Müsahibə:

| rus | english |        
Bu sayımızda
Ana səhifə

Müsahibə:
Redaktordan:
Tarixdə bəşəriyyətə məlum ilk sivilizasiyalar yarandığı dövrdən bəri onlardan birinin digərləri üzərində hakimiyyət iddiası da yaranmış və tarixi inkişaf prosesi gedişində bu sivilizasiyaların özlərinin və ya iqtisadi-siyasi formasiyalarının dəyişməsindən asılı olmayaraq, həmin iddia dəyişməmiş, "bütün dünya üzərində hakimiyyət" həvəsi minilliklərdən keçərək, nəsillərdən-nəsillərə ötürülərək, bu günümüzə gəlib-çıxmışdır.

Qədim dünyanın Misir fironlarından, Babil, Yunanıstan, İran, Roma hakimlərindən başlamış, ilkin orta əsrlərin Bizansına, Sasanilərə, Çin imperatorlarınadək, Şam, Bağdad xilafətlərindən tutmuş, monqollara, səlcuqlara, Osmanlılaradək, Səfəvilərdən başlamış, Rusiya, Britaniya, Almaniya, Fransa imperatorluqlarınadək, və nəhayət, Sovet İttifaqı, Hitler Almaniyası və sair "ittifaq"lardan başlamış, günümüzədək, haqq ya batil olmasından asılı olmayaraq, qüdrəti və ambisiyası olan, demək olar ki, bütün sivilizasiyalar "dünyaya hakim" olmaq iddiasına da malik olmuş, öz cəmiyyət, dövlət və xalqlarının maddi və mənəvi resurslarından bu məqsəd üçün tam gücü ilə istifadə etmişlər. Bəşəriyyət tarixinə nəzər salsaq, bu tarixin başdan-başa hər hansı bir passionar sivilizasiyanın digərlərini, son məqsəd olaraq isə "bütün dünyanı" öz itaət, tabeçilik və ya təsiri altına almaq mübarizəsindən ibarət olduğunu görərik.

Bu iddiaların təzahürü Qədim Misirdə "bütün yaranmışlara sahib", Çində "səma altında olan hər şeyə hakim", Orta Şərqdə isə "qibleyi-aləm" ifadələrindən, günümüzdə "yeni dünya nizamı" termininədək siyasi məfkurələrdə də özünü büruzə verir.

Lakin, heyhat! Sivilizasiyaların bizə məlum son 6-7 minillik tarixi ərzində onlardan heç birinə "dunyaya hakim" olmaq qismət olmayıb. Və hələ heç kim bütün dünya üzərində hakimiyyəti ələ ala bilməyib. Vaxtilə dünyaya hökm etmək iddiasında olan bu mədəniyyətlərin əksəriyyətinin adı yalnız tarix kitabları vasitəsilə bizə gəlib çıxa bilmişdir.

Bu gün də dünyada "yeni nizam" yaradaraq "qlobal hakimiyyət" iddiası və onun uğrunda mübarizə davam edir. Və bu gün də hədəf - bütün Yer kürəsidir...

...Lakin lap əvvəldən dünyanın bir və şəriksiz sahibi var. Və lap əvvəldən həqiqi hakimiyyət yalnız Ona məxsusdur.
Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org