə müsbət istiqamətə xidmət etdiyini nümayiş etdirmiş olur. Görünür, "rəqabət inkişafa xidmət edir" ifadəsi təkcə kommersiya və istehsalata aid deyilmiş.

YEKUN

Son il yarımda baş verənləri şərh edərkən DQİ DK-nin yaranması və işə aktiv müdaxiləsi nəticəsində dini sahədə yaranmış canlanmanı, şübhəsiz, ilk olaraq qeyd etmək lazımdır. Söhbət yalnız QMİ-də və ya ictimaiyyətdə yaranmış canlanmadan getmir, digər daha xırda və lokal icmalarda öz imiclərini müsbət istiqamətə dəyişməyə məcbur oldular. Kimin-kimə daha yaxın olmasmdan asılı olmayaraq, hamı cəmiyyətin simpatiyasının həlledici amillərdən biri olduğunu başa düşdü və bu simpatiyanı qazanmaq uğrunda canlanma getdi.

Belə bir simpatiyaya DQİ DK-nın özünün də ehtiyacı var. Əgər cəmiyyətdə dini sahədə mövcud problemlər həll olunmazsa və ya yeniləri də yaranarsa, problemlərin həll ediləcəyinə olan "inam krediti" tükənərsə, onda yalnız şüarlarla heç bir şey həll etmək mümkün olmayacaq.

Təəssüf ki, dini sahədə mövcud olan problemlərin bir çoxu konservləşdirilmiş formada qalmaqda davamedir. Yalnız inzibati addımlarla problemlərin həllinə nail olmaq mümkün deyil. Qapadılmış mədrəsələrin yeri nə alternativ və milli maraqlara uyğunmədrəsələr yaranmazsa, köhnələr yenə də qayıdacaq, təmiz din xadimləri olan güclü dini icmalar yaranmazsa, qeydiyyatı ləğv olunanlar qeyri-leqal olsa da özünə tərəfdar toplaya biləcək, şəffaf xeyriyyə qurumları yaranmazsa, nəzir və ianələrin aqibəti yenə də naməlum olaraq qalacaq. Və nəhayət, cəmiyyətdə ümumi dini maarif səviyyəsi yüksəldilməzsə, yeniyetmə və gənclər öz dinlərini məktəbdən başlayaraq öyrənməzsə, nə mollaların səviyyəsi yüksələcək, nə də təriqətlərə cəlb olunanların sayı azalacaq.

Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org