Təqvim

| rus | english |        
Bu sayımızda
Ana səhifə

İRAN: dünən, bu gün, sabah...
İRAN: dünən, bu gün, sabah...
ABŞ-da 2001-ci il sentyabrın 11-də baş vermiş hadisələrdən və terror aktında siyasiləşmiş islamçı qüvvələrin iştirakı aşkarlandıqdan sonra müsəlman ölkələri təhrikçi və hətta əsassız ittihamlarla qarşılaşırlar; özü də əksər hallarda bu ittihamlar dini və ideoloji dözümlülük çərçivəsindən kənara çıxır. Bu təbliğat kampaniyasının əsas tərkib hissələrindən biri İslamın guya aqressiv və anti-humanist xarakteri, cəmiyyətdə totalitar üstünlük əldə etmək və dini dözümsüzlüyü qızışdırmağa çalışması barədə tezislərdən ibarətdir. Biz bu mövzu ətrafında heç fikir mübadiləsi aparmaq fikrində də deyilik. Çünki İslamın humanist, tərəqqipərvər və ədalətli siması yalnız yazılı abidələrdə deyil, həm də bir zamanlar bu dinin yeni və nəhəng müsəlman sivilizasiyasını meydana gətirməsi faktında əks olunmuşdur. Həmcinin, qeyd etmək lazımdır ki, bu sivilizasiyanın ideoloci, mədəni, ictimai, iqtisadi və bəsəri ehtiyatları sonralar Qərb və ya Avropa sivilizasiyası tərəfindən istifadə edildi. Lakin bu hec də o demək deyildir ki, İslam sivilizasiyası başqa bir münasibətlər sistemi tərəfindən uduldu yaxud məhv olundu. Avropa İslam sivilizasiyasının bir çox mütərəqqi və faydalı cəhətlərini qəbul edib inkisaf etdirdi; əlbəttə ki, bu zaman onların bir hissəsini dəyisdirərək milliləsdirdi. Belə bir fikir də movcuddur ki, məhz musəlman sivilizasiyası Avropa humanist dünyagörüşünün yaranma və formalasma prosesinə təkan vermis, Qərb aləmi ucun dərin mənəvi xəzinə rolunu oynamışdır. Bununla yanaşı, müsəlman cəmiyyətində ənənəcilik və ehkamçılıq hallarının hökm sürməsi, muxtəlif siyasi sulalələrin numayəndələri arasında mütəmadi cəkismələrin movcudluğu və sabitliyin olmaması, habelə, Qərb dovlətlərinin mustəmləkə siyasətinin genislənməsi kimi amillər sonralar musəlman olkələrinin inkişafına və onların yeni istehsal munasibətlərinə uyğunlaşmasına mənfi təsir gostərmisdir. Bu ehtimal da irəli surulur ki, məhz bu amillər, həmcinin, bəzi musəlman olkələrinin milli və mədəni mustəqillik qazanmaq cəhdləri buna gətirib-çıxarmışdır ki, onların bəzi numayəndələri kecmis əzəmət və qudrətin İslam təlimləri bazasında müasir şəraitdə yenidən dircəldilməsinə yonələn konseptual platformalar irəli surmuslər. Bu cəhdlər XX əsrdə bir sıra ərəb olkələrində milli istiqlal hərəkatı qığılcımlarının yaranması ilə ozunu daha askar gostərməyə başladı. Sonralar bu konsepsiyalar siyasiləsdirildi və milli istiqlal mubarizəsinin dayağı oldu. Bəzi olkələrdə isə bu konsepsiyalar inkisaf etdirildi və mustəqillik əldə olunduqlan sonra daxili siyasi mubarizənin silahına çevrildi. Həmin cərəyanların əsas məqsədi dovlət həyatnıda İslamın təyinedici roluna əsaslanan muasir cəmiyyət qurmaq idi. İrəli surulən suar və çağırışlar əhalinin muəyyən təbəqəsi tərəfindən mudafiə olunurdu; cunki bunlarda hər bir imanlı müsəlmanı özünə cəlb edən dəyərlər əks edilirdi.

Muxtəlif musəlman olkələrində bu konsepsiyalar eyni surətlə inkisaf etməmis, burcua və sosial-demokratik prinsiplərin çalarlarını mənimsəmisdir. BSV muhitində siyasiləsdirilmiş İslamın artmasına aşağıdakı amillər muəyyən mənada təkan vermisdir: daxili sosial-iqtisadi problemlərin həll edilməməsi, Qərb olkələrindən iqtisadi asılılıq, Fələstin məsələsi, habelə, ayrılıqda götürülmüş hər dovlətin bir sıra özünəməxsus problemləri. Bununla əlaqədar XX əsrin ikinci yarısında müsəlman olkələrinin bir çoxunda İslam hərəkatının radıkallaşması və genislənməsi halları müşahidə edilməyə başladı ki, bu da həmin olkələrin hakim dairələri ucun real siyasi quvvəyə və təhlukəyə çevrildi. Bu sırada şah əleyhinə yonəlmiş İran inqilabını və Seyyid Ruhullah Xomeyninin başçılığı altında islamçıların həmin olkədə hakimiyyətə gəlisini qeyd etməmək mumkun deyildir.

Belə bir fikir movcuddur ki, İranda islamçıların hakimiyyətə gəlisi və butun islami hərəkatın bir neçə əsas prinsipini ehtiva edən dovlət quruluşunun yaranması müsəlman aləmində muhum hadisə olmus və basqa dovlətlər ucun ibrət rolunu oynamışdır. İslam üsul-idarəsi dovlət qurulusuna yenidən baxdı, İranın daxili və xarici siyasət strategiyalarında yeni göstəriciləri irəli surdu. Butun bu tədbirlər İmam Xomeyni tərəfindən hazırlanmış dini-ideoloci konsepsiya çərcivəsində həyata keçirilirdi. Konsepsiyanın əsas prinsipləri isə onun 1969-cu ildə "Vilayəti-fəqih: İslam hakimiyyəti sistemi" adlı mühazirələr məcmuəsində əks olunmusdu. "Vilayəti-fəqih" konsepsiyasının kökü buna əsaslanırdı ki, müsəlman cəmiyyətində (ummət) dini hakimyyət həmin cəmiyyətin siyasi və sair yonumlu rəhbərliyində təyinedici rol oynayır. Yəni cəmiyyətə siyasi və ideoloci rəhbərlik etmək üçün lazımi keyfiyyətləri ozundə birləsdirən və muəyyən səviyyəyə yetismis dini səxsiyyət umumxalq referendumu, yaxud basqa səlahiyyətli dini səxslərin seckisi yolu ilə İslam lideri ("vəliyyi-fəqih") secilir.

İmam Xomeyninin görüşlərinə əsasən, dini lider siə dini hakimiyyətində ən yuksək məqam sayılan "mərceyi-təqlid" (muraciət mənbəyi) məqamına çatmalı və cəmiyyətdə inkaredilməz nufuza sahib olmalıdır. əgər bu siə titulunun daşıyıcılarının (onların sayı çox deyil) lazımi dini-mənəvi, ideoloci, inzibati və ruhani keyfiyyətlərə malik olduqlarını nəzərə alsaq, deyə bilərik ki, bu cur səxsiyyətlər vətəndaşların nəinki yalnız dini-maarif həyatını, həm də dovlətin butun siyasi, iqtisadi və digər sahələrini idarə etməyə qadirdirlər.

İmam Xomeyninin konsepsiyası İslam şəriətinin butun digər huquqi sistemlərdən ustunlyunu və cəmiyyətdə İslam dininin həlledici rolunu vurğulayır. Bu təlimin respublikaçı (xalqçı) tərkib hissəsi bundan ibarətdir ki, cəmiyyətdə bir-birindən asılı olmayaraq fəaliyyət gostərən uc hakimiyyət cinahı simasında bütün demokratik hakimiyyət unsurləri movcuddur; habelə, butun dovlət orqanları və siyasi rəhbərlər secki prinsipi əsasında fəaliyyət gostərirlər. Bununla yanaşı, dini lider bütün orqanlardan yüksəkdə durur, hətta zəruri hallarda onların işinə mudaxilə etmək, onları istiqamətləndirmək və son qərar qəbul etmək səlahiyyətinə malikdir. Son fakt dunyəvi və dini hakimiyyətin (sonuncuya ustunluk verməklə) vəhdəti prinsipinə zəmanət verir. İmam Xomeyni tərəfindən irəli sürülmüş konsepsiyanın əsas tərkib hissələrindən biri də bu təlimin sair musəlman olkələrinə yayılması oldu. Müasir iranşünaslıqda bu prinsipi bəzən "İslam inqilabının eksportu" adlandırırlar.

Biz İİR-ın bugünkü dövlət qurulusu sistemini, habelə, bu konsepsiyanın həyata kecirilməsinin real mənzərəsini ətraflı təsvir etmək niyyətində deyilik. Cunki bu halda movzudan kənara çıxmış olarıq. Lakin hər halda qeyd etmək lazımdır ki, ayrıca goturulmus musəlman cəmiyyətində İslam dövləti qurulması barədə Xomeyni konsepsiyasının bütün cazibədarlığına baxmayaraq, bu qanunların həyata kecirilməsi tamamilə uğurlu olmamışdır.

Bəli, inqilabdan sonrakı ilkin mərhələdə xalq icində qazandığı rəğbət sayəsində İslam üsul-idarəsi Xomeyni ideyalarının əsas tərkib hissələrini həyata kecirə bildi. Yəqin ki, buna musbət təsir gostərmis əsas amillər – ədalət, gəlirin zəhmətkes kutlələr arasında bərabərhuquqlu əsasda bolunməsi, Qərb mustəmləkəciliyi ilə mubarizə, daxili korrupsiya ilə barışmazlıq prinsiplərinin elan edilməsi olmuşdur. Bununla yanaşı olaraq, bir cox tədqiqatçılar islamçıların uğur qazanmasına şərait yaradan əsas amillərdən biri kimi Xomeyninin guclu səxsiyyətini qeyd edirlər. Məhz onun nufuzu və siyasi bacarığı sayəsində anti-sah inqilabında iştirak etmiş bütün digər dunyəvi təmayullu siyasi quvvələr neytrallaşdırıldı.

Hələ Seyyid Ruhullah Xomeyninin hakimiyyəti dovrundə İran əhalisinin muəyyən hissəsi arasında mövcud hakimiyyətdən narazılığın artması müşahidə edilirdi. İstisna edilmir ki, o zamanlar Xomeyninin şəxsiyyəti bu təzahurləri dəf edə bilmis və onların İran cəmiyyətində guclənməsinə mane olmuşdu. Bununla yanaşı, o vaxtlar hətta İslam hökumətinin bəzi numayəndələri tərəfindən də quruluşun demokratik, respublikaçı yönümünü gücləndirmək istiqamətində Xomeyni konsepsiyasının bir çox müddəalarına yenidən baxmaq çağırışları səslənirdi. 1989-cu ildə İmam Xomeyninin vəfatından sonra, bu cur təmayullər artmağa, kütləvi etiraz, tabesizlik təzahurləri və bunlara muvafiq olaraq dovlət tərəfindən təzyiq halları ilə musayiət olunmağa başladı. Eks-prezident əliəkbər Hasimi Rəfsəncani iqtisadi sahədə bəzi liberal islahatlar kecirmək yolu ilə daxili narazılıqları müəyyən mənada azaltmağa nail oldu. Bununla belə, onun hakimiyyəti dovrundə Xomeyni nəzəriyyəsinin konseptual əsaslarına və uyğun olaraq, dövlət idarəciliyində İslamın roluna yenidən baxmaq cəhdləri bas vermədi.

1997-ci ilin mayında islahatçı yönümlü siyasətci Məhəmməd Xatəminin prezident məqamına seçilməsi faktı İranda İslam üsul-idarəsinin gələcəyi barədə muzakirələri yenidən qızışdırdı. Bir tərəfdən, bu, İran cəmiyyətində liberal təmayullərin hədsiz gucləndiyini gostərdi. Digər tərəfdən, cəmiyyətin demokratikləsdirilməsi barədə xalqın irəli surduyu tələblərə İslam hökumətinin qulaq asmağa hazır olduğundan xəbər verdi. O vaxtdan etibarən İranın siyasi, iqtisadi və ideoloci həyatında liberal dəyisikliklərin həyata kecirilməsi cəhdləri musahidə edilməkdədir. Bu proses muəyyən cətinliklərlə, muhafizəkar dini təbəqənin ciddi muqaviməti ilə qarşılaşır və İranda siyasi vəziyyətin inkişafını müəyyənləsdirən əsas amillərdən sayılır.

Biz yeni dəyisikliklər prosesinin dinamikasına toxunmayacağıq, yalnız diqqəti hazırki prezidentin ideoloci platformasının bəzi cəhətlərinə yonəldəcəyik. Məhz bu cəhətləri bəzi tədqiqatçılar İran dövlətinin strategiyası ilə bağlı Xomeyni konsepsiyasının əsas muddəalarına yenidən baxmaq cəhdi kimi qiymətləndirirlər. M.Xatəmi Xomeyni konsepsiyasının əsas muddəası olan "vilayəti-fəqih" institutunun zəruriliyini inkar etmir. Bundan əlavə, M.Xatəmi iddia edir ki, islahatdan sonrakı model elə həmin muddəa uzərində qurulur və İranın yeni beynəlxalq səraitə uyğunlaşdırılması zərurətini əks etdirir. Dəyisdirilmis variantda inkişafın iki əsas prinsipi oz əksini tapmışdır ki, bunlar da daxili və xarici siyasətdə yeni kursun üstünlüyünü nümayiş etdirir. Bunlar "İslam vətəndas cəmiyyəti" və "sivilizasiyaların dialoqu" prinsipləridir.

Musahidəcilərin fikrincə, birinci prinsip movcud sistem cərcivəsində demokratik institutların gücləndirilməsini, həm liberallaşdırma, həm də dini goruslər sahəsində ifratçılıqdan uzaqlaşmanı, İslama mənəvi paklıq və ədalət əsasında ictimai inkişafın stimulu kimi baxılmasını nəzərdə tutur. Bu prinsip dini liderin movcudluğunu rədd etmir, bununla belə, parlament və dovlət kimi seçki institutları vasitəsilə xalq kutlələrinin olkə idarəciliyində daha fəal iştirakını vurğulayır.

"Sivilizasiyaların dialoqu" prinsipi isə basqa millət və dinlərin numayəndələri, yəni yad mənəvi dəyər oturuculəri ilə qarşıdurmadan çəkinməyi nəzərdə tutur. Bir prinsipin əsas noqtələrindən biri İslama zidd olmayan və olkənin hərtərəfli inkişafına müsbət təsir gostərə bilən butun mənəvi, humanitar, maddi, texniki və intellektual dəyərlərin mənimsənilməsinə hazırlıqdan ibarətdir. "Sivilizasiyaların dialoqu" prinsipinin həlledici tərkib hissələrindən basqa biri isə hec bir sərt irəli surmədən butun millətlərlə dialoq qurulmasına hazırlıqdır.

Bu iki prinsipin ideoloqlarının fikrincə, onların həyata tətbiqi İranda demokratik təmayullərin guclənməsinə, olkənin beynəlxalq təcrid halından çıxmasına, iqtisadiyyatın inkişafına şərait yaradacaq, nəticədə elə bir "yeni musəlman demokratik cəmiyyəti"nin yaranmasına gətirib-çıxaracaq ki, bu cəmiyyət musəlman əhalinin ustunluk təskil etdiyi digər olkələr tərəfindən numunə kimi qəbul ediləcək. Bu konsepsiyanın ardıcılları qeyd edirlər ki, musəlman cəmiyyəti ucun təklif edilən model qalan olkələr tərəfindən də musbət qiymətləndiriləcək və mənimsənəcək.

Xatəminin izlədiyi kurs İranın hazırki dini lideri Ayətullah Seyyid əli Xameneyinin rəhbərlik etdiyi muhafizəkar elita tərəfindən mənfi qarşılanır. Mühafizəkarlar arasında yayılmış fikrə gorə, İranda ideoloci mühitin dəyisdirilməsi uğrunda M.Xatəminin apardığı islahatlar ölkə idarəciliyində ruhaniyyətin rolunun zəifləməsinə, yabançı Qərb dəyər və munasibətlərinin guclənməsinə səbəb olacaq, musəlman aləmində islami, anti-qərb və anti-imperialist quvvələrin dayağı simasında İİR-ın qazandığı beynəlxalq nufuzu aşağı salacaq, son mənada İran dövlətciliyinin suqutuna gətirib-çıxaracaq. Bununla bağlı olaraq, mühafizəkar təbəqə həyati əhəmiyyətli sahələrdə (o cumlədən, İmam Xomeyninin ideoloci konsepsiyalarının transformasiyası istiqamətində) islahatçı təsəbbuslərin qarşısını almaqda davam edir.

Otən ilin sentyabrında Nəzarət Şurasının ixtiyarını məhdudlaşdırmaq və prezident səlahiyyətlərini artırmaq istiqamətində islahatçıların səy gostərməsi sayəsində vəziyyət daha da kəskinləsdi. M.Xatəminin ünvanına mühafizəkar quvvələrin tənqidi gucləndi. Onlar islahatçılar hərəkatının nümayəndələrinə qarşı bir neçə qəribə tədbirlər gordulər; məsələn, islahatçı yönümlü partiyalardan birinin öndərlərindən olan Hasim Ağacariyə qarşı ölüm hökmü elan etdilər. Bu hadisə noyabr-dekabr aylarında İranın mərkəzi rayonlarında islahatçı tələbələrin etiraz dalğalarını doğurdu. Həmin etiraz aksiyaları gedişində movcud hakimiyyətə qarşı yönəlmis radikal suarlar, o cumlədən "vilayəti-fəqih" məqamının ləğvinə və hətta M.Xatəminin istefasına çağırışlar da səslənirdi. Hadisələr gostərdi ki, olkənin hazırki siyasi rəhbərliyi, - həm muhafizəkarlar, həm də islahatçılar, - geniş xalq kütlələrinin (xususilə, onun əsas tərkib hissəsi olan tələbələrin) etibarını xeyli itirmişdir. Artıq onlar M.Xatəmi komandası tərəfindən təklif olunan yarımçıq və qeyri-mukəmməl islahatlarla razılaşmırlar. Bundan əlavə, tələbələrin etirazı aşkar şəkildə nümayiş etdirdi ki, İran cəmiyyətində İslam üsul-idarəsinin əsas prinsiplərinə yenidən baxma tələbatı yetişmişdir.

Muasir səraitdə dini-ideoloci yeniliklər məsələsi indiki İran hakimiyyətinin əsas problemlərindən biri kimi qalacaq. Rəqib tərəflərin hər ikisi son hadisələr işığında dərk edirlər ki, İmam Xomeyni tərəfindən inqilabın ilkin mərhələsində irəli sürülmüş şüarlar İranda artıq öz aktuallığını itirməyə başlamışdır. Bu şüarlar müasir siyasi texnologiyaların tələblərinə cavab vermir və islahatlara ehtiyaclıdır. Daha da irəli getsək deməliyik ki, əhalinin yarısından çoxunu təskil edən İran gəncliyinin əksəriyyəti İİR-ın banisinin konseptual baxışlarını get-gedə daha az mudafiə edir, həm də M.Xatəminin başçılıq etdiyi islahatçılara olan inamını itirməkdə davam edir. Belə bir fikir də movcuddur ki, İslam üsul-idarəsinin umumi prinsiplərini qoruyub-saxlamaq naminə daha cevik və praqmatik islami konseptual ideoloci platformanın formalaşdırılması prosesi davam etdiriləcək; hərcənd ki, həm muhafizəkarların, həm də islahatçıların düşərgələrində Bu prosesə zidd olan radikal qruplasmalar movcuddur. Bu platformalar indiki prezident tərəfindən soylənən bəzi prinsipləri də ehtiva edə bilər. Musahidəcilərin fikrincə, təshih edilmis konsepsiyalara "yeni musəlman vətəndas cəmiyyəti"nə bənzər daha cəlbedici suarlar daxil olacaq. Bununla yanaşı, daha dəqiq ideoloci muddəaların formalaşdırılması üçün nə qədər vaxt gərəkdiyini, İran cəmiyyətinin əksər hissəsinin bunları necə qarşılayacağını və dovlətin gələcək inkişafına bunların necə təsir gostərəcəyini qabaqcadan soyləmək cox cətindir. Belə bir fikir də irəli surulur ki, M.Xatəminin təklif etdiyi həcm və istiqamətdə İran dövlətinin reformasiyası prosesi ümumilikdə bir necə onillik boyunca vaxt apara bilər.
Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org