Təqdimat

| rus | english |        
Bu sayımızda
Ana səhifə

Missioner təşkilatların statusu yeni prizmada
Missioner təşkilatların statusu yeni prizmada
Azərbaycan ictimai fikrini 7 ildən artıqdır ki, narahat edən qeyri-ənənəvi təriqətlərlə nə etməli? Fəaliyyətinin dayandırılması dəfələrlə tələb olunan, mətbuat tərəfindən pozucu fəaliyyəti dəfələrlə işıqlandırılan, lakin hələ də beynəlxalq qurumların "coker kartı" olaraq qalan bu qeyri-ənənəvi təriqətlərin fəaliyyətinə hansı istiqamətdən yanaşmalı? İnsan haqları barədə demoqoji çıxışlara uyaraq tam sərbstlik verməkmi, ya "etiqad azadlığı" prinsiplərinə zidd olsa da fəaliyyətlərini dayandırmaqmı?

Əslində Azərbaycan ictimai fikrini çaşqınlığa salan əsas səbəb də sualın indiyədək məhz belə formada qoyulmasıdır. Fəaliyyəti öz üzvlərinə fiziki və ya psixi zərər gətirən, cəmiyyətdə qarşıdurma yaradan, Azərbaycan qanunlarına zidd gələn qeyri-ənənəvi təriqətlərə əvvəldən "dini qurum" baxımından yanaşma, istər-istəməz "insan haqları" problemini ortaya çıxarmış olur. Bu da öz növbəsində "beynəlxalq hüquq təşkilatları" imici altında fəaliyyət göstərən bəzi xarici qüvvələrə adı çəkilən təriqətləri rəsmiləşdirmək üçün müvafiq dövlət orqanlarına təzyiq etməyə şərait yaradır.

Halbuki bu gun Azərbaycanı dini azadlıqları pozmaqda ittiham edən Qərbin ozundə dini təşkilatların fəaliyyətini muəyyən edən, qeyri-ənənəvi təriqətlərə qarşı ən kəskin movqedən çıxış edən qanunvericilik aktları tətbiq edilir, destruktiv xarakter daşıyan təriqətlər, təriqət numayəndələri hətta həbslə cəzalandırılırlar. Yalnız 2000-ci ilin altı ayı ərzində Fransada 76 qeyri-ənənəvi dini təriqətin fəaliyyəti qadağan edilmisdir (?!).

Rumıniyada "Yəhva Sahidləri" Kilsəsi hokumətin qadağasına görə indiyədək öz konfranslarını keçirə bilmir. Almaniyada bu kilsənin toruna dusmusləri xilas etmək məqsədilə 20-dən artıq "reabilitasiya mərkəzi" yaradılmışdır. Rusiya parlamenti "Həyat Sözü" tipli bir sıra təriqətlərin fəaliyyətini qadağan etmişdir. Ukraynadakı "Ağ Qardaşlıq", Yaponiyadakı "Aum Senrikö", ABŞ-dakı "David budağı" təriqətləri haqqında danışmağa heç ehtiyac da yoxdur.

Artıq Azərbaycanda da ənənəvi dini təskilatlarla qeyri-ənənəvi dini təşkilatlar arasında fərqin qanunvericiliklə muəyyən olunması, "destruktiv dini cərəyan" anlayışının qanuna gətirilməsi vaxtı çoxdan çatmışdır. "Destruktiv dini cərəyan" termininin qanunvericiliyə gətirilməsi, dini təşkilatları qeydə alarkən və ya fəaliyyətlərini qadağan edərkən həmin qanunvericilik aktından çıxış edilməsi bütün yuxarıda sadalanan, cəmiyyət və dovlət ucun sozun əsil mənasında təhlukə xarakteri dasıyan təriqətlərin fəaliyyətini ilk addımdaca zərərsizləsdirməyə imkan verərdi. Xususilə, nəzərə alsaq ki, Azərbaycan bu baxımdan Qərbin ozundən, artıq, çoxdan geri qalıb.

Unutmaq lazım deyil ki, burada söhbət hec də ənənəvi dini azadlıqların məhdudlaşdırılmasından deyil, yalnız destruktiv təriqətlərin fəaliyyətindən gedir.

Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi təriqət və dinlərə munasibətdə beynəlxalq qanunvericilik təcrubəsini, təriqətlərin destruktivliyinin muəyyən olunması üzrə Qərb olkələrində qəbul olunmuş metodları, destruktiv təriqətlərin oz uzvlərinə qarşı istifadə etdikləri "şüurun manipulyasiyası" psixi təsir vasitəsinin tətbiq olunması üzrə beynəlxalq təcrubəni, onların aşkar olunması barədə faktları əhatə edən "Destruktiv təriqətlər dovlətə, cəmiyyətə və səxsiyyətə təhlukə kimi" adlı yeni analitik məcmuə hazırlamışdır. Məcmuədə destruktiv dini cərəyanların cəmiyyətdə qarşıdurma yaratmaq, təriqətə gələn uzvlərin səxsiyyətini və suurunu tabe etdirmək, həmin təriqət uzvlərindən terrorist kamikadzelər hazırlamaq, hipnozdan istifadə etmək, dovlət orqanlarına nüfuz etmək və s. istiqamətlərdəki iş metodları araşdırılmış və genis təsvir olunmusdur. Bu barədə faktlar və Qərb tədqiqatçılarının əsərləri, beynəlxalq qanunvericilik aktları təqdim olunmusdur.

Hal-hazırda məcmuə rus və azərbaycan dillərində nəsr olunmaq üçün çapa hazırlanır.

Analitik məcmuə istifadə olunmaq ucun butun əlaqədar dovlət orqanlarına təqdim ediləcəkdir.
Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org