Panoram

| rus | english |        
Bu sayımızda
Ana səhifə

Panoram:
Azərbaycanda

Panoram:
Dünyada

Panoram: Azərbaycanda
03 may 2002 - Mayın 3-də BDU-da "Qadın və İslam" mövzusunda konfrans keçirilmişdir. Respublika Təhsil Nazirliyinin rəsmi şəxslərinin iştirak etdiyi konfransda çıxış edənlər, baş örtüklü qızların bundan sonra universitetə gələrkən baş örtüyünü çıxarmalı olacaqlarını bildirmişlər və bunun universitetin daxili qayda-qanunlarına zidd olduğunu bildiriblər. Bu tələb baş örtüklü tələbə və müəllimlər tərəfindən etirazla qarşılanmışdır.
18 may 2002 - Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin nəşr etdiyi "İslamın əsasları: fəlsəfə, tarix və əxlaq baxımından" adlı yeni kitab işıq üzü görmüşdür. Kitab İslam dininin ən əsas əqidəvi- fəlsəfi, tarixi, əxlaqi və ictimai görüşlərinin şərhinə həsr olunmuşdur. Kitab respublikanın orta məktəblərinin yuxarı sinifləri, ali təhsil ocaqları tələbələri və islam dini barəsində təsəvvür əldə etmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
22-23 may 2002 - Roma Papası II İoann Pavel Azərbaycanda 2 günlük səfərdə oldu. Roma Papası Azərbaycan prezidenti H.Əliyev cənabları, Qafqaz Müsəlmənları İdarəsinin sədri Allahşükür Paşazadə və dini konfessiya nümayəndələri ilə görüşdü, kütləvi dua mərasimində iştirak etdi.
04 iyun 2002 - Milli Məclis "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişikliklərin edilməsinin lehinə səs verdi. Dəyişikliyə görə, bundan sonra dini qurumların qeydiyyatını Ədliyyə Nazirliyi deyil, müvafiq icra hakimiyyəti orqanı aparacaq.
10 iyul 2002 - Bakının "Hyatt Regency" otelində Almaniyanın "Fridrix Naum" Fondu və "Free Person" İnsan Hüquqları Müdafiə Cəmiyyətinin təşəbbüsü ilə "Azərbaycanda dini tolerantlıq" mövzusunda beynəlxalq seminar işə başladı.
01 avqust 2002 - Avropa Şurası baş katibinin müavini Hans Kristian Krüger Azərbaycanda yaşayan dini icma rəhbərləri ilə görüşdü.
10 avqust 2002 - İslam Konfransı Təşkilatı (İKT) yaydığı bəyanatda Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağda avqustun 11-də "prezident seçkilərinin" keçirilməsi ilə bağlı Ermənistan hökumətinin tədbirlərini qanunsuz saydığını bildirdi.
12 avqust 2002 - Teoloji Maariflənmə Mərkəzi 800 nəfər respondent arasında keçirilmis sosioloji sorğunun nəticələri elan etdi. Sorğu nəticəsində məlum oldu ki, respondentlərin 69 faizi orta məktəblərdə dinin tədrisinə tərəfdardır. Rəyi soruşulanların 61,3 faizi mollaların attestasiyadan keçməsinə tərəfdar olduğunu bildirmiş, 81faizi missioner təşkilatların fəaliyyətinin dövlətçiliyimizə mənfi təsir göstərdiyini təsdiqləmişdi.
27 avqust 2002 - Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurani-Kərimin Azərbaycan dilinə edilmiş tərcumələrindən birinin müəllifi, BDU İlahiyyat fakultəsinin dekanı və Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri professor Vasim Məmmədəli oğlu Məmmədəliyev şərqşünaslıq elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olundu.
31 avqust-05 sentyabr 2002 - İslam Aləmi Liqasının baş katibi doktor Abdulla bin Ədülmuhsun ət-Türki Bakıda rəsmi səfərdə oldu. Səfər proqramı çərçivəsinda İAL-ın baş katibi Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirdi, ölkəmizin bu liqaya daxil olan ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə etdi, qaçqın və məcburi köçkünlərin problemləri ilə tanış oldu.
10 sentyabr 2002 - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verdi ki, Təhsil Nazirliyi ilə əldə edilmiş razılığa əsasən carı dərs ilində respublikanın orta ümumtəhsil məktəblərində dinin əsasları fənni tədris olunmayacaq.
01 oktyabr 2002 - "Vicdan azadlığı - sülh və konfessiyalararası razılıq üçün vacib amildir" mövzusunda beynəlxalq konfransın işi çərçivəsində Beynəlxalq Din Azadlığı Assosiasiyasının Azərbaycan bölməsi təsis edildi.
03 oktyabr 2002 - Azərbaycan İslam Demokrat Partiyası adlı yeni siyasi partiyanın yaradıldığı elan olundu.
07 oktaybr 2002 - ABŞ Konqresinin demokratiya, insan hüquqları və əmək üzrə Bürosu dünyada dini etiqad azadlığının vəziyyəti barədə növbəti illik hesabatını açıqladı. Hesabatın Azərbaycana dair bölməsində ötən il ölkədə "qeyri-ənənəvi" dini qrupların nümayəndələrinin saxlanılması və təqib edilməsi faktlarının olduğu bildirilir.
10 oktyabr 2002 - Bakının Gülüstan sarayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun birgə təşkil etdikləri "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda 2 günlük beynəlxalq konfrans öz işinə başladı.
06 noyabr 2002 - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası və Elmi-Dini Şurasının Fətvası ilə Azərbaycanda orucluğun başlandığı elan edildi.
5 dekabr 2002 - Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda dövlət səviyyəsində Ramazan bayramı qeyd olundu və prezident H.Əliyev cənabları ölkə müsəlmanlarını təbrik etdi.
27 dekabr 2002 - Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası çoxarvadlılıq, müvəqqəti nikah (siğə) və irs məsələləri ilə bağlı fətva verdi. Fətvaya görə, bu istiqamətdə olan hökmlər ölkəmizdə qüvvədə olan qanunlarla uzlaşmadığı üçün qəbul olunmur və hökmü dayandırılır.
 
Panoram: Dünyada
16 may 2002 - 1789-cu ildən etibarən ilk dəfə olaraq, Fransada nazir vəzifəsinə qadın seçildi. 1959-cu il təvəllüdlü Təqiyyə Seyfi əslən əlcəzairli müsəlmandır.
21 may 2002 - Misirin "əI-Əzhər" İslam Universiteti müəllimlərin bir günlük əmək haqqını Fələstin azadlıq hərəkatına yardım olaraq göndərməyi qərara aldı.
28 may 2002 - Məlum oldu ki, 2000-2001-ci illər ərzində "Coca-Cola" və "Pepsi-Cola" şirkətləri İsrailin hərbi sənaye kompleksinin inkişafı üçün öz gəlirlərindən 1,3 milyard dollar pul ayırmışlar. Bu müddət ərzində ABŞ-ın tütün şirkətləri İsrailə 7,1 milyard həcmində yardım göstərmişlər.
31 may 2002 - ABŞ Federal Təhqiqat Bürosu dini təşkilatların (xüsusilə, müsəlman təşkilatlarının) internet resurslarına nəzarət etmək barədə Ağ Evin icazəsini aldı.
May 2002 - Yalnız may ayı ərzində İsrail əsgərləri 7500 nəfər fələstinlini həbs etdilər. Bunların 450 nəfəri xəstə və yaralılar idi. 80 nəfərə yaxın məhbus dindirmə zamanı öldürüldü.
25 iyun 2002 - Sultan Kabus (Oman) ensiklopediyasının nəşri üzərində işləyən yaradıcı heyət bu faktı elan etdi ki, dünyada ən çox yayılmış ad Məhəmməddir.
10 iyul 2002 - Böyrəyini müalicə etdirmək üçün İstambul Universitet xəstəxanasına müraciət etmiş 72 yaşlı hicablı qadın, xəstəxanada ona tibbi yardım göstərilmədiyi üçün həyatını itirdi. Təlimata əsasən, hicablı qadınlar bu xəstəxanada müalicə oluna bilməzlər.
19 iyul 2002 - Bəhreynin Vəqflər idarəsi ölkə məscidlərində ərəbcə oxunan cümə xütbələrini xarici vətəndaşların başa düşməsi üçün başqa dillərə tərcümə etmək barədə sərəncam verdi. Hazırda xütbələr urdu, benqal, tamil, ingilis, sinxali və malay dillərinə tərcümə olunur.
22 iyul 2002 - ABŞ siyasətinə etiraz aksiyası kimi beynəlxalq antiqlobalist təşkilatlar və ətraf mühiti müdafiə cəmiyyətlərinin təşəbbüsü ilə bütün dünyada "Coca-Cola"ya qarşı baykot kampaniyası keçirildi.
İyulun sonları, 2002 - İtaliyanın Florensiya şəhərində bir neçə əsilzadə, kilsə xadimi və siyasətçidən ibarət "Xristian Avropasının xilası naminə Karl Martell komitəsi" yaradıldı. İslamla mübarizə şüarı altında təsis edilmiş komitə 732-ci ildə Puatye döyüşündə müsəlman ərəbləri məğlub etmiş frank kralı Karl Martellin adını dasıyır.
5 avqust 2002 - İngiltərə kraliçəsi II Yelizaveta ilk dəfə olaraq Londondakı məscidi ziyarət etdi və məscid icması ilə görüşdü.
15 avqust 2002 - Bəhreyn əmiri beynəlxalq islam maliyyə bazarının təsis olunması barədə fərman imzaladı. Bu quruma Malayziya, İndoneziya, Sudan ölkələri və İslam İnkişaf Bankı daxildir. Maliyyə bazarının həcmi 180 milyard dollara yaxındır.
16 sentyabr 2002 - Suriyanın paytaxtı Dəməşq şəhərində Yaxın Şərqdə ilk dəfə olaraq, virtual internet-universitet yaradıldı.
3 noyabr 2002 - Türkiyədə keçirilən seçkilərdə islami təmavüllü ədalət və İnkişaf Partiyası səs çoxluğu ilə (36 faiz) üstünlük qazandı və hakimiyyətə keçdi.
6 noyabr 2002 - Dünyanın əksər müsəlman ölkələri Ramazan ayının başlandığını qeyd etdi. Liviya noyabrın 5-də, İran və Pakistan isə 7-də orucluğun başlandığını elan etdilər.
20 noyabr 2002 - Türkiyənin yeni parlament sədri Bülənd Arınc rəsmi tədbirə öz hicablı həyat yoldaşı ilə gəldi. Türkiyədə dövlət müəssisələrində və ali təhsil ocaqlarında qadınların hicablı halda görünmələri qadağan olduğundan, bu hadisə ölkədə qalmaqala səbəb oldu.
Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org